| Главная страница | Статьи | Файлы | Помощь | Поиск | Участники |
| Гость ( Вход | Регистрация ) | Выслать повторно письмо для активации | ||||
| Страницы: (19) [1] 2 3 ... Последняя » ( Перейти к первому непрочитанному сообщению ) | ![]() ![]() ![]() |
| admin |
Дата 01 Jun 2006, 00:01
|
|
Статус: ![]() Administrator ![]() Профиль Группа: Админ Сообщений: 100041 Пользователь №: 1 Регистрация: 31-07-2003 |
Əs səlamu aleykum və rahmətullahi və bərakatuh! Əziz müsəlmanlar! InşəAllah, aprelin 1-dək suallarınızı forumda verə bilərsiniz. Suallarınız 3-4 gün ərzində məscidimizin imamı Qamət Suleymanov tərəfindən cavablandırılacaqdır. Hamınızı maraqlı suallarla gözləyirik! Salam aleykum! Ас саламу алейкум, уважаемые мусульмане! ИншаАллах, до 1-го апреля можете задавать вопросы на форуме. В течении 3-4-х дней на ваши вопросы ответит имам нашей мечети Гамет Сулейманов. До встречи в онлайне! Готовьте вопросы. Салам алейкум! |
| Ecminesis |
Дата 01 Jun 2006, 10:30
|
|
Unregistered |
Allah salami olsun hamimizin uzerine!
Mn kechen defe suali vermishdim, amma neye gorese pozulub :( yene tekrarlamag isteyirem, Inshallah cavab verarsiniz Sizce : "La Ilaha illaAllah" -in me'nasi, "Allahdan bashga ilah yoxdur" yerine, "ilah yoxdur, yalniz Allah var" demek deyilmidir? Allah salami olsun hamimizin uzerine! Adminən!!! Sizin sualinizin cavabi buradadir, ikinci sual sizin sualdır: Buraya tıxlayın |
|
|
| Abu_Hacar |
Дата 01 Jun 2006, 12:41
|
|
Unregistered |
As-salamu aleykum wa rahmatullahi va barakatu.
1.Shayx man bu forumda oxudum bir sual var idi foto shakil barada,siz cavab verdiz ki foto yox,kamera ila olar,bu na daracada sahihdir? 2.Sonra bir da ailada kishi va zovca arasinda bir problem var yani (intim) problemlardi, va kadin bu sababdan boshanmag istayir,o neynamalidi bela halda? Cavablara gora Allah razi olsun! As-salamu aleykum wa rahmatullahi va barakatu. Cavab: Wa aleykumus salam va rahmatullahi va barakatuhu! 1. Təbii ki, kamera foto kimi deyil. Lakin kamera da ehtiyac olanda olsun amma belə onda da ifrata varmaq bəyənilmir. Kamera qadağan olunan şəkildən sayılmır. 2. Bu boşanmağa səbəb olar bilər. Əgər naqislik olan tərəf düzəlmirsə onda boşanma tələb etməyə haqqı var. Allah daha yaxşı bilir! As salamu aleykum va rahmatullahi va barakatuhu! |
|
|
| gamate |
Дата 01 Jun 2006, 13:22
|
|
Unregistered |
Salam-aleykum. 1. Menim ilk sualim sunnet namazlari ile baqlidir. Ishimle baqli olaraq men gunorta namazinin sunnetini qila bilmirem. Bir hedisde de oxumusham ki, Peyqemberimiz (s.a.s) de sunnet namazlarini evinde qilirmish. Sualim beledir ki, men gunorta namazinin, umumiyyetle gun erzinde qila bilmediyim sunnet namazlarini isha namazindan sonra qila bilerem?] 2. Eger vitri ishadan sonra qiliramsa, bundan sonra gece namazlarina oyaniramsa ve bu namazlardan sonra qilacaqim tek ruketli namaz da vitr sayilir? Allah razi olsun. Cavab: Wa aleykumus salam va rahmatullahi va barakatuhu! 1. Sən qıla bilərsən. 2. Sən artıq vitri qılmısansa daha vitr qılma, gecə namazını qılsan bəsdir. Çalış axırıncı namazın vitr olsun. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) buyurub ki, axırıncı namazınız vitr olsun. Allah daha yaxşı bilir! As salamu aleykum va rahmatullahi va barakatuhu! |
