ОтветитьСоздать темуСоздать опрос

> Nurcular kimlerdir?
sufilik
  Дата 11 Jun 2006, 10:45
Цитировать сообщение




Unregistered












Nurçular:

Türk dünyasının potensial düşmenleri

Seid Nursi (Kürdi), Fetullah Gülen ve başqaları

barede bildiyimiz ve bilmediyimiz bezi heqiqetler

Azerbaycanda müxtelif missioner teşkilatların fealiyyet göstermesi heç kese sirr deyil. Dünyanın müxtelif yerlerinden ölkemize gelerek, en müxtelif dini-ideoloci görüşleri tebliğ eleyen missionerlerin fealiyyeti artıq dövletimizin maraqları üçün tehlüke töredecek seviyyeye gelib çatıb. Selib yürüşünün bu cür vüset almasının belke de en birinci sebebi vetendaşlarımızın missioner teşkilatların fealiyyetinin esl mahiyyeti barede melumatsız olmasıdır. "Xalq Cebhesi" qezeti bu missiyanı öz üzerine götürerek, dövleti maraqlar üçün tehlüke töreden missioner qurumların fealiyyetini araşdırmaq meqsedile yeni araşdırmaya başlayır. İlk "qonaq" statusuna nurçuların layiq görülmesi tesadüfi deyil. Türk dünyasının potensial düşmenleri sayılan ve fealiyet gösterdiyi bütün ölkelerde türk düşmeni yetişdiren bu qüvveler Azerbaycana ilk gelen ve öz fealiyyetini en geniş şekilde qurmuş teriqet hesab olunur. Nurçuluğun mahiyyeti, onların Türkiye ve Azerbaycandakı dayaqları, teriqetin ideoloci rehberlerinin gerçek üzü barede teqdim edeceyimiz materiallar yeqin ki, oxucularımızda böyük maraq doğuracaq.

Seid Nursi (Kürdi) kimdir?

Fetullah Gülenin ustadı, türk milletçiliyine qarşı kürd milletçiliyi anlayışını yaradan, bu ideya esasında nurçuluq cereyanın temelini qoyan Seid Kürdi 1875-ci ilde Siirt vilayetinin Nurs kendinde anadan olub. Molla Seid kimi tanınan bu şexs evvelce özüne "Bediüzzaman" leqebi verib ve sonralar soyadını (Kürdi) deyişerek "Nursi" adlandırıb. Seid Kürdi soyadının deyişmesinin müxtelif dövrlerde iki ferqli izahatını verib. İlk önce soyadını doğulduğu kendin adına uyğun olaraq qebul etdiyini bildiren Kürd Seid sonralar "Nursi" kelmesinin Qurandakı "nur" anlayışından götürdüyünü söyleyib. İlahiyyat elmleri doktoru, professor Neşet Cağatay Seid Kürdinin heyat ve fealiyyetini qısa ve lakonik şekilde bir neçe cümlede ifade edib.

"Bu şexsin ideologiyasının esasında kürd milletçiliyi anlayışı durur. Atatürkçülük ideologiyasına qarşı "hümmetçilik" (vahid müselman milleti) anlayışı qoyan Seid Kürdinin esas meqsedi kürd milletçiliyi ideyasını ortaya atmaqla türk milletçiliyini mehv etmek ve bu prinsip esasında müsteqil kürd dövleti ideyasını heyata keçirmekden ibaretdir. 1945-ci ilden etibaren resmi olaraq nurçuluq herekatının ideoloci rehberi kimi qebul edilib. Eserlerinin bir qisminde Mehemmed peyğemberin teqlidçisi olub , qeybden sesler eşitdiyini, quşlarla danışdığını, ona veyh verildiyini bildirib. Qurani-Kerimin ayrı-ayrı ayelerinde peyğemberliyine ve yazdığı eserlere dair işareler verildiyi iddialarını ortaya atan ağlı azmış bir şexsdir. Ne dediyini bilmeyen bir psixi xestenin öz sersem fikirlerini anlaşılmaz şekilde ifade etdiyi bir sıra eserleri mövcuddur. Öz terefdarlarına daha çox kitab sataraq pul qazanmaq düşüncesi ile hereket eden Seid Kürdinin müridleri bu ecaib kitabların ayrı-ayrı hisselerini bir yere toplayaraq yeni kitablar çap edib. Bununla da Seid Kürdinin yazdığı iddia olunan kitabların sayı 136-ya çatdırılıb. Hemin kitabların çoxundan Kürd Seidin xeberi bele yoxdur. Mahiyyeti ve meqsedi kürdçülük olan nurçuluq Demokrat Partiyasının xalqın dini hisslerine hörmetsizlik etmesi sebebile serbest şekilde yayılıb".

Heç kese sirr deyil ki, separatçı kürd milletçileri Şimal-Şerqi Anadolu erazisini "Kürdüstan" adlandırır ve hemin erazilerde müsteqil kürd dövleti qurmaq isteyir. Bu ideya separatçı "IBDA-C", "DNKP-C" qrupunun ve terrorçu PKK teşkilatının esas hedefi hesab olunur. Lakin çox az adama melumdur ki, "müsteqil Kürdüstan dövleti" ideyasını ilk defe ortaya atan şexs mehz Seid Nursi olub. İndi de müsteqil kürd dövleti qurmaq isteyenler mehz Seid Nursinin ideyalarına esaslanırlar. Fetullah Gülenin ustadı, separatçı İVDA-C teşkilatının "Anadolu İslamçı Qurtuluş Mücadilesi içinde kimler yox ki... Bir yenilmez ve deyanetli mücahid, cesedinden bele qorxulan Seid Nursi" adlandırdıqları Kürd Seidin en böyük ideallarından biri "Kürdüstan" adlandırdığı Şimal-Şerqi Anadolu erazisinde kürd dilinde tehsil veren universitet yaratmaq ve burada şerietçi bir kürd dövletinin temelini atmaq olub. Nurçu cereyanın baş ideoloqu ve ali rehberinin meqsedi öz müridlerinin yazdığı kitablarda aşağıdakı şekilde ifade olunub.

"O, daim tezyiqler altında ezilen Kürdüstanda Misirdeki Cami-ül-Ezhar tipli "Medreset üz-Zehra" adlı bir universitet açmağı düşünür ve ilk fürset düşen kimi bu teşebbüsü heyata keçirmek üçün fealiyyet başlayır. Teessüf ki, istibdad her hansı bir teşebbüse mane olduğu kimi, bu teşebbüsün de qarşısını alır. Seid Nursi İstambula ilk gelişi zamanı kürd dilinde tehsil veren universitet açmaq niyyetini heyata keçirmek üçün Sultan II Ebdülhemide bir müraciet gönderir. Müraciet "Kürdler yene möhtacdır" başlığı altında o zaman İstambulda çap olunan "Şerq ve Kürdüstan" qezetinin birinci nömresinde derc edilib. Altında "Molla Seid-e Meşhur" imzası olan müracietde "Kürdüstan" adlanan erazinin üç nöqtesinde kürdler üçün universitetler yaradılması teleb edilir. Seid-Kürdinin müracietindeki bezi fikirler onun türk milletine münasibetini açıq şekilde ortaya qoyur.

