Səhifələr: (16) « Birinci ... 4 5 [6] 7 8 ... Sonuncu »  ( Birinci oxunmamış xəbərə keç ) Закрытая темаСоздать темуСоздать опрос

> 01 июня 2009 года, Ваши вопросы - наши ответы!
diana
Tarix 15 May 2009, 19:38
Цитировать сообщение

Status: İstifadəçi indi forumda deyil



Пользователь
*

Profil
Qrup: Пользователи
Xəbərlər: 32
İstifadəçi №: 381
Qeydiyyat: 26-05-2004





salam aleykum sheyx
eve qonaq gelende yoldashimla ekser hallarda problem yaranir(esasen kishiler gelende)şproblem ondadir ki o meni otaqdan chixmaga,umumiyyetle desek qonaqlari "cahilsayagi" qarshilamaga mecbur edir.men deyende ki bu sheriete ziddir islamda "vred i polza meselesi var,menim "reputasiyami dushun" deyir yeni qohum qonshu dushuner ki bunun
"gelni" pisdir:qonaqperver deyil,uz achmir ve s.xulase isteyirem fikrinizi bildiresiniz{sheriet baximindan aydindi}yoldashim adeten sizin meslehetinize qulaq asir
bir de qeyd etmek isteyirem ki qohumlari ona bu meselede tezyiq gosterdikce onun cahilliyi de artir.bu meselede kimin haqli oldugunu aydinlashdirsaq yaxshi olar

Allah razi olsun
salam aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əlbəttə, bundan çəkinmək lazımdır, siz bu məsələdə haqlısınız. Amma əgər məcbur olsanız, məsələn yaşlı bir adam gəlsə, hicabla, əllə yox, müəyyən bir məsafədən görüşün.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


--------------------
ey oglum
dünya geçici ve kisadir,senin dünya hayatin ise azın azıdir,bunun da azının azı kalmış cogu geçmişdır
logman e.s
PMНаписать письмо
Top
Hashimzade Cavid
Tarix 16 May 2009, 11:03
Цитировать сообщение

Status: İstifadəçi indi forumda deyil



Пользователь
*

Profil
Qrup: Пользователи
Xəbərlər: 7
İstifadəçi №: 22416
Qeydiyyat: 14-04-2009





As Salamu Aleykum Ve Rehmetullah Ve Berekatuhu!1.Necesiz Sheyx?2.Cildaq etmeye Islam nece baxir?3.bele bir soz eshitmishem bir loxma bele haram yeyenin 40 gun duasi ibadete qebul olmaz bu sehihdi?4eger sehihdise o harama gore tovbe etsem bele yene qebul olmaz?onda bele cixir menim tovbemde qebul olmaz 40 gun?5siqret ceken adamin namazi qebuldu?6bezi asilikler varki insane nefsi ile bacara bilmir edir bu halda o gunahlar namazin savabini aparir,yoxsa namaz o gunahlari aparir?7bu vereceyim suala gore sualimi oxuyan butun qardash ve bacilardan hemcinin sizden uzr isteyirem!masturbasiyanin hokum nedi?mumkunse delil gostererdiz.8bizim bagda cicek acmish agaclar var idi hetda meyve getirenler bele var idi biz ev tikecekdik deye onlari o halda kesdik…bunu qishdada ede bilerdik agaclarin olu vaxtinda ancaq tembellik etdik..ancaq indi mecbur idik gunah etmishik?eger etmishikse keffaleti nedi?9vitr namazini 1ruket qilmaq olar?10 vitrde qunut tutmayanda deyekki 3 ruketli qiliramda ele megrib kimi qiliram?11 bir namazini terk eden butun namazlarini terk etmish kimi olur?12 Zerdush peygember olub?Allah razi olsun!As Salamu Aleykum Ve Rehmetullah Ve Berekatuhu!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Əlhəmdulillah.
2. Düzdür, əgər heç nəyin xeyri olmasa, son addım kimi etmək olar, amma bəyənilməyən əməldir.
3. 40 gün bilmirəm, amma haram yemək, geyinmək, ümumiyyətlə, duanın qəbul olunmasına mane olur.
4. Xeyr, əgər tövbə etsəniz və tövbənizə sadiq olsanız, inşəAllah, Allah qəbul edər.
5. Qəbul edən Allah Təaladır, ola bilsin ki, savabı azalır.
6. Sadəcə namazın savabı azalır, həm də bu günaha baxır, əgər kişik günahdırsa, namaz həmin günahın yuyulmasına səbəb ola bilər.
7. Bəyənilməyən əməldir, alimlərdən haram deyən də var, məsələn, imam Şafii (r.), dəlil isə Muminun, 5-7 gətirir.
8. Ehtiyac ciddi idisə, problem yoxdur.
9. Olar.
10. İkinci rükətdən sonra təşəhhüdsüz birbaşa qalxıb üçüncü rükəi qıla bilrsiniz, ya da təşəhhüddən sonra salam verin qurtarın, sonra təkcə bir rükət qılın.
11. Xeyr.
12. Xeyr.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!
PMНаписать письмо
Top
Guest 1
Tarix 16 May 2009, 19:20
Цитировать сообщение