|
|
| bacishka |
Дата 01 Jun 2006, 18:20
|
||
|
Статус: ![]() Пользователь ![]() Профиль Группа: Пользователи Сообщений: 951 Пользователь №: 401 Регистрация: 03-07-2004 |
Assalamu aleykum wa rahmetullahi va berakatuh "Пророк (Салл Аллаху алейхи уа салам ) с сахабами оказались поблизости места народа Самуда ,к которым был послан пророк Салих(Мир ему) и этот народ был погублен ,место проклято и пророк (Салл Аллаху алейхи уа салам)сказал ,что это место проклято и чтобы там не останавливались ,а у сахабов кончилась вода ,а в этом селении были колодцы и вот сахабы начали набирать воду и кто то замешивал тесто потом , и когда пророк (Салл Аллаху алейхи уа салам)узнал об этом , сказал им вилить воду, а тесто не есть , а отдать верблюдам и сказал когда проходите среди таких мест , опустите голову и говорите "О Аллах не делай нас такими же, как этот злой у народ" и сахабы вылили воду тесто отдали верблюдам.." Р.S. текст приведен своими словами
Assalamu aleykum wa rahmetullah Xaish edirem cavablandirasiniz Allah razi olsun salam aleykum wa rahmetullahi wa berkatuh Cavab: Wa aleykumus salam va rahmatullahi va barakatuhu! Mən bu hədisi elə keçən forumun cavablarını yazanda bir qədər axtardım amma qarşıma çıxmadı inşallah tapan kimi sizə bunu yazacağam. Hələ də yadımdadır inşallah taparam. Allah daha yaxşı bilir! As salamu aleykum va rahmatullahi va barakatuhu! -------------------- "О те, которые уверовали! Будьте стойки ради Аллаха, свидетельствуя беспристрастно, и пусть ненависть людей не подтолкнет вас к несправедливости. Будьте справедливы, ибо это ближе к богобоязненности. Бойтесь Аллаха, ведь Аллах ведает о том, что вы совершаете". (5:8)
|
||
| Guest |
Дата 01 Jun 2006, 19:13
|
|
Unregistered |
Salam,Cefer Teyyar(r.a.)namazi varmi?
Cavab: Wa aleykumus salam va rahmatullahi va barakatuhu! Belə namaz haqda səhih məlumat yoxdur. Allah daha yaxşı bilir! As salamu aleykum va rahmatullahi va barakatuhu! |
|
|
| Guest |
Дата 01 Jun 2006, 19:15
|
|
Unregistered |
Salam aleykum,salavatin azerice deqiq tercumesi necedir? Cavab: Wa aleykumus salam va rahmatullahi va barakatuhu! Salavat mənası Dua deməkdir. Allah daha yaxşı bilir! As salamu aleykum va rahmatullahi va barakatuhu! |
|
|
| Kent |
Дата 01 Jun 2006, 19:41
|
|
Unregistered |
əssələmu aleykum va rahmətullahi va bərakətuh. Şeyx,