"Kürd xalqının başını qaldırmayaraq tekidle yerinde sayması onların daim tezyiq ve şübhe hedefine çevrilmesine sebeb olub. Tarix boyu bütün sahelerde kürdlerden geri qalanlar (bu ifade türk xalqına nezeren işledilib), bu gün onların başını aşağı salıb sakit durmasından istifade edir. Bele veziyyet ise azca da olsa kürdlerin halına yananları düşündürür. Buna göre de Kürdüstanın üç nöqtesinde-

a) Artuşi tayfalarının meskunlaşdığı Beytüşşebapda;

b) Motkan, Belkan ve Sason arasında;

c) Sıpkan ve Hayderan tayfalarının yerleşdiyi Van şeherinde medrese adı altında dini elmlerle yanaşı dünyevi elmlerin de tedris olunduğu üç universitet yaradılmalıdır. Bundan başqa diger medreselerin fealiyyetinin canlandırılması da Kürdüstanın maddi ve menevi geleceyine qarantiya verilmesi baxımından mühüm ehemiyyet kesb edir. Mehz bele olacağı teqdirde kürdler neye qabil olduqlarını herkese sübut etmeye qadir olacaqlar". Bu müracietden sonra Sultan II Ebdülhemid Kürd Seidi evvelce delixanaya saldırır, daha sonra ise cezanı daha da ağırlaşdıraraq onu hebs edilmesine ferman verir. Uzun çeken maceralardan sonra yeniden Anadoluya qayıdan Seid Kürdi kürd tayfaları arasında tebliğat apararaq müsteqil kürd dövleti qurmağın öz dillerinde tedris müessiselerin açılmasından keçdiyi fikrini aşılamağa çalışır. Nurçu cereyanın yaradıcısı Osmanlı imperiyasının çöküşü neticesinde yaranan xaosdan istifade ederek, öz ideyalarını geniş tebliğ etmeye başlayır. Dövletin bütölüyününü tehlükede olduğu bir zamanda Seid Kürdinin separatçılıq fealiyyeti bir il sonra cumhuriyyetin esasını qoyacaq şexslerin ciddi etirazına sebeb olub. Sübut kimi Atatürkün separatçı fealiyyete sert münasibetini ortaya qoyan tarixi faktı qeyd etmek yerine düşer.

Bir haşiye.

1922-ci ilde Mustafa Kamal Aatatürk Konyaya geden zaman yerli medreselerden birini ziyaret edir. Seid Kürdinin müridlerinden biri Atatürke müraciet ederek, medreselerin sayının artırılmasını ve burada dini tehsil alan şexslerin herbi xidmete çağırılmamasını xahiş edir. Bu müracietden esebileşen Atatürk müridin herbi mükellefiyyet barede xahişine sert şekilde cavab verir:

"Yoxsa, sizin üçün medrese, yunanları meğlub etmekden, xalqı zülmden qurtarmaqdan daha vacibdir? Millet qan içinde üzerken, xalqın en igid oğulları cebhede döyüşüb, canlarını feda ederken, siz burada genc sapsağlam deliqanlıları gizletmekmi isteyirsiniz? Buradan geden kimi sizin müridlerinizin hamısının herbi xidmete çağrılması üçün gösteriş vereceyem".

Seid Kürdinin heyat ve fealiyyetine qısa ekskursiyadan sonra onun davamçılarının, özlerini "nurçular" adlandıran teriqetin türk dünyası üçün doğurduğu tehlüke ile bağlı bezi meqamları nezerinize çatdırmaq isteyirik. Bu tehlükenin derecesini aydınlaşdırmaq üçün ilk növbede nurçuların dövletçilik anlayışına baxışlarına nezer salmaq vacibdir. Nurçulara göre, Türkiye dövleti herbi xuntadır.

"Türkiye Cumhuriyyeti nece quruldu?"

sualına nurçuların ümumileşdirilmiş cavabı beledir: "Cumhuriyyet Qurani-Kerim ve islam hümmetini heçe sayaraq bize qarşı hücuma keçmek üçün yaradılmış bir zındıq hiylesidir. Bu quruluş mütleq istibdada CUMHURİYYET, dine qarşı mübarizeye RECİM, mütleq sefalete MEDENİYYET, öz meqsedlerini heyata keçirmek üçün verdiyi qerarlara QANUN adı verilerek yaradılıb". Nurçulara göre, Türkiye dövleti yalnız islam dinine deyil, eyni zamanda exlaqi deyerlere zidd bir quruluşdur. Onlar bele hesab edir ki, Türkiye Cumhuriyyeti teokratik dövlet quruluşuna malik olmalı idi ve bu dövletin dünyevi dövlet prinsipi esasında qurulması zamanın sehvidir. Seid-Kürdi öz eserlerinde Türkiye Cumhuriyyetine verdiyi terifi bele davam etdirir: "Türkiye dövleti tekce islama deyil, exlaqi deyerlere qarşı olan bir quruluşdur. Bu dövletde cameler mehrabsız, kendler imamsız, şeyxler cübbesiz, müridler başsız buraxılmışdır. Halbuki, bunun evezinde bir din dövleti qurulmalı idi". Nurçuların meqsedi de Türkiyede dini dövlet quruluşunu berpa etmek ve dövleti şeriet qanunları ile idare etmekdir. Bu menada nurçular "milliyyet" anlayışına qarşı çıxır, "türk milleti" anlayışını qebul etmirler. Onların fikrince, esl milliyyetçilik islami deyerlere esaslanan toplumdur, müselman milletidir. Göründüyü kimi, nurçular daim siyasetden uzaq olduqlarını iddia etseler de, onların bütün ideya ve meqsedleri siyasi xarakterlidir ve bu ideologiyanın mahiyyetinde şeriete esaslanan müsteqil kürd dövletinin qurulması dayanır.
Top
sufilik
Дата 11 Jun 2006, 10:46
Цитировать сообщение




Unregistered












Nurçuların strateci hedefleri 01

Nurçuların strateci planda reallaşdırmaq istediyi esas meqsedlerinden biri de Türkiyede teokratik dövlet quruluşu yaratmaq, xilafet qurmaqdır. Onlar meqsedlerine nail olmağın çetinliyini başa düşerek, indiki situasiyada teokratik dövletin bezi xüsusiyyetlerinin Türkiyenin dövlet quruluşunda berqerar olmasına çalışırlar. Bu taktiki fealiyyet özünde bir neçe istiqameti birleşdirir:

1) İslam dini Türkiye dövletinin resmi dini elan olunmalı;

2) Hökumet şerietin qoruyucusu ve himayedarı funksiyasını yerine yetirmeli;

3) Qurani-Kerim Konstitusiya olaraq qebul edilmeli,

4) Dövletin idareetmesi Ülemalar Şurasına tapşırılmalıdır.

Başqa sözle desek, nurçular Türkiyede İrandakı olduğu kimi dini bir recimin qurulmasını isteyir ve öz ideyalarını heyata keçirmek üçün hetta hebsxanaya düşmeyi bele özlerine şeref sayırlar. Teriqet üzvleri hebsxananı öz aralarında Medreseyi-Yusifiyye adlandırır ve bu remzi adı Yusif peyğemberin ömrünün böyük bir hissesinin mehz hebsxanada keçirmesi ile elaqelendirirler. Eslinde nurçuların hebsxanaya can atması öz tebirlerince desek, kamillik mektebi keçmek deyil, tamamile başqa meqsed daşıyır. Eslinde nurçuların esas fealiyyeti cemiyyetin bütün tebeqeleri, o cümleden dövlet strukturlarında terefdarlar şebekesini formalaşdırmaq üzerinde qurulub. Esas meqsed de zamanı yetişende dövlet strukturlarındakı şebeke vasitesile öz taktiki ve strateci planları ile bağlı meqsedleri heyata keçirmekdir. Cemiyyetin bütün tebeqelerine qarışaraq öz terefdarlarının sayını artırmaq isteyen nurçular könüllü suretde hebsxanalara düşmekden bele çekinmir. Öz ideyalarını mehkumlara aşılayaraq, cemiyyetin bu tebeqesi arasında bele terefdar qazanmağa sey gösterirler. Hazırda nurçuların Türkiyedeki esas hedefi dövlet strukturlarında - hökumetde, Milli İstikbarat Teşkilatında, polis orqanlarında, ordu daxilinde öz şebekelerini yaratmaqdır. Buna göre de nurçuların "dövlet daxilinde dövlet" yaratmaq isteyi Türkiye Cumhuriyyeti üçün ciddi tehlüke sayılır.