Unregistered












АССАЛАМУ АЛЕЙКУМ ! Уважаемый шейх у меня такой вопрос :
Слушая одну лекцию (не помню чью) я услышал что постоянно совершаемый маленький грех хуже чем большой. Если это так, то почему?
И еще шейх можно ли считать постоянно совершаемый маленький грех (например анонизм) если человек знает что это нежелательно - ширком, ведь человек зная что это грех ослушается АЛЛАХА и потокает своей страсти ?
по аятам из Корана :

"Видел ли ты того, кто обожествил свою прихоть? Аллах ввел его в заблуждение на основании знания, запечатал его слух и сердце и бросил на его взор покрывало. Кто же наставит его на прямой путь после Аллаха? Неужели вы не помяните назидание?" (45-23)

"Видел ли ты того, кто обожествил свою прихоть? Разве ты являешься его попечителем и хранителем?" (25-43) Да дарует нам Аллах благой конец!

Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
Это одно мнение. Может быть это мнение и не правильное, но большие грехи начинаются с маленьких грехов. Просто так более правильно: чем больше маленьких грехов, тем ближе большие грехи.
Нет, это не ширк, а просто грех.
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!
Top
Zeynalli
Tarix 16 May 2009, 20:07
Цитировать сообщение

Status: İstifadəçi indi forumda deyil



Пользователь
*

Profil
Qrup: Пользователи
Xəbərlər: 7
İstifadəçi №: 22359
Qeydiyyat: 06-03-2009





Essalamu aleykum va rahmatullahu va barakatuhu. Size sualim bele olacaq. Men aile qurub toy elemek isteyirem. Men toyda ickinin olmasini hec istemirem. Ancaq atam bunun eleyhinedir. Men ne etmeliyem? Onun sozunden de cixa bilmirem. O halda ki menim atamdir. Allah rizasi ucun mene meslehet verin. Allah sizlerden razi olsun. Assalamu aleykum va rahmatullahu va barakatuhu.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Siz bacardığınız qədər öz mövqeyinizdə dayanın. Əgər görsəniz mümkün deyil, belə halda onlar toy etsələr də siz zövcənizlə orda oturmayın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!
PMНаписать письмоСайтICQ
Top
N@riman
Tarix 17 May 2009, 16:22
Цитировать сообщение

Status: İstifadəçi indi forumda deyil



Пользователь
*

Profil
Qrup: Пользователи
Xəbərlər: 4
İstifadəçi №: 22426
Qeydiyyat: 18-04-2009





As Salamu Aleykum!
Mende suallar 4oxdur...en vacibi ise budur...Menim zovcem namaza gelmir,devet her terefden gedir amma yene de oz dediyinnen qalir...Biz bir-birimizi 4ok sevirik ve men indi ne edim...Sehv elemiremse qezeblenib talakin birini getirdim(amma 100% bilmirem o talak sayilir yoxsa yox) bir ovladda var...men indi boshamaliyam oz zevcemi yoxsa....Allah rizasi ucun mene meslehet verin.As salamu Aleykum!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Talaq məsələsində ehtiyatlı olun, aydın məsələdir ki, heç kim gülə-gülə talaq vermir. Həyat yoldaşınız size həqiqətən sevirsə, sizə tabe olmalıdır. Siz tövsiyələrinizi davam etdirin, Allahdan hidayət istəməklə, bütün mərhələlərdən istifadə edin: “Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür! (Ey möminlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) təyin edib (onların yanına) göndərin. Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər işdən) xəbərdardır!” (Nisa, 34-35).
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!
PMНаписать письмоICQ
Top
AykuT_555
Tarix 17 May 2009, 18:31
Цитировать сообщение

Status: İstifadəçi indi forumda deyil



Пользователь
*

Profil
Qrup: Пользователи
Xəbərlər: 71
İstifadəçi №: 22298
Qeydiyyat: 10-01-2009





Selamün aleyküm
Цитата
Salam aleykum bacı və qardaşlar.
Bir müddətdir ki, Əbu Bəkr məscidinin forumunda hamımızın tanıdığı şeyx Qamətin, ona verilən sualları necə cavablandırdığını müşahidə edirəm. Düzünü deyim ki, bu cavablar məni çox təəccübləndirdi və mən bəziləri ilə Sizi tanış etmək istərdim. Həmçinin yaxşı olardı ki, şeyx mənim suallarımı da öz forumunda cavablandırsın, amma nədənsə onları (suallarımı) foruma daxil etmirlər. Buna görə də qərara gəldim ki, onları burada verim, istəsə ya özü, ya nümayəndələri gəlib cavablandırarlar.