1) məni, məzi- hansı nəcisdir, hansı yox? 2)Mişari Raşidin Quran oxumaq tərzinə munasibətiniz? 3) bir qardaş deyir ki, namazda Mişari kimi oxumaq olmaz, onun kimi yalnız adi vaxtda Quran oxuyanda olar. münasibətiniz? 4)məndub, mubah, müstəhəb- bunları izah edərdiniz. əssələmu aleykum va rahmətullahi va bərakətuh. Cavab: Wa aleykumus salam va rahmatullahi va barakatuhu! 1. Məni təmizdir, məzi isə nəcis. 2. Belə qarilərin oxumaları təlim üçün deyil. Sadəcə dinləmək üçündür. Çünki onlar bəzi hallarda qaydalara tam riayət etmirlər. Öyrənmək üçün xüsusi qarilər var. 3. Xeyr, oxumaq olar. Burada bir qəbahət yoxdur əksinə Quranı gözəl səslə oxumaq daha yaxşıdır. 4. Bunu keçən forumun axırında yazdıq. Baxa bilərsiniz: Buraya tıklayın! Allah daha yaxşı bilir! As salamu aleykum va rahmatullahi va barakatuhu! |
|
|
| Kent |
Дата 01 Jun 2006, 19:51
|
|
Unregistered |
əssələmu aleykum. siz fətva verəndə şeyx seyminlə, İbn Bəz`in adını çəkirsiz. Bəs əl-Fauzan, əl-Liheydan, Ğudeyyan, əl-Abbad, əl-Mədxəli, Cəmaləddin Fəriyhan əl-Harisi- bu şeyxlərdən nə əcəb demirsiniz? Cavab: Wa aleykumus salam va rahmatullahi va barakatuhu! Təbii ki, onlardan da demək olar. Lakin mən tanınmışların adını çəkməklə kifayətlənirəm çünki buna ehtiyac görmürəm. Çünki əgər böyüklər İbn Bəzz useymin deyibsə başqaları da elə deyirlər. Adətən belədir. Allah daha yaxşı bilir! As salamu aleykum va rahmatullahi va barakatuhu! |
|
|
| mumina_ |
Дата 01 Jun 2006, 19:52
|
|
Unregistered |
Assalamu aleykum.Əvvəlcədən təşəkkürümü bildirirəm.Zəmət olmasa aşağıdakı sualla ra cavab verin: 1) Kechen defe Adil qardashin dersinde Adil qardash dedi ki, Qurani bashqa alifba ila yazmaq haramdir.Ola bilar tam daqiqlikla bu cumlani ishletmedi ancaq buna oxshayan soz dedi.Bes camaata namaz oyredende ve ya hansisa sureni oyredende ne edek? Meger bu da haramdir ki, az alifbasi ile namazin sozlerini yazib insanlara verek? 2) Bu yaxinlarda bir yerde idim 10-15 dene kamera var idi.hamisina da bir bir tutub demek olmur ki " ay bala meni chekme". Ancaq ele oldu ki, bezi kameralara men de dushdum, Ancaq Allah shahiddir ki bunu men istemirdim. Eger istemediyim halda olubsa yene de gunah qazanmish oluram? 3) Bu yaxinlarda televizordan eshitdim ki, ovret yerlerini aciq qoyanlara salam vermek olmaz. Bu duzdur? Eger duzdurse onda men qohumlarima nece salam vermeyim? 4) bir de nerd oynayanlara salam vermek olmaz.Menim qohumlarimda nerd oynayanlar var ve menim dilim oyrenib ki, hetta mene sabahin xeyir deyende de men salam deyirem. Indi eger men onlara salam desem haram ish gormush olaram? Yeni bu ne derecede ciddidir? 5) umumiyyetle kimlere salam vermek olmaz ve kimlerin salamini almaq olmaz? 6) Men hadis oxumusham ki, kishi tam qirmizi ya gullu-gullu ve s. Qadin geyimlerinde olan renglerde paltar geyine bilmez. Bes nye qardashlar geyinir? Hatta bazan elmli qardashlarin da eyninde bele paltarlar gormushem.magar bu haram deyil? Chox sagh olun.Allah razi olsun. Wassalamu aleykum Cavab: Wa aleykumus salam va rahmatullahi va barakatuhu! 1. Buna adət etmək olmaz. Amma təlim üçün müəyyən həddə qədər bundan istifadə edilir. 2. Buna görə sənin üçün günah yoxdur. 3. Salam verə bilərsən. 4. Xeyr, sən onlara da salam verə bilərsən. 5. kafirlərə ilk olaraq salam vermək olmaz. Onlar salam versələr olduğu kimi də cavab vermək lazımdır. 6. Təbii ki, ola bilər kimsə riayət etmir və belə hal olanda nəsihət et. Bəzi şeylər haram olmaya bilər lakin çəkinmək daha məsləhətli olsun. Allah daha yaxşı bilir! As salamu aleykum va rahmatullahi va barakatuhu! |