Candarma Genel Komutanlığı "Hizbullah teşkilatı ve diger irticaçı fealiyyetler" adlı hesabatının "Nurçuluq" adlanan bölmesinde Fetullah Gülen qrupu ve nurçular haqqında geniş melumatlar öz eksini tapıb. Hesabatda nurçuların şeriet esaslarına dayanıqlı dövlet qurmaq istiqametindeki fealiyyetlerine ifşa olunur. "Türkiye Silahlı Qüvveleri olmasaydı, nurçular xeyallarında tesevvür etdikleri islam dövletini çoxdan qurmuşdu" ifadesi ile başlayan hesabatda Fetullah Gülenin fealiyyetinin perdearxası meqamlarına kifayet qeder aydınlıq getirilib. Oxucuların marağını nezere alaraq hesabatdan bezi hisseleri ixtisar olunmuş şekilde derc edirik.

Nurçuluq

Türkiyede doqquz ayrı qrup şeklinde fealiyyet gösteren nurçu ünsürler sırasında en böyüyü Fetullah Gülenin rehberlik etdiyi qrupdur. Bu qrupun dini esaslara dayanıqlı dövlet qurmaq istiqametinde gösterdikleri fealiyyeti diger nurçu qrupların gördüyü işlerle müqayise etdikde Fetullah Gülen qrupunun daha ireli getdiyini görmek olar. İslamiyyetin türk şüuru ile birleşdiilmesi, Türk-İslam sintezine esaslanan ideologiya formalaşdırmaları, demokratik prinsiplere uyğun şekilde teşkilatlanmaları, mediativ resursların fealiyyetinden daha rasional formada istifade ederek ictimai rey formalaşdıra bilmeleri, cereyan rehberlerinin öz emellerini "biz Cumhuriyyet terefdarıyıq" şüarları ile ört-basdır son neticede bezi dövlet memurlarında ve cemiyyetin böyük bir qisminde bu qrup barede müsbet fikir formalaşdırıb. Özlerine mesum bir sifet vererek dünyevi dövlet quruluşunun terefdarları olduqlarını beyan etseler de, ölke daxilinde ve xaricinde güclü şekilde teşkilatlanan ve güclü maliyye menbelerine malik olan nurçuların esas fealiyyet istiqametleri şeriet dövleti qurmaq üçün kadr potensialı formalaşdırmaq strategiyasına esaslanır.

1. Nurçuların Türkiye daxilindeki fealiyyeti

1969-cu ilden etibaren fealiyyet gösteren Fetullah Gülen qrupu ölke daxilinde son derece güclü seviyyede teşkilatlanıb ve geniş bir terefdar kütlesine malikdir.
Hazırda Türkiyede bu qrupa mexsus 200 veqf, 200 özel mekteb, 56-sı böyük 500 şirket, 460 müxtelif xarakterli kurslar ve teqriben 500-den artıq telebe yataqxanası fealiyyet gösterir.

Bundan elave biri ingilis dilinde derc olunan 14 curnal, 300.000 tiraca malik "Zaman" qezeti, dünyanın bütün ölkelerine yayımlanan "Samanyolu" televiziyası (STV) ve iki radio qurumu Fetullah Gülen qrupunun ictimai rey formalaşdırmaq ve tebliğat aparmaq istiqametinde malik olduğu en ehemiyyetli kütlevi informasiya vasiteleridir.

Hesabatda nurçuların Türkiye daxilinde fealiyyetinin coğrafiyası öz eksini tapıb. Candarma Genel Komutanlığı nurçuların bütün ölke erazisinde fealiyyet gösterdiklerini bildirse de, onların Samsun-Adana istiqametinin qerbinde olan vilayetlerde, ali mekteblerde ve Erzurumda daha güclü şekilde teşkilatlandığını qeyd edir.

Nurçular ölke daxilinde ve xaricinde gösterdikleri fealiyyeti hansı menbelerden maliyyeleşdirir? Hesabatda qeyd olunur ki, bu cereyan öz maliyye emeliyyatlarını sahib olduqları "İşıq Sığorta" sığorta şirketi ve "Asya Finans" maliyye qurumu vasitesile heyata keçirir.

2. Nurçuların Türkiye xaricindeki fealiyyeti

1992-ci ilden etibaren xarici ölkelerde teşkilatlanmağa başlayan Fetullah Gülen qrupu öz fealiyyetini Cenubi Afrikadan Rusiyaya, Uzaq Şerqden ABŞ-a kimi genişlendirmeye nail olub. Nurçuların xarici dövletlerdeki esas fealiyyeti tehsil sektoruna kapital qoyuluşunda iştirak etmek üzerinde qurulub. Hazırda nurçular 54 xarici ölkede (bu ölkeler sırasında Azerbaycan ilk yerlerden birini tutur) tehsil sektoruna bu ve ya diger formada bağlılığı olan 293 müessiseye malikdir. Nurçuların malik olduğu tehsil messiseleri siyahısında 6 universitet (Azerbaycanda Qafqaz Universiteti), 250 litsey, 2 ibtidai tehsil müessisesi, 8 xarici dil ve kompüter öyretme merkezi, 6 universitete hazırlıq kursu, 21 telebe yataqxanası var. Bu tehsil müessiselerinde 40.000 telebe ve şagird tehsil alır.

Candarma Genel Komutanlığı öz hesabatında Fetullah Gülen qrupunun tehsil sektorunu hedefe almasının sebebini açıqlayıb. Hesabatın

"Fetullah Gülen qrupunun fealiyyetinin analizi"

adlı III bölmecinde nurçuların dövlete benzer şekilde teşkilatlandığı xüsusi olaraq vurğulanıb. "Dövletin tam şekilde nezaret ede bilmediyi tehsil sahesinde Fetullah Gülen qrupunun öne çıxması nezere çarpır. Onlar öz tesir dairelerinde olan qurumların funksiyalarını ve siyasi nüfuzlarını Türkiyenin siyasi konyukturuna uyğunlaşdırmağı bacarıblar. Fetullah Gülen qrupu açıq şekilde heç bir siyasi partiyanı desteklemir ve nurçuların ideoloci ve taktiki meqsed baxımından özlerine yaxın olan Rifah ve Fezilet partiyalarına açıq şekilde destek vermemesinin esl sebebi Fetullah Gülen qrupunun ehtiyatlı mövqe tutması ile bağlıdır. Qrupun staretegiyası dövlete qarşı açıq şekilde çıxmamaq ve lazımi güce sahib olmayana kimi esas fealiyyeti terefdar toplamaq ve iqtisadi baxımdan güclenmek prinsipi üzerinde qurulub. Buna göre de nurçular bir qayda olaraq seçkiler erefesinde öz mövqelerini açıq şekilde ortaya qoymur ve cereyanın liderleri öz terefdarlarını hansısa siyasi partiyaya ses vermeye çağırmırlar. Eksine nurçuların "siyasi mövqeyi" seçkilerin neticelerine göre formalaşır, yeni, Fetullah Gülen qrupu seçkilerde hansı neticeni göstereceyi melum olmayan partiya ile deyil, qalib siyasi qüvvelerle emekdaşlığa üstünlük verir. Çünki bu tip partiyalar daha çox imkanlara malikdirler ve daim hakimiyyetde olan partiyalarla elaqe qurmaqla Fetullah Gülen qrupu hem nur camaatının mühafize edir, hem de öz fealiyyetlerini genişlendirmek qarşısındakı baryerleri def etmeyi bacarır. Nurçular öz fealiyyetlerini mehz bu rasional taktika esasında diger cereyanlara nisbeten daha samballı şekilde qurmağa nail olub.