SHİYA adlı istifadəçi şeyxə sual verir: (orijinalı)
Цитата
SALAM ALEYKUM,,, EHLI SUNNE VE CEMMAT , EHLI SHIYENIN KESDIYI , HEYVANIN ETINDEN YEYE BILER ?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Şiələr fərqlidirlər. Elə şiə var ki, normaldır, səhabələri söymür, peyğəmbərin (s.a.v.) zövcələrinə fahişə demir, belələrindən eyib etməz. Amma bilsən ki, zövcləri və səhabələri söyür, belələrindənm nəinki mən, lap peyğəmbərin (s.a.v.) özü də deyərdi ki, beləsindən heç nə alma.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

Budur sualın cavabı?
Mən həmişə sələfilərə məhtəl qalırdım ki, onlar hamısı eyni üsulda danışır və qoyulan suala tamam aid olmayan, primitiv bir cavab verirdilər. İndi aydın oldu niyə...

Şeyxdən soruşmaq istərdim ki:
1. Məgər səhabələri söymək insanı ismandan çıxarır? Əgər çıxarırsa şiənin səhabələri söyməsini və bunun insanı islamdan çıxarmasını hədislərlə sübut edin!
2. Zövcələrinə fahişə demək insanı islamdan çıxarır? Əgər çıxarırsa şiənin belə deməsini və bunun insanı islamdan çıxarmasını hədislərlə sübut edin!
3. Peyğəmbərin demədiyi şeyi necə onun adından deyirsiz? nəinki mən, lap peyğəmbərin (s.a.v.) özü də deyərdi ki, beləsindən heç nə alma.


QameT bey bunu yazan bi siedir insallah bunun sualina cevab verin?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əvvəla, biz onun bütün suallarınl cavablandırdıq, hətta özünə bir-iki sual verdik ki, ondan sonra yoxa çıxdı, fikirləşdik ki, yəqin ağıllanıb, elm öyrənməyə başlayıb...
1. Peyğəmbər (s.a.v.) deyib ki, mənim səhabələrimi söyməyin. Bu barədə kifayət qədər hədislər var. Hətta onlardan bəziləri böyük günahlar etsələr belə, necə ki, Hatib (r.a.) casusluq etmişdi Məkkə əhlinə, peyğəmbər (s.a.v.) dedi ki, o Bədrdə döyüşüb. Səhabələri söymək peyğəmbəri (s.a.v.) təhqir etməkdir, yəni o pis müəllim olub, yəni 100 min səhabədən yalnız dördü yaxşı səhabə olub. Başqa bir hədisində peyğəmbər (s.a.v.) deyib ki, səhabəni söymək fasiqlik, öldürmək isə küfrdür. Təsəvvür edin ki, Allah Təalanın təriflədiyi, razı qaldığı səhabəni sən söyürsən, bu Allahın ayəsinə qarşı çıxmaqdır və küfrdür.
2. Zövcələr isə səhabələrdən də dəhşətlidir. Allah Təala peyğəmbərə (s.a.v.) zövcələr seçib, onları möminlərin anaları adlandırıb, peyğəmbərdən (s.a.v.) sonra onları kiminsə almasını haram edib. Əgər adicə bir cahilin, hətta boşanmış zövcəsinə fahişə desələr, əgər həmin cahilin bir balaca qeyrəti varsa, onun xoşuna gəlməz. Bəs boşanmamış zövcəsinə belə desələr? Təsəvvür edin peyğəmbərin (s.a.v.) zövcələrinə belə demək. Bunu deyən ümid edir ki, gedib peyğəmbərlə (s.a.v.) görüşəcək? Buna nə ad vermək olar?
3. Belə deməyimə səbəb odur ki, peyğəmbər (s.a.v.) vaxtında zövcəsinə iftira atanlarla danışmadı və sonra möminlərin anası Aişə (r.a.) haqqında Nur surəsində 10-26 ayələri nazil olduqdan sonra münafiqləri cəzalandırdı. Ayədə möminlərin anasının təmiz olduğu sübut olunur:
"10 - Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən, hikmət sahibi olmasaydı (halınız necə olardı)? (O, günahkarların cəzasını dərhal verib onları rüsvay edərdi).
11 - Həqiqətən, (Aişə barəsində) yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir (münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni (Abdulah ibn Ubeyyi) isə (qiyamət günü) çox böyük (şiddətli) bir əzab gözləyir!
12 - Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” – deməli deyildilərmi?
13 - (Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar!
14 - Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı.
15 - O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır!
16 - Məgər siz onu eşitdiyiniz zaman: “Bizə bunu (bu yalanı) danışmaq yaraşmaz. Aman (Allah)! Bu, çox böyük bir böhtandır!” – deməli deyildinizmi?
17 - Allah sizə öyüd-nəsihət verir ki, əgər möminsinizsə, bir daha belə şeylər etməyəsiniz.
18 - Və Allah sizin üçün ayələrini (belə ətraflı, açıq-aydın) izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
19 - Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz!
20 - Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah şəfqətli, rəhmli olmasaydı (Halınız necə olardı)? (Dediyiniz yalanlara, yaxdığınız iftiralara görə sizi dərhal məhv edərdi).
21 - Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim Şeytanın getdiyi yolla getsə, o, (insanlara) çirkin, pis işlər görməyi (zina etməyi, yalan danışmağı, özgələrə böhtan atmağı) əmr edər. Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (günahdan) pak olmazdı. Lakin Allah dilədiyini (günahdan) pak edər. Allah (hər şeyi) eşidəndir, biləndir!
22 - Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrabaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!
23 - Zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları (qiyamət günü) çox böyük bir əzab gözləyir.
24 - Qiyamət günü (onlar dünyada qazandıqları günahlarını dandıqda) dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.
25 - O gün Allah onların cəzasını layiqincə verəcək və onlar Allahın (Allahın onlara verdiyi vədin) açıq-aşkar bir haqq olduğunu biləcəklər!
26 - Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. (Pis sözlər pis adamlara, pis adamlar pis sözlərə, eləcə də yaxşı sözlər yaxşı adamlara, yaxşı adamlar da yaxşı sözlərə layiqdirlər). Bunlar (Aişə və Səfvan kimi pak adamlar) onların (münafiqlərin) dediklərindən (yalan, pis sözlərdən) uzaqdırlar. Onları (günahlardan) bağışlanma və (Cənnətdə) tükənməz (minnətsiz) ruzi gözləyir!"
Sonuncu ayəni diqqətlə oxu, əgər Aişəyə (r.a.) elə söz deyirsənsə, onun əri necə olacaq? Məgər küfr deyilmi?
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!
PMНаписать письмоСайт
Top
AykuT_555
  Tarix 17 May 2009, 19:34
Цитировать сообщение