|
|
| Kent |
Дата 01 Jun 2006, 20:17
|
|
Unregistered |
Şeyx, belə ayrı-ayrılıqda sual verməyimi üzürlü sayın, bir-bir yada düşür. dürdrükətli namazlarda ikinci rükətdən sonra salavatdan sonrakı duanı da demək lazımdır, yoxsa yalnız təşəhhüd və salavat? əssələmu aleykum va rahmətullahi va bərakətuh. Cavab: Wa aleykumus salam va rahmatullahi va barakatuhu! Təşəhhüd və salavat kifayətdir. Allah daha yaxşı bilir! As salamu aleykum va rahmatullahi va barakatuhu! |
|
|
| Muslimatun |
Дата 01 Jun 2006, 21:14
|
|
Unregistered |
AsSalamu Aleykum wa RahmatuLlahi wa Barakatu!
Sheyx, esli est kakoy nibud hadis pro to kak prorok (sas) govoril cto Kanstantinopol stanet po drugomu imenovatsa, to napishite ego, esli vam ne trudno.. AsSalamu Aleykum wa RahmatuLlahi wa Barakatu! Ответ: Ва алейкумус салам ва рахматуллахи ва баракатуху! У меня нет достоверной информации об этом. Поискал, но ничего такого не нашёл. Если вы назовёте источник, откуда это прочитали, может я и найду. Аллах знает лучше! Вас саламу алейкум ва рахматуллахи ва баракатуху! |
|
|
| Kent |
Дата 01 Jun 2006, 21:19
|
|
Unregistered |
əssələmu aleykum. 1) bu sualı dərsdə vermişdim, növbəti dərsə qalıb, onda da iştirak etmədiyimdən birdə verirəm. müəzzin azanı mikrofonla camaata eşitdirərkən "əşhədu ən lə iləhə" deyən kimi elektrik kəsilsə, camaat inkarı eşidəcək ki, "şəhadət verirəm ki, ilah yoxdur". "Allahdan başqa" təsdiq kəlməsini eşitməyəcək. olmazmı ki, azan minarədə verilsin ki, belə xoşagəlməz halla qarşılaşmayaq? 2)siz dediniz ki, İsa(a.s.)`ın evli olmasını nə təsdiq edirsiniz, nə təkzib. Məgər sünnədə bu barədə heç bir fikir yoxdu? 3)Allah rizası üçün, içkinin qadağan olunmasından sonra içki içib sonra tövbə edən səhabələrin hamısının adlarını bildirərdiniz. əssələmu aleykum va rahmətullahi va bərakətuh. Cavab: Wa aleykumus salam va rahmatullahi va barakatuhu! 1. Belə etiraz minarədə də ola bilər, məs, müəzzinin ürəyi gedə bilər və s. Belə bir hal olanda eşidənlər özləri davam etsinlər. Əsas odur ki, camaat namazın vaxtının girməsini eşitdilər. 2. Mən bunu xaçpərəstlərin dediyinə görə. Müsəlman şəxs əhli kitabın rəvayətlərində bir neçə mövqedə olmalıdır. Birinci: Əgər onların dediklərini bizim şəriətə ziddirsə onda biz onların dediklərini şəriətimizə görə inkar edirik. İkinci: Əgər onların dedikləri bizim şəriətdə öz əksini tapırsa buna biz də inanırıq. Üçüncü: Əgər onların dedikləri bizim şəriətə zidd olmasa biz onların dediklərini nə yalan nə də düzgün sayırıq. 3. Bunlar az idilər. Və onlar artıq bundan tövbə etmişlər. Bu əsasən bəzi vaxtlarda tam haram olmamışdan əvvəl olmuşdu. Məs, İçkili halda namaza yaxınlaşmayın və s. belə ayələr nazil olmuşdu. Sonra əl-Maidə 90-91 nazil oldu və tam haram edildi ondan sonra içki içən olmadı. Fəqət çox nadir halda bir neçə nəfərdən belə oldu və onlar da tövbə etdilər. Allah daha yaxşı bilir! As salamu aleykum va rahmatullahi va barakatuhu! |