Nurçuların Türkiye daxilinde ve xaricinde ictimai rey terefinden qebul olunmasında (bu ise missioner teşkilatların fealiyyeti üçün en önemli amildir) mühüm rol oynayan faktorlardan biri onların adının ekser hallarda tehsil sahesi ile qoşa çekilmesidir. Nurçular xarici ölkelerde tehsil müesiiseleri açır ve bununla da yerli hakimiyyet orqanlarını zererli bir iş görmediklerine inandırmağa nail olurlar. Burada qarşılıqlı maraqlar meydana çıxır. Xarici dövletler nurçuların tehsil sektoruna kapital qoyuluşuna şerait yaratmaqla Türkiyedeki islamçı dairelerle elaqe yaratmaq üçün Fetullah Gülenin yardımından istifade edirler. Fetullah Gülen qrupu bu taktikadan öz meqsdeleri üçün kifayet qeder yararlana bilib. Bu barede Candarma Genel Komutanlığının hesabatında aşağıdakı qeyd olunub. "Fetullah Gülen Ortodoks Fener Rum patriki Bartolemeos ve katolik kilsesinin başçısı Papa II Pol ile görüşerek, Qerb dairelerinden aldığı desteyin evezini vermeye hazır olduğunu bildirdiyi müeyyenleşib. Özelirinin bir teriqet olmadıqlarını iddia eden nurçuların liderinin sırf dini xadim olan Papa ve Patrikle görüşmesi, özüne dini işler nazirine alternativ bir status istemesi diqqet çeken meqamlardan biridir".

(AA) Fetullah Gülenin nur camaatına teqdimatı

Hesabatın en maraqlı meqamlarından biri nurçuların öz sıralarına yeni celb etdiyi üzvlere Fetullah Güleni teqdim etme formasıdır. 1988-93-cü illerde nurçuların tesir dairesine düşerek onların aşıladığı ideologiyanı menimsemiş bir telebe Fetullah Gülenin tanıtımının forma ve metodları barede geniş melumat verib. Onun sözlerine göre, nurçuların missioner fealiyyeti "Nur kazarmaları" adlanan xüsusi evlerde heyata keçirilir ve buraya celb olunan yeni üzvlere Fetullah Gülenin heyatı, dünyagörüşü, felsefesi ile bağlı videokasetler nümayiş etdirilir. Bu kasetlerde Fetullah Gülen insanlığın fövqünde duran bir varlıq, yarımallah kimi teqdim olunur. Tebliğat prosesinde istifade olunan fikrilerden bezilerine diqqet yetirek. "İnsanlığın fövqünde duran bir şexsin her dediyine siz inanmalısınız. Çünki, siz boğaza kimi çirkaba, günaha batıbsınız, amma o, sizin liderinin (yeni, Fetullah Gülen) sizden qat-qat üstün, sizin heç zaman çata bilmeyeceyinizi bir seviyyede olan, insanlığın fövqünde duran bir varlıqdır. O, size diger dünyalardan, qeybden xeber getiren bir varlıqdır". Tebliğat prosesinde nurçuların ali rehberinin peyğember, ideya ve fikir liderinin Seid-Nursi, gözle görünen canlı liderinin ise Fetullah Gülen olduğu telqin edilir.
Top
sufilik
Дата 11 Jun 2006, 10:46
Цитировать сообщение




Unregistered












(BB) Nurçuları bir-biri ile bağlayan temel prinsipler 02


Hesabatda qeyd olunur ki, nurçuların teşkilatlanmasında şaquli istiqametli idareetme prinsipi esas rol oynayıb. Bu prinsipe esasen, bütün üzvler rehbere itaet etmeli, onun teleblerini qeyd-şertsiz yerine yetirmelidir. Bundan başqa nur camaatını bir-birine bağlayan ikinci amil hisslerdir. Hisse esaslanan birlik hissi nurçuları bir-birine bağlayan yapışqan rolunu oynayır. Bu prinsipe esasen, lidere bağlılıq çon derece mühüm ehemiyyet kesb edir ve nurçuluğun deyişmez prinsiplerinden biridir. Lider anlayışı nur camaatının birge fealiyyet göstermesi baxımından çox önemlidir.

(CC) Nurçuların vezifeleri ve strateci hedefleri

Unutmaq lazım deyil ki, Fetullah Gülenin esas hedefi a) Türkiyede islam dövleti qurmaq, b) Türkiye liderliyinde islam dövletlerinin birliyine nail olmaq, c) tanrının sözünün cemiyyet üçün deyişmez qanuna çevrilmesini temin etmekdir. Nurçuların bütün fealiyyeti Türkiyede siyasi iqtisadi güc müstevisinde söz sahibine çevrilmek üzerinde qurulub. Bu fealilyyetin esasını tebliğat teşkili edir ve tebliğat prinsipleri hedeflere göre deyişir. Meselen, universitetlerde telebeler arasında aparılan tebliğatda nurçular Türkiyede dünyevi dövlet quruluşunu deyişmek meqsedinde olmadıqlarını xüsusi olaraq vurğulayırlar. İbtidai mekteblerin son siniflerinde ve litseylerde oxuyan şagirdler esas hedeflerden hesab olunur. Burada hemin yaş qrupunun psixoloci durumu nezere alınır. Hemin yaş qrupu insanın en cahil ve romantik xeyallarla yaşadığı bir dövrdür. Nurçular öz fealiyyetlerini en yüksek seviyyede qurmaq üçün orta mektebler ve universitetlerde teşkilatlanmağa üstünlük verirler. Teriqete yeni üzvler esasen kiçik ve orta binzes tebeqesi ve tehsil alan gencler sırasından seçilir. "Böyüme" anlayışı bu iki tebeqeni hedefe götürür. Bir müddet nurçuların esas hedefi "tehsil" olduğu üçün onlar öz sıralarını bu sektor hesabına genişlendirmeye üstünlük verseler de, teriqetin sıraları böyüdükce başqa sahelere de el atmağa, cemiyyetin ve dövlet institutlarının bütün sahelerinde teşkilatlanmağa başlayıb. Bu baxımdan Türkiye dövletçiliyi üçün en böyük tehlüke yaradan meqamlardan biri nurçuların silahlı qüvvelerde, polis orqanlarında, hüquq-mühafize sisteminde şebeke yaratmaq, öz adamlarını gizli suretde bu strukturlarda yerleşdirmek ve dünyevi dövletin esaslarını qoruyan strukturları içeriden mehv etmekdir.