Status: İstifadəçi indi forumda deyil



Пользователь
*

Profil
Qrup: Пользователи
Xəbərlər: 71
İstifadəçi №: 22298
Qeydiyyat: 10-01-2009





Esselamü aleyküm
1.sual:Sayın Hocam
Kız kardeşim biraz müziğe meraklı, keman çalmayı öğrenmek istiyor bir keman edineyim, kursa gideyim, öğreneyim diyor. Ben de kendisine öncelikli olarak yapmamız gereken işler varken böyle bir şeyle uğraşmak hem zaman hem para israfı olur diyorum ama üzülüyor. Bu durumda ne yapmamı önerirsiniz sayın hocam? Bir müzik aleti çalmayı öğrenmek zaman israfı mıdır? Kardeşimi nasıl yönlendirmeliyim?
Zamanınızı aldım, hakkınızı helal edin
Allah yardımcınız olsun..
2.sual:Hocam rahatsızlık veriyorum hakkınızı helal edin,soruma sizden daha net cevap verebilecek bir başkası gelmiyor aklıma.sizinde dediğiniz gibi bazen içinde bulunduğumuz altopluluktaki müslüman kardeşlerimiz tesettürde yüzün kapanmasını din diye dayatıyorlar.Bunada ayette geçen"tanınmaması"sözcüğünü delil gösteriyorlar.Bunu düşündüğüm sıralarda acaba "tanınmaması"sözcüğüyle kadının kimliğinin değilde(çünkü diğer ayette görünen yerler müstesna dediğine göre bir takım bölgeler açık)fizyonomisinin(onu kadın "dişi"yapan özelliklerinin)tanınmaması"anlaşılmaması"kastediliyor olabilirmi?dolayısıyla erkeği etkileyen unsurların ortadan kalkmasıylada taciz edilip incitilmeyecek.

3.sual:Kur’anın anlaşılmasına doğru" isimli meal - tefsir yazarı Muhammed Tekin bir sohbetinde Zuhruf 81. ayetteki "Abidin" kelimesinin aynı zamanda inkar anlamına da geldiğini, bundan dolayı da diğer meallerin aksine bu ayetin mealinin "Eğer rahmet sahibi Rahman olan Allah’ın bir oğlu mevcut diyorsanız, Allah’a çocuk isnadını yalanlayıp inkar edenlerin ilki ben olduğum gibi, Allah’ı, ilk tanıyanların, candan müslüman olarak Allah'a bağlananların, saygıyla Allah’a kulluk ve ibadet edenlerin ilki de ben olurdum"şeklinde açıklanması gerektiğini belirtmiş. Zuhruf suresini internetten indirerek baktım. Siz bu ayeti açmadan geçmişsiniz. "Abidin" kelimesinden inkar anlamı çıkarılabilir mi? Bunun için ne dersiniz?
4.sual:Neml suresinde Hz. Süleyman ile ilgili anlatılan bazı ayetlerle ilgili aklıma bazı sorular takıldı.
Aşağıdaki 18. ve 19. ayetlerde bir karıncanın diğer karıncaları Hz.Süleyman’ın ismini vererek uyardığı ve Hz.Süleyman’ın da bunu işitip gülümsediği ifade ediliyor. Karıncaların biribirini uyarması kısmında bir sorun yok ancak, bir karıncanın Hz.Süleyman’ın ismini ve ordusunu söylemesi yüksek bir bilinç ifade ediyor. Yine 20. ayette Hüdhüd isimli kuşda da -20. ayetten Hüdhüd’ün kuş olduğu anlamı çıkıyor ama alttaki ayetlere göre bir Cin olması daha mantıklı, çünkü yüksek bir bilince ve hıza sahip- aynı durum söz konusu. Yani Hüdhüd eğer bir kuş ise pek çok insandan daha yüksek bir bilinç seviyesine sahip görünüyor. Bu ayetleri nasıl anlamamız doğru olur?