|
|
| naxsh |
Дата 02 Jun 2006, 06:54
|
|
Unregistered |
Asalam aleykum va rahmatulah va barakat gamat gardash
1.gaynana oz kurakanini uzun muddat gormuyubsa , gujagliyib opa bilar ? Bu halda kurakan musulmndirsa o gunah etmish olur yoxsa yox. Va eyni shey galin uchun gaynatasi ila gujagliyib opa bila 2.abaya va jilbab geyinmak vagibdir? Yani agar paltar shariyata uygundursa amma abaya va jilbab deyilsa bunu geymak olar ya yox? 3.bazi xariji yemaklari bishiranda ichina ichki gatirlar masalam vino, va bu yemayin ichinda pishir bela halda hamin yemak haram sayilir yoxsa neja? 4.ayagda olan celuliti plastic operasiya yoluynan chixartmag haramdir, chunku bu xastalik kimi bir sheydi va koklukdan amala galir va sonra hattda lap chop kimi ariglasanda kechmir , idmanlada kechmir , bela halda gadin naetsin agar arinin yaninda utanir soyunsun, chunki bilir ki yoldashinin celulitan zahlasi gedir. 5. Gadin sachini gisa kasdira bilar , boyunan yuxari. Allah razi olsun Cavab: Wa aleykumus salam va rahmatullahi va barakatuhu! 1. Xeyr, günah etmiş olmur. Sadəcə imkan varsa sözlə kifayətlənsin. 2. Xeyr vacib deyil. Əsas odur ki, paltar şərii qaydalara zidd olmasın. 3. Əgər yeməyə qatırlarsa çalış çəkin. 4. Bunu həkimlə məsləhət et. Əgər məsləhət görsə ehtiyac olsa edə bilərsən. 5. Təbii ki, əgər ehtiyac varsa və ya saçı uzun olub ona əziyyət verirsə kəsə bilər. Lakin qısa edib kişilərə də oxşatmasın. Allah daha yaxşı bilir! As salamu aleykum va rahmatullahi va barakatuhu! |
|
|
| Guest |
Дата 02 Jun 2006, 09:47
|
|
Unregistered |
Salamaleykum!
Sheyx, size ele gelmir ki, mescidde temir ishleri aparmaq lazimdir.Xususen mescidde , ayaqyolunda , destemaz alinan yerlerde..Mescide muasir tipli kondisioner qurashdirilsa pis olmazdi.Imkanli qardashlar bir nechesi bir yere yigilsa bu ish duzeler.Bu elede chox vesait teleb etmir.Sadece istek lazimdir.Nezere alaq ki, mescidimiz elhemdulillah mubarek ve teqvali mescidlerdendir.ALLAH sizden razi olsun! Salamaleykum! Cavab: Wa aleykumus salam va rahmatullahi va barakatuhu! Düzdür təmitə ehtiyac var. Biz istəyirik ki, ilk olaraq məscidin damını düzəldək çünki damı su buraxır. Amma kondisioner isə oraya çox güclüsü lazımdır. Mənə elə gəlir ki, buna çox pul lazımdır. Əlhəmdulilləh bu vaxta qədər məsciddə edilənləri qardaşlar ediblər və Allah onların mallarına bərəkət versin. Allah daha yaxşı bilir! As salamu aleykum va rahmatullahi va barakatuhu! |
|
|
Страницы:
(19) [1] 2 3 ... Последняя » |
![]() ![]() ![]() |