(CC) Nurçuların vezifeleri ve strateci hedefleri

Teriqet herbi qüvvelere soxulmağa cehd edir

Fetullahçılar herbi mekteblere göndereceyi telebeleri son derece gizli şekilde seçirler. Onlara xüsusi evlerde telim keçirilir ve herbi mekteblerde tehsil alarken özlerinin nurçu olduqlarını bildirmemek üçün istifade edeceyi metodlar barede geniş melumat verilir. "Fetullahın esgerleri" herbi tehsil alarken, ordu sıralarında xidmet ederken, herbi vezife yükselişi dövrü keçerken nurçu olduqlarını, "nur kazarmaları"nda Fetullah Gülen ve Seid Nursinin ideoloci baxışlarını menimsediklerini müeyyen bir müddete kimi heç kesin bilmemesi ile bağlı öz üzerine öhdelik götürür. "Fetullah esgerleri"nin pünhan dövrü nurçuların Türkiyede islam dövleti qurmaq üçün yeterli güce sahib olduğu müddetde bitmelidir. Fetullah Gülenin müeyyenleşdirdiyi strategiyaya göre, herbi strukturlarda teşkilatlanmış nurçular ölkede dini recimin qurulması ve mühafizesinde esas rol oynamalıdır. Bu baxımdan herbi mekteblere gönderilmeye hazırlanan telebelerin gizli telim keçdiyi "nur kazarmaları"nın yeri hetta cereyanın orta ve qismen ali seviyyeli rehberlerinden bele gizli saxlanılır. Fetullahçılar herbi strukturlarda, polis orqanlarında, hüquq-mühafize sisteminde teşkilatlanmaq niyyetini gizli suretde heyata keçirmelerinin sebebi gün kimi aydındır. Çünki, nurçuların teşkilatlana bilmediyi yegane struktur Türkiye Silahlı Qüvveleridir. Candarma Genel Komutanlığının "Hizbullah teşkilatı ve diger itricaçı fealiyyet" adlı hesabatında bildirilir ki, sonuncu defe İzmir Maltepe Esger Litseyinde 3, Balıkesir kiçik komandirler mektebinde 2 telebenin evveller "nur kazarmaları"nda telim aldığı müeyyenleşib. Araşdırmalar zamanı herbi tehsil müessiselerine soxulmuş nurçular diqqet celb etmemek üçün öz rehberlerinden namazı gözle qılmaları, oruc tutmamaları ile bağlı telimat aldıqlarını bildiribler. Genel Komutanlıq Türkiye Silahlı Qüvveleri sırasında nurçuların olub-olmaması ile bağlı daim yoxlamalar aparıldığını qeyd edib. Hesabatda herbi strukturlara helelik soxula bilmemiş nurçuların pedaqoci, hüquq ve siyasi elmler fakultelerinde çox yüksek seviyyede teşkilatlandığı bildirilir. "Universitetlere qebul olmaq isteyen abituriyenlerin özlerinin açdığı hazırlıq kurslarına gelmesi üçün canı-dilden çalışan nurçular neticede bu qurumları terefdar toplamaq üçün en işlek struktura çevire bilib. Hazırlıq kursları sırasında en aktiv fealiyyet göstereni İstabuldakı "FEM", İzmirdeki "Akyazılı" kurslarıdır. Hazırlıq kursları yerleşen binalar bir çox funksiyanı yerine yetirir. Nurçuların teşkilat toplantıları bir qayda olaraq hemin binalarda keçirilir. Fetullah Gülen özü de bir qayda olaraq hazırlıq kurslarının yerleşdiyi binalarda eyleşib. "Altunzade FEM" hazırlıq kursunun binasında Fetullah Gülene mexsus kabinet yerleşir". Mekteb ve hazırlıq kurslarında tehsil seviyyesi hedden artıq yüksek olduğundan bu qurumlara obyektiv olaraq kütlevi axın olur. Nurçular öz tehsil müesiselerinde yüksek seviyyeli tehsil vermekle ehalini öz terefine celb edir ve ideoloci tebliğat üçün "xammal ehtiyatı"nı artırmağa nail olurlar. Litseylerde oxuyan uşaqlar üçün maraqlı hefte sonu proqramları teşkil eden ve ziyafetler veren nurçular bununla da özlerine qarşı reğbeti artırmağa ve "genc nurçular" yetişdirmeye nail olurlar. Universitetlerin ilk kursunda oxuyan genclerin problemlerini hell etmek üçün yaradılmış "xidmet evleri" nurçulara reğbet besleyen toplumun sıralarının genişlenmesi ile neticelenir. "Nur kazarmaları"na ara-sıra nurçuların orta ve ali seviyyeli rehberleri, "abiler" baş çekir ve tebliğat aparırlar. Monotonluğu yox etmek ve kiçik qrupların elaqelendiricilerinin yuxarılarla elaqesini temin etmek baxımından bu cür tedbirler mühüm ehemiyyet daşıyır.

(FF) Teriqet daxilinde tabeçiliye esaslanan iyerarxik idareetme quruluşu

Dehşetli bir fakt. Candarma Genel Komutanlığı nurçuların dövlet üçün ciddi tehlükeye çevrilmesini sübuta yetiren en önemli amili açıqlayıb. "Teriqet daxilinde iyerarxik idareetme forması mövcuddur ve nurçular Türkiyede silahlı qüvvelerden sonra en yaxşı teşkilatlanmış toplum hesab olunur". Bu o demekdir ki, maddi techizatına, ehate dairesine, proseslere tesir seviyyesine göre nurçuların malik olduqları imkanlar yalnız ordunun imkanları ile müqayise edile biler. "Hizbullah terror teşkilatı ve diger irticaçı fealiyyetler" adlı hesabatda nurçuluq teriqeti daxilinde tabeçilik prinsipine esaslanan iyerarxik idareetme quruluşunun sxemi barede melumat verilir. "Ana camaat, yeni nurçu camiesi esasen özlerinin "hazırlıq kursları" ve ya "işıq evleri" adlandırdığı, telebelerin ve onlara ideoloci hazırlıq keçen "abilerin" qaldığı "nur kazarmaları"nda meskunlaşıb. Teriqetin en yaxşı tebliğatçıları mehz "nur kazarmaları"nda yetişdirilir. Her bir "işıq evi", yaxud "nur kazarması" bir bölgeye bağlıdır. Her "işıq evi"nde bir qayda olaraq 5-6 nefer meskunlaşır ve kimlerin hansı "kazarmaya" getmesi bölge imamları terefinden müeyyenleşdirilir. Bölge imamları her bir "nur kazarması"nda meskunlaşan teriqet üzvlerine bir imam teyin edir. Ev imamları bir qayda olaraq nisbeten yaşlı neslin nümayendelerinden olur. Nur kazarmalarının funksiyaları üç hisseden ibaretdir:

Birinci meqsed teriqete yeni üzv celb etmek ve yeni terefdarlara nurçuluğun mahiyyetini aşılamaqdır. Bu funksiyanı yerine yetire bilmeyen "işıq evi"nde meskunlaşanlar başqa evlere köçürülür ve yeniden telim keçmeye mecbur edilirler.

İkinci meqsed "işıq evi"nde qalanların özlerinin bilik ve ideoloci baxımdan tecrübesini tekmilleşdirmekdir. Evlerde Seid Nursi ve Fetullah Gülenin kitabları tedris olunur ve nurçular öz ideoloci bazalarını tekmilleşdirir.