5sual:Sureleri okurken içerisinde Allah bir yasasından bir uyarısından bir müjdesinden bir talebinden bahsetmesinin ardından iman edenler ve inkar edenlerden bahsediyor. İmana ödülünü ve inkara vereceği karşılığı anlatıyor.Biz bir ayette geçen iman ve inkarı anlarken imanı Allaha ve resulüne iman olarak anlıyoruz.Kur’an-nın bütünündeki iman ve inkar cümlelerini de aynı anlıyoruz.İlgimi çeken şey; Kur’an bir zaman sürecinde iniyor bazen bütün bir sure bazen de bir ayetler grubu olarak. Orada bir düzenleme yapılmışsa ardından iman ve inkardan bahsedilmişse o iman ve inkar cümleleri o konuya özeldir diyebilir miyiz? Örneğin; “83.sure mutaffifin,de;veyl o mutaffifineki nas üzerinden kendilerine ölçtükleri zaman tam basarlar,onlar az ölçtükleri veya tarttıkları zaman ise eksiltirler.Zannetmez mi bunlar ki büyük bir gün için sorgulanacaklar..” Müteakip ayetlerde ise ödül ve cezadan bahsedilmekte sonuçta da iman ve inkar edenler nitelemesi ile bitiriliyor. Buradaki iman ve inkar mutaffifinlere verilecek cezaya imandır. İnkarsa o vaadi ciddiye almamaktır denilebilir mi? Böyledir dersek bizim tam imana ulaşmanın ön şartı olarak Kur’anın bütün ayetlerini öncelikle anlamaya ve öğrenmeye çalışmamız gerekmezmi? İyi müslüman olmak istiyorsak buna öncelik mi vermeliyiz?
6.sual:Muhterem hocam estetik cerrahi konusunda islam fıkhının hükümlerini bildirirmisiniz?
7.sual:hocam size sorum perukla çalışmakla ilgili. Öğretmenlik mezunuyum ama çalışmıyorum. Başörtüsü yasağından dolayı. Peruk takıp çalışmak da benim içime sinmiyor, kendimi rahat hissetmiyorum. Yanılmıyorsam Hadiste geçen peruğun bununla ilgisi olmadığını söylemiştiniz ama gene de içim rahat değil. Peruk takıp çalışmnak ne kadar doğru? Allah yardımcınız olsun hocam.
Selametle...

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Əlbəttə, musiqi haramdır, bu halda siz onun başını başqa bir şeylə qatın.
2. Bu məsələdə iki rəy var və qardaşlar gərək bu məsələni şişirtməyələr. Belə məsələlər qardaşlar arasında bölünməyə gətirib çıxarmamalıdır. Hər kəs bacardığı qədər əməl etsin.
3. Əgər o bu ayədə inkar mənasını belə şərh edibsə, eyib etməz.
4. Bu ayələrdə heç bir problem yoxdur. Xeyr, onlar cin deyildilər, həqiqətən heyvanlardı, hər bir heyvanın özünə görə, savadı və elmi var. Hətta heyvanlarda elə xüsusiyyətlər var ki, insanlarda yoxdur və bacarmırlar.
5. Xeyr, ayələrin gəlişi bir qədər fərqlidir. Hər bir ayənin konkret gəliş səbəbi olub. Bacardığınız qədər Quranı öyrənmək lazımdır.
6. Bəzi hallarda şəriət buna icazə verib, məsələn, hər hansı bir eyib varsa, və bu eyib insanlar arasına çıxmağa mane olursa, onda eyib etməz. Lakin bilmək lazımdır ki, buna ciddi səbəb olmalıdır. Amma eyib olmadan, sadəcə daha gözəl olmaq üçün edirsə, bu haramdır.
7. Təbii ki, düzgün deyil, imkan varsa, başqa iş tapın və hicabla orda çalışın. Allah köməyiniz olsun.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!
PMНаписать письмоСайт
Top
Guest
Tarix 17 May 2009, 21:43
Цитировать сообщение




Unregistered












salamaleykum gamät gardas mömün bir insan xästälänändä günahlarina kävvarät olur? bu xästäliklärin här növünä aidir mäsälän grip, hansisa bir yerindan agrilar olur, ösküräk. yoxsa ancag agir xästäliklärä aidir? salamaleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, bütün xəstəliklərə, hədisdə necə gəlibsə, hətta barmağına tikan batsa belə.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!
Top
Guest
Tarix 17 May 2009, 21:51
Цитировать сообщение