Üçüncü meqsed yeni evler, sığınacaqlar tapılması ile bağlıdır. "Nur kazarmaları"nın bütün ehtiyacları merkezleşdirilmiş qaydada teriqet üzvleri terefinden ödenilir.
"Nur kazarmaları"nın her birinin üzerine xüsusi bir missiya qoyulur ve onlar yuxarıda qeyd olunan funksiyaları yerine yetirmekle yanaşı bu missiyanı hyata keçirirler. Qebul olunmuş qaydaya esasen, "işıq evleri"nde telim keçenlere xüsusi bir sebeb olmadan küçeye çıxmaq qadağan edilir. Ev imamları bu qaydanı "küçeler günahlarla doludur" şeklinde izah edir. Evlerde namazdan sonra sürekli şekilde Seid Nursinin "Nur risaleleri" ve Fetullah Gülenin kitabları oxunur, kassetlere qulaq asılır ve videokassetler izlenilir. Bu proses bir qayda olaraq axşam ve gece namaz vaxtlarından sonra heyata keçirilir.

(GG) Hedef götürülen qurum ve idareler

Fetullah Gülene göre, herbi qüvveler, hüquq-mühafize orqanları ve tehsil sektoru nurçuların teşkilatlanması vacib olan ilk üç qurumdur. Hökumet strukturlarında yüksek vezife tutan bürokratlarla sıx elaqeler qurmaq, daxili işler ve polis teşkilatına soxulmaq Fetullah Gülen terefinden nurçuların qarşısına qoyulan esas vezifedir. İctimai şüura tesir etmek üçün idman dünyasına bele el uzadan nurçular "Galatasaray" idman klubunun terefdar kütlesi vasitesile öz sıralarını genişlendirmeye nail olub. "Galatasaray" klubunun rehberlerinden ve meşhur futbolçularından bir neçe neferi öz terefine çeken Fetullah Gülen qrupu teşkilatlanmaq baxımından bu amilden yararlanmağı bacarıb (Hakan Şükürün nurçu olması, "Kanal D" telekanalına müsahibesinde Türkiyenin dünevi dövlet quruluşunu deyişmek niyyetinde olması ittihamı ile haqqında cinayet işi qaldırılmış Fetullah Gülene reğbetini gizletmemesi, futbol üzre dünya çempionatında gösterdiyi aşağı seviyyeli oyuna reğmen "Samanyolu" telekanalında göylere qaldırılması "Qalatasaray-nurçular" münasibetlerinin tezahür formalarıdır. Ankara Dövlet Güvenlik Mehkemesinin hakimi Nuh Mete Yüksel Hakan Şükür barede cinayet işi qaldırılması üçün araşdırmaya başlasa da, saxta ittiham esasında vezifeden uzaqlaşdırılması sebebile bu araşdırma yarımçıq qalıb). Candarma Genel Komutanlığının hesabatında qeyd olunur ki, nurçular yalnız Boğaziçi, Ortadoğu Texnik ve Bilkent universitetlerinde fakulteler seviyyesinde teşkilatlanması çox zeifdir. Lakin bu ali tehsil müesiiselerinin müellim heyeti arasında nurçu teriqetinin üzvleri yox deyil. Yüksek Öyretim Kurulu ve tehsil nazirliyini 1995-ci ilden etibaren yeni universitetlerin kadrlara olan ehtiyacını ödemek üçün dövlet hesabına xarici ölkelere minlerle telebe göndermeye başlayıb. Bir telebenin xerclerinin ödenilmesi Türkiye dövletine ilde 40.000 dollara başa gelir. Ele düşen her fürseti deyerlendirmekde usta olan nurçular bu fürsetden de uğurla yararlanıb. Buna göre de xarice gönderilen telebelerin böyük ekseriyyeti nurçu teriqetine mensub olanlardır. Özel ali mekteblerden Fatih Universiteti nurçulara mexsusdur.

(NN) Gelir menbeleri ve kapital dövriyyesi

Hesabatda qeyd olunur ki, kiçik ve orta biznes tebeqesi arasında nurçuların teşkilatlanma seviyyesi 90-cı illerde xüsusile artmağa başlayıb. Buna göre de teriqetin güclü maliyye qaynaqları, maliyye gücü mövcuddur. Türkiyede islamçı dairelere aid olan kapitalın hecmi 50 milyard dollardan artıqdır ki, bunun da yarıdan çox (teqriben 30 milyarda yaxın) nurçulara mexsusdur.
Top
sufilik
Дата 11 Jun 2006, 10:47
Цитировать сообщение




Unregistered












(YY) Kütlevi infomrasiya vasitelerinde fealiyyetleri 03

Medianın ictimai rey formalaşdırmaq prosesinde ehemiyyetli rol oynadığını nezere alan nurçular kütlevi informasiya vasitelerinde işlemek üçün kadrlar yetişdirmeye böyük ehemiyyet verir ve bu saheye uzunmüddetli kapital qoymaqdan çekinmirler. Nurçuların KİV sahesinde en güclü kadrları "Zaman" qezeti, "Samanyolu" telekanalı, "Sızıntı", "Yeni Ümid" kimi 14 curnal ve 25 radioqurumda işle temin edilir.

(KK) Nurçu camaatın geleceyi

Fetullah Gülen ve nurçuların diger liderlerinin kitab, açıqlama ve beyenatlarında nurçu camaatın geleceyi ile bağlı heç bir fikre rast gelmek olmaz. Candarma Genel Komutanlığının hazırladığı hesabatda deyilir ki, nurçulara bağlı bezi müessiselerde renta bölgüsü ucbatından qarşıdurmalar meydana çıxıb. "Teriqet daxilinde hetta rehberlik seviyyesinde bir-birilerine nifret eden, bir-birinin ayağının altını qazmağa çalışan insanlar var.

Bir çox şexsler Fetullahçıların malik olduqları siyasi ve maliyye potensialı sebebile bu teriqeti radikal islamın alternativi ve elme dayanıqlı islam dininin temsilçisi olaraq himaye etmekdedir.

Türkiyede silahlı qüvveler olmasaydı, nurçular bu gün xeyallarında qurduqları islam dövletini çoxdan tesis etmişdiler. Bu gün Türkiyede Fetullahçılarla herbi qüvveler arasında sanki gizli bir şahmat oynanır. Nurçuların herbi qüvvelere, türk esgerine münasibeti bellidir. Herbi qüvveleri her fürset düşende terifledikleri halda, özlerinin en yüksek teşkilatlanması, teriqetin böyümesi qarşısında yegane engelin Türkiye Silahlı Qüvveleri olduğunu yaxşı derk edirler. Rifah Partiyası ve terefdarlarının başına gelenlerden ders alan nurçular radikal mübarizenin hansı zererler getirdiyini görerek, "hoşgörü felsefesini", yeni, insanların hamısının qardaş ve bir-birilerine yardım etmekde borclu olması felsefesini teriqetin emblemine çevirmeye üstünlük verib. Nurçuların fealiyyetinin esl meqsedini analiz ede bilmeyen Türk xalqı onların üzlerine çekdiyi süni maskaya derhal inanıb ve "elmli İslam" dininin terefdarı olduğunu qebul ederek nurçulara destek verib. Amma Türk xalqı nurçuların diger islamçı teriqetlerden daha ağıllı olduğunun ve lazımi qeder güc elde etmeyene kimi üzlerine maska taxdığının ferqine varmırlar".

*****

Göründüyü kimi, Candarma Genel Komutanlığı nurçuların Türkiye dövletçiliyi üçün töretdiyi tehlükenin miqyasını göstermekle yanaşı, son dövrler teriqet daxilinde güclü parçalanmaların meydana çıxdığını qeyd edir. Bu baxımdan nurçular arasındakı qruplaşmaların tesnifatına diqqet yetirmek pis olmazdı.