Unregistered












salamaleykum gamät gardas äyär ailädä kisinin imani azdirsa bu halda zövcänindä imanina täsir edir? yäni är zövcäsi istärsä basini acsin namaz gilmasin bu ärin hec vecinä deyil düzdür zövcä bütün bunlari ärincin yox allahcin edir ancag yenä dä ärin imanin azligi zövcäyä täsir edärmi? yäni ailädä är imandan hädislärdän gurandan hec nä danismir zövcä dä danisanda cox ähämiyyät vermir ancag dünya isinä maraglanir övladina da ancag zövcä öyrädir imani bu halda övlad atadan götürär täsirlänär yoxsa anadan xahis ediräm ätrafli yazardiz cünki cox vacibdir salamaleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, təbii ki, bu ailənin hər bir üzvünə təsir edir. Ər və arvad bu məsələlərdə bir-birinə kömək etsinlər və dəstək olmalıdırlar. Ər də Allahdan qorxsun və bilsin ki, o ailəsi üzərində məsuliyyət daşıyır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!
Top
muslum
Tarix 17 May 2009, 23:10
Цитировать сообщение

Status: İstifadəçi indi forumda deyil



Пользователь
*

Profil
Qrup: Пользователи
Xəbərlər: 8
İstifadəçi №: 22433
Qeydiyyat: 29-04-2009





Salam aleykum.sualim ondan ibaretdir ki,eger her hansi bir namazin vaxt kecibse men de qilmamisham ve hemchinin novbeti namazin da chiqmaqina az qalib,yeni bir namazliq vaxt,.bu zaman nece etmek lazim. bilirem bele etmek olmaz.sadece bele hadise bashima gelib.eger cavab versez ki,men novbe ile qilmaliyam,hetta o biri namazin vaxti cixsa da .Onda bes bele bir sual yaranir eger tovbe ederemse onda olar vaxtinin chiqmaqina az qalan namazi qilim, o birisini sonra.ALLAH razi olsun.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, sonuncu variant kimi edin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!
PMНаписать письмо
Top
Hashimzade Cavid
Tarix 18 May 2009, 00:16
Цитировать сообщение

Status: İstifadəçi indi forumda deyil



Пользователь
*

Profil
Qrup: Пользователи
Xəbərlər: 7
İstifadəçi №: 22416
Qeydiyyat: 14-04-2009





As Salamu Aleykum ve Rehmetullah ve Bereketuhu!1)Necesiz Sheyx?2)Islam cildaga nece baxir?3)Dilimizde cox ishlenen bezi sozler varki onlar bir az meni narahat edir!bu sozleri ishletmekde bir problem var?Allah qorusun Shirk deyilki?mes:nese bir qullugun var?,ne qulluq edim?,qurban olaram sene…onuda deyimki meselen ne qulluq edim sozunu deyende niyyet Allaha olunan qulluqdan deyil sadece nese lazimdi?senin ucun nese bir ish gorum?o menada deyilir…bir sozle bu sozleri demek olar?3)qincananda sineye vururlar bunun dinle bir elaqesi var?4)goz deymenin qarshisini almaq ucun ne etmek lazimdir?5)bes tutaqki goz deydiyini dushunurem.onda nee dim?6)dua ederken ellerin uze cekilmesi hedisi ne ucun zeif hesab olunur?bunu tam shekilde zehmet olmasa aydinlashdirardiz…belke heqiqeten bu beledir?o zaman biz sunneni inkar etmish olmariq?7)olmush bir insane ucun dua ederken Allahim eger qebr ezabi cekirse onu bu ezabdab qurtar demek olar?8)adini cekmeyib sadece filankes bele etdi dedikde bu qeybet sayilir?9)bezi bacilar hicablarini bogazlarina buruyurler ancaq Quranda yaxalariniza qeder ortun deyilir bu etdikleri duzdu?10)qadina shalvar geymek olar?uzarinden diza qeder kofta geymek sherti ile?11)qadin bayira cixarken surme ceke biler?12)qadin yay aylarinda ter iyi gelmesin deye yungul etir vura biler bayra cixarken?13)qadin hekim kishiye baxa biler?14)meselen bir hekimdi butun xestelere eyni munasibeti gosterir yeni vezifesini layiqince yerine yetirir rushvet istemir,sadece xesteler hormet edib ona pul verirler ancaq vermeselerde o oz vezifesini edecek ancaq xesteler emeyini qiymetlendirib ona pul verirler hemcinin dovletden de emek haqqi alir.bu xestelerden alinan pul rushvetdi?haramdi?15)bir hekim firma ile muqavile baglayirki xestelerime senin dermanlarini yazacagam ve buna gore firmadan pul alir ancaq eger o xesteye hec o derman lazim deyilse yazmir sadece deyekki eyni dermandi iki firmadada var ve xestenin bu dermana ehtiyaci var ve o hemin firmanin dermanini yazir ve buna gore pul alir firmadan bu halaldi?16)namazdan sonar yeni Salamdan sonar dua etmek olar?17)men butun zikrleri bilmirem onun ucun namazdan onra bele edirem:3 defe esdagfurullah,Allahumme entessalumu ve minkesalam tebarekte ya Zelcelali vel ikram!(yazilishinda sehv etdimse Allah bagishlasin)sonra33 defe subhanAllah,33 Elhamdulillah,33Allahu Akbar sonar Leilahe Illallahu vehduhu le Sherike lehu lehul mulki ve lehul hamdu ve huva Ala kulli Sheyin qadir(yazilishini sehv etdimse Allah bagishlasin)sonar Ixlas,Nas,Feleq sureleri ve Ayetul Kursi men bele edirem!bele etmek olar?18)seher namazindan onra 12 defe Nas suresini oxumaq sunnede gelib?19)uzuste yatmaq olar?(men bildiyim beyenilmir)20)kresloda oturanda ayaq ayaq ustune ashirmaq olar?helelik bu qeder!Allah razi olsun Sheyx!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Əlhəmdulillah.
2. Çalışın buna sonda əl atın, amma bəyilməyən əməldir.
3. Təbii ki, burda şirk və küfr mənasları qəsd olunmur, lakin çalışın, xüsusən də avamların qarşısında daha dəqiq və aydın cümlələr işlədin.
4. Allaha sığının və Ona daim dua edin.
5. Sadəcə özünüzə ruqiyyə edin.
6. Zəif hədisdir ona görə ki, sənədi zəifdir, yəni ravilərin hansındasa problem var.
7. Belə de ki, yüngülləşdir.
8. Əgər bilinmirsə və ibrət, tövsiyə xarakteri daşıyırsa, eyib etməz.
9. Bəzi eyiblər var, qadın nə qədər örütülü olsa, onun üçün o qədər yaxşıdır.
10. Şalvar bəyənilmir, icazə verilən isə enli olmalıdır və üstündən tam uzununa nəsə geyinməlidir.
11. Xeyr, bacardığı qədər çəkinsin və görünən tərzdə etməsin.
12. Hazırda iysiz tərə qarşı müəyyən vasitələr var, onlardan istifadə edə bilər.
13. Əgər başqa həkim və ya yaxşı mütəxəssis yoxdursa, eyib etməz.
14. Bəli, bu rüşvətdir.
15. Eyib etməz.
16. Olar, sadəcə buna adət etməyin.
17. Bəli, edə bilərsən, elə ən əsasları bunlardır.
18. Xeyr, gəlməyib.
19. Bəli, bəyənilmir, sağ çiyni üstə yatın.
20. Xeyr, bəyənilmir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!
PMНаписать письмо
Top
yegane
Tarix 18 May 2009, 10:09
Цитировать сообщение

Status: İstifadəçi indi forumda deyil



Пользователь
*

Profil
Qrup: Пользователи
Xəbərlər: 120
İstifadəçi №: 11669
Qeydiyyat: 18-04-2008





Salam Aleykum!

1. Sheytanlar mescide gira bilirlarmi?
2. Qusul ala bilmayan shexs teyemmum etdikden sonra destemaz ala bilarmi?
Eger olarsa her destemazdan evvel teyemmum etmalidir, yoxsa bir defe teyemmum edib gun erzinde (ve ya 2 gun erzinde) destemaz almalidir?
3.Peygambarimiz(s.a.v.) ozu shexsen hansisa mescidi sokdurubmu (Bu haqda bir kitabda oxudum bilmiram ne derecede duzdur)?
4. Hedisleri qebul etmeyenin hokmu nedir(ferqi yoxdur sehih ve ya uydurma)? Sebebini isa bela deyir"belke uydurmadir". Amma eslinda qebul etmir.
5. Eger ailede kishi evlanmayine peshman olubsa (qadin bu haqda bilmir), amma talaq demayibsa bu artiq talaq sayilir, yoxsa talaq demalidir?
6.Ayaqda yara varsa (1 ayaq sargidadir) ve hekim su vurmamagi meslehet gorubsa, destemaz neca alinmalidir?
7. Namazin vaxtinin chixmasina az vaxt varsa ve destamaz alinarsa gecikilecek, teyemmum etmak olar?

ALLAH Sizden razi olsun AMIN!

Salam Aleykum!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bəli.
2. Bəli, hər iki halı edə bilər, ya hərtəyəmmüm alsın, ya da birinci təyəmmümdən sonra dəstəmaz alsın.
3. Bəli, Dirar məscidini münafiqlər tikmişdilər.
4. Bu şübhədir, buna görə hələ sərt hökm vermək olmaz, başqa məsələlərə baxmaq lazımdır. Yəni bilməzliyindən, cahilliyindən edir, yoxsa əqidəsindən? Əgər əqidəsindəndirsə, bu küfrdür.
5. Talaq deyilməlidir.
6. Açıq yerləri yuyun, sarğının üstündən məsh çəkin.
7. Xeyr, dəstəmaz alınmalıdır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


--------------------
"Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt gələcək?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır." əl-Bəqərə 214
PMНаписать письмо
Top
salafy
Tarix 18 May 2009, 10:19
Цитировать сообщение




Unregistered












assalamu aleykum

shehvet zamani ifraz olunan maye meni-dir, yoxsa mezi? bu qusulu pozur?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əgər az gəlibsə, bu məzidir, qüslü deyil, ancaq dəstəmazı pozur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!
Top
Axi
Tarix 18 May 2009, 11:37
Цитировать сообщение