Seid Kürdinin ölümünden sonra nurçular arasında bir çox sebebden parçalanmalar baş verib. Bununla bele parçalanma neticesinde bir neçe qola ayrılmış qrupların hamısı Seid Kürdinin ideallarına, onun Türkiye erazisinde müsteqil kürd dövleti qurmaq, ölkede dini recimi berpa etmek meqsedine eyni derecede sadiqdirler ve "Nur risaleleri"ni Qurani-Kerim kimi müqeddes sayırlar. Parçalanma sebebleri son derece müxtelifdir. Meselen, teriqet daxilinde parçalanmaya tesir gösteren sebeblerden biri Seid Kürdinin ölümünden sonra "Nur risaleleri"nin çap, yaxud elyazma yolu ile artırılmasında meydana çıxan fikir ayırılığıdır. Ve yaxud bezi nurçular Molla Seidin ve nurçuluğun mahiyyetinde kürd milliyyetçiliyi amilinin durması meselesini qabartmağın terefdarı kimi çıxış etse de, diger bir qisim bu yanaşmanın tehlükeli olduğunu vurğulayaraq, öz fealiyyetlerini Türk-İslam sintezi anlamının arxasında gizletmeye üstünlük veribler. Fetullah Gülen terefdarları mehz sonuncu qruplaşmaya daxildir. Bu qruplaşma Seid Kürdini peyğember, onun ideallarını ve meqsedlerini özleri üçün örnek hesab etseler de, saf vetendaşları "türk milliyyetçiliyine qarşı kürd milliyyetçiliyi çıxarmaq" taktikası ile deyil, Türk-İslam sintezi ideologiyası hesabına öz terefine çekmeye üstünlük verir.

Nurçular arasında ilk parçalanma Seid Kürdinin ölümünden sonra nur camaatının Edalet Partiyasına siyasi destek vermesi neticesinde meydana çıxıb. Yeni, bezi teriqet liderleri siyasi proseslerde iştirak ve metbuatla açıq şekilde münasibet yaratmaq taktikasına üstünlük verseler de, diger teriqetçiler bu yanaşmanı qebul etmeyerek, lazımi güc toplayana kimi gizli fealiyyet göstermek terefdarı olub. Eslinde göründüyü kimi, parçalanma yalnız meqsede çatmaq üçün taktiki vasitelerle bağlı meydana çıxıb ve bu proses nurçuluğun mahiyyetinde heç bir deyişikliye sebeb olmayıb. İlkin parçalanma neticesinde nurçular daxilinde bir qrup liberal-mühavizekar siyasi xette üstünlük verdikleri halda, diger bir qrup sırf dini partiyanı desteklemek xetti yürüdüb. İkinci parçalanma Seid Kürdinin risalelerini metbeede, yaxud elyazma ile çoxaldılması meselesinde ortaya çıxan fikir ayrılığı zemininde baş verib. Bu baxımdan "Seid Kürdi irsi"nin çap yolu ile çoxaldılması terefdarlarına "oxucular", elyazma variatına üstünlük verenlere ise "yazıçılar" deyilir. Hemin qruplaşmalar da monolit daxili struktura malik deyil. Meselen, "oxucular qrupu" daxilinde Mehmet Kutlular liderliyinde yeni bir qrup meydana çıxıb ve onlar "Yeni Asya" qezetini derc ederek, siyasetde açıq-aşkar Edalet Partiyasına destek veribler. "Yazıçılar qrupu" ise Milli Nizam ve Milli Selamet Partiyalarının fealiyyetini destekleyib. "Yeni asyaçılar" nurçuluq herekatının genişlendirilmesi üçün türk milletçiliyi faktorundan da istifade etmeye çalışır ve milli duyğuları öz meqsedleri üçün alet ederek, milletçi camieden öz sıralarına xeyli adam celb ede bilib. Bu gün Fetullah Gülen qrupunun elinde bayraq etdiyi Türk-İslam Sintezi fonunda nurçuluq ideologiyası da "yeni asyaçılar"ın yürütdüyü siyasetden ferqli xett heyata keçirmir. "Mehmet Kutlular qrupu" 1980-ci ildeki herbi çevrilişden sonra da Süleyman Demirele ve dolayı yolla Doğru Yol partiyasına destek verib, lakin bu qrup Süleyman Demirelden istediklerini ala bilmediklerine göre, tekraren parçalanıb. Mehmet Fırınçı adlanan şexsin liderlik etdiyi qruplaşma nurçuların siyasi arenada Süleyman Demirele destek vermesine qarşı çıxaraq, "Yeni asyaçılar"dan ayrılıb ve yeniden klassik nurçuluğa qayıdıb. Mehmet Fırınçı qrupu "Yeni Asya yayınları" şirketini ve "Moral FM" radiosunu yaradaraq, ifrat nurçu cereyanın tebliği işini heyata keçirir.

Nurçular arasında diger ciddi parçalanma Seid Nursinin ideologiyasında ve temel nurçuluqda kürd milliyyetçiliyi amilinin öne çıxarılıb-çıxarılmaması meselesinde meydana çıxıb. Burada "kürd milliyyetçiliyi" meselesinin daha qabarıq şekilde öne çıxarılmasının terefdarı olanlar "Med-Zehra qrupu"nda birleşib. Qrupun lideri Sıddıq Dursun Seid Nursinin milliyyetce kürd olması meselesinin qabardılmasına terefdar olan nurçuları öz etrafında birleşdirmeyi bacarıb. Sıddıq Dursuna göre, evveller "Seid Kürdi" imzasından istifade eden Molla Seidin kürd esilli olmasını nurçular meqsedyönlü şekilde gizledib ve onun Türkiye dövletçiliyine qarşı çıxışları, müsteqil kürd dövleti qurmaq ideyaları "Nur risaleleri"nden ya ümumiyyetle çıxarılıb, yaxud da tehrif edilib. "Med-Zehra qrupu" teriqet üzvlerinin bu hereketini Seid Nursiye hörmetsizlik kimi qeleme vererek, onun bütün eserlerinin eslini tehrif olunmadan "Seidi Kürdinin nur risaleleri" adı altında yeniden çap edib. Bu qrup kürdçülük ideologiyasına esaslanan oricinal nurçuluq ideyasını açıq şekilde destekleyir. Yeni, "Med Zehra qrupu" Fetullahçılardan ferqli olaraq özünü süni suretde "Türk-İslam sintezi" anlamı altında gizletmir ve Seid Nursinin kürd olması amilini ört-basdır etmeye çalışmır.