Unregistered












As Salamu Aleykum Şeyx
Caduya aid bir sual vermək istərdim
Evdə yataq döşəklərin birinin içindən cadu çıxdı (çox güman ki cadudur).kiçik döşəkçə şəklindədir (eni uzunu 3x3 kvadrat kimidir).Göy rəngdədir.İçini nə açıb baxdıq nə də bir şey ancaq içində olan bəzi tükləri çıxartdım.Bilmədim böyük döşəkdən dolmuşdu yoxsa döşəkçənin içində öz tükləri var idi.ola bilsin ki içində dua ya da nəsə var.Hər nə isə heç bir şey etmədən qabaq dedim 1-ci sizə deyim məsləhət alım onunla biz nə edək
İndi həmən cadu bizdədi.Saxlamışıq.Onunla nə edək.Kimə müraciət edək.Xahiş edirəm ətraflı yazın
As Salamu Aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bilən adama göstərin, ondan sonra təyin etmək olar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!
Top
Guest
Tarix 18 May 2009, 14:33
Цитировать сообщение




Unregistered












Assalamu aleykum va rahmatullahi va barakatuh.Axi menim coxtandirki size vermek istediyim bir sual var,bu aile ile elaqedardir.Movzunu calishacamki tam yazim,ve xahish ediremki movzunu tam oxuyub sehih melumatlar esasinda mene cavab veresinizki qelbimde olan shubhede yox olsun.Ailemiz 5 neferden ibaretdir,Atam,anam,men,qardashim ve qardashimin yoldashi.Ailede gelinimizden bashqa hami ishleyir.Bizim maash kartlarimiz atamdadir,pulumuzu o alir,lazim olduqca bize verir.Menim yashim 25.qaradsim menden bir yash boyukdur. Pul Kartimizin atamda olmasi cahillikden bele qalib ve davam edir.Atamin erzaq dukani var ve hemen dukanda haram olan sheylerde satir,meselen spirtli ickiler,kolbasa(donuz eti ile olan ve s.)maqazinden gelen pullari bizim maashimiza qatir,ve hemen pul ile eve erzaq alinir,hemcininde bize verilir.hemde atam kreditle mashin goturub,hemen mashinin pulunuda bizim maashimizdan verir.Problem burasindadirki mashini menim adima goturub,men bunu teze bilmishem.Sheyx movzunu size aciq yazmaq isteyirem,men atama muselman kimi baxmiram,cunki o Peygember(s.a.s)haqqinda nelayiq sozler deyib,hemcininde Allaha aid.Ickinin maqazinden yigishdirmasini bir nece defe ona demishem,evvel-evvel aglina girmishdi sonra fikrinden dondu.Qardashim ve yoldashi elhemdulilleh islama teze gelibler,onlari bu meseleye qatmaq istemirem.Sheyx veziyyet evde o hedde catib ki, artiq agzimi acmaga imkan yoxdur,pul kartimi atamdan almagimda mumkun deyil,istesem deyecekki artiq qudurmusan ve s.Bir nece defe evden cixib getmek istemishem,lakin bunu oz bashima delilsiz subutsuz etmek istemirem,hemde valideyin haqqi ve s,elmim olmadigindan addim ata bilmirem.Hemde evden getmek menim fikrimce cixish yolu deyil,hem tekem azmaq ehtimalimdan qorxuram,hemde qardashimi ve yoldashini bele veziyyetde buraxmaq istemirem.veziyyet o hedde catibki onlara valideyinlerim deyirki bu sizin bashinizi xarab eledi ve s. bu kimi sozler.sualim beledirki eve alinan erzaqda yemek,umumen bu kimi hallarda bize gunahin olub olmamasi ve mene duzgun fikrinizi bildirin.Bezen 1-ci,4-cu gunler oruc tutmaq hevesindende uzaqlashiram,fikirleshiremki alinan erzaq haramdir.Sheyx evden getmek ucun bezi tedbirler gormeye hazirlashiram,sizce duz edirem?Umumen yazdiqlarima tam olaraq cavab yazin.Salam aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, evdən getməyin. Yəni, səbr etməyiniz daha məsləhətdir. Sizə verilən pulda da problem yoxdur, əvvəla, qarışıqdır, ikincisi də, orda öz haqqınız da var. Allahdan atanız üzün hidayət istəyin, dəvət edin, onunla gözəl münasibət qurun, gözəl davranın, Allah hər şeyə qadirdir. Hərə bir cür imtahana çəkilir, siz də imtahandasınız, Allah kömək olsun.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!
Top
0 İstifadəçi bu mövzunu oxuyur (0 Qonaq və 0 Gizli İstifadəçi)
0 İstifadəçi:

Подписка/Печать Səhifələr: (16) « Birinci ... 4 5 [6] 7 8 ... Sonuncu » Закрытая темаСоздать темуСоздать опрос

 



[ Время генерации скрипта: 0.0418 ]   [ Использовано запросов: 14 ]   [ GZIP qoşulub ]