1991-ci ilde "Med-Zehra qrupu"nun daxilinden "Zehra eyitim ve kültür veqfi" adlanan bir hisse ayrılıb. Onlar "Med Zehra"nın prinsiplerini qebul etmekle yanaşı, daha çox tehsil sahesinde çalışmağa üstünlük verir. Bu qrup islamçı ve kürdçü dairelerin liderleri ile daha sıx emekdaşlıq qurmağa nail olub. Qrupun fealiyyeti bütünlükle kürdçülük ideologiyasının tebliği üzerinde qurulub. Türkiyede çoxlu sayda universitetlere hazırlıq kursları ve yataqxanalara sahib olan "Zehra eyitim ve kültür veqfi" nurçu cereyanın radikal qanadını teşkil edir. Onlar kürd dilinde "Yeni zemin" qezeti ve "Nubihar" curnalı derc etseler de, sonradan separatçı ideyaları tebliğ etdiyine göre bu metbuat orqanlarının fealiyyetini dövlet qadağan edib. Bununla bele onların nezaretinde olan çoxlu sayda yerli radio qurumları fealiyyetini davam etdirir. Fezilet partiyasından olan millet vekilleri, Recayi Kutanın şexsi metbuat katibi ve "Akit" qezetinin yazarları "Zehra eyitim ve kültür veqfi"nde teşkil olunan seminarlarda aktiv formada iştirak edirler. MÜSİAD-ın eks baş katibi Erol Yararın "Zehra veqfi"nde etdiyi çıxış nurçuların esl meqsedlerini bir daha tesdiqleyir.
"Bu işin qıfılı Türkiyededir. İslam hümmetinin bayrağı Allahın iznile mehz bu dövletden qalxacaq. Hedisi-şerif bunu bize xeber vermiş. Xilafet bayrağı harada enibse, orada da qalxacaq. Allah inşallah Seid Nursi hezretlerinin o gözel ifalerile buyurmuş olduğu o Medresetül Zerhayı (Medresetül-Zerha Seid Nursinin "Kürdistan" adlandırdığı Şimal-Şerqi Anadolu erazisinde yaratmaq istediyi kürd universitetleridir. Bu universitetler müsteqil kürd dövleti üçün kadrlar yetişdirmeli idi - müel.) qurmağı bize nesib etsin. Bütün temennamız budur. Görek, bayraq ne zaman göylere qalxacaq? Onun içinde Medresetül-Zehranın telebeleri de olacaq. Bir de baxacağıq ki, Allahın izni ile bu telebeler İslam Ordusunda fealiyyet gösterir." "Zerha veqfi"nde teşkil olunan toplantılarda esas müzakire mövzusu kürdçü ve şerietçi bir dövlet qurmağın yollarını araşdırıb tapmaqdan ibaretdir. Bu toplantılara bir qayda olaraq Rifah ve Fezilet şinelini AKP şineline deyişmiş millet vekilleri de mütamadi olaraq qatılırlar.

Nurçular daxilinde parçalanmalar bununla mehdudlaşmır. Adı çekilen qruplaşmalardan savayı teriqet daxilinde "İttihadçılar", "Konseyçiler", "Eczmendiler" ve "Fetullahçılar" kimi qruplar mövcuddur.

"İttihadçılar". Bunlar "Yeni Asya" camaatından qopan diger bir qrupdur, onlar tipik klassik nurçuluğu müdafie edenlerdir. İttihadçılar Atatürke qarşı düşmen münasibetini öne çıxarmaqla diger qruplardan ferqlenir. Düzdür, Atatürke düşmençilik qruplaşmadan asılı olmayaraq, bütün nurçuların ortaq xüsusiyyetidir. Lakin bezileri, o cümleden Fetullah Gülen qrupu öz düşmen münasibetini açıq-aşkar ifade etmekden ehtiyat edir ve bu meselenin üzerinde bir o qeder de çox durmurlar. İttihadçılar öz ideyalarını gizli suretde çap olunan "İttihadi-İslam" qezeti vasitesile yayır.

"Konseyçiler". Bu Mehmet Kırkınçınin liderlik etdiyi bir qruplaşmadır. Hemin qruplaşmaya evveller liderlerinin soyadına uyğun olaraq "Kırkıncılar" deyilse de, herbi çevrilişe destek vermeleri sebebile sonradan "Konseyçiler" adlandırılıb. Mehmet Kırkıncı mövcud quruluşu destekleyen bir çox fitvaların müellifi sayılır. O, 1982-ci ilde qebul olunmuş Konstitusiyanı destekleyib ve hetta zaman-zaman general Kenan Evreni "Ulul-emir", yeni "İslam dövletinin rehberi" adlandırıb. Lakin bütün bu desteklerine reğmen özüne terefdar qazana bilmeyib, eksine mövcud recimi desteklediyine göre, dini dairelerin tezyiqlerine meruz qalıb. Eslinde Mehmet Kırkıncının üstünlük verdiyi taktika nurçuların öz meqsedlerine çatmaq üçün el ata bileceyi vasitelerin hüdudsuz olmasına bir misaldır. Bu misal nurçu camaata liderinin dövleti desteklemek taktikasına el ataraq öne çıxmaq üçün hansı fırıldaqlara el ata bileceyini ortaya çıxarır. Yeni, nurçular öz esl hedeflerini reallaşdırmağa bes edecek lazımi güc elde etmek üçün özlerini üzde dünyevi dövlet terefdarı kimi göstermeye bele qabildirler. Fetullah Gülen qrupunun nurçuluğu ictimai reye olduğundan daha ferqli şekilde tebliğ etmeye çalışması ve ictimai reyi bu yolla esl meqsedlerinden yayındırmaq cehdi eyani misal ola biler.

"Eczmendiler". Nurçular daxilinde en çox saylı qruplaşma olan eczmendiler öz hemkarlarından geyim formaları ile seçilir. Onlar dervişler kimi uzun cübbe geyinir, esa ile gezir, uzun saç ve saqqal saxlayırlar. Qrupun lideri milliyetce kürd olan Müslüm Gündüzdür. Başqalarından ferqli olaraq ezcmendiler nurçu olduqlarını gizletmirler. Eczmendiler kütlevi aksiya keçirmeye daha çox meyl edir. 1996-cı ilde "Yeni Asya" qezetinin "Molla Seidin mövludu" adı ile keçirdiyi toplantıda Ankaradakı Kocatepe camesine gelen eczmendiler Atatürkü tehqir edib ve bu sebebden merasime müdaxile eden polislerle nurçular arasında toqquşma baş verib. Camenin qarşısında namaz qıldıqdan sonra bir eczmendi dua ederken "qan istemirik, bela istemirik, lakin bizi buna mecbur edirler" deyerek Seid Kürdinin dövründe olduğu kimi indi de nurçulara zülm olunması ile bağlı çıxış edib. Ezcmendiler öz aksiyaları zamanı Atatürk haqqında "zamanın reisi-cumhuru Mustafa Kamal Deccal" ifadelerini işledir. Göründüyü kimi, nurçular sırasında daha fanatik kütle hesab olunan eczmendiler dünyevi dövlet quruluşunu açıq şekilde tehdid edir, bu dövlet quruluşunu öz meqsedleri qarşısında engel sayır ve Türkiye dövletinde qan töke bilecekleri ile hedeleyirler. Bele fealiyyet nurçuların timsalında Türkiyenin ve bütünlükde türk dünyasının hansı tehlüke ile üzleşdiyini açıq şekilde ortaya qoyur. Bu tehlükenin miqyasını eczmendilerin lideri Müslüm Gündüzün 1996-cı ilde "NBB" televiziyası ile çıxışındakı fikirlerden de görmek olar. "Kamalizm bir dindir. Bu dinin allahı Mustafa Kamal, peyğemberi İsmet İnönüdür. Demokratiya dinsizlikdir. Dünyevi dövlet de dinsizlik üzerinde qurulub. Heç narahat olmayın. Biz hakimiyyete geleceyik, Türkiyeni ele keçireceyik". Bu cür çıxışlarına göre defelerle hebs olunmuş, lakin tutduğu çoxlu sayda vekil hesabına cezadan canını qurtarmağı bacarmış Müslüm Gündüz "Milliyyet" qezetinin 5 noyabr 1996-cı il tarixli sayında derc olunan açıqlaması ile nurçuların esl niyyet ve meqsedlerini faş edib.

Bu cür çıxışlarına göre, defelerle hebs olunmuş, lakin pul gücüne tutduğu çoxlu sayda vekil hesabına cezadan canını qurtara bilen Müslüm Gündüz "Milliyyet" qezetinin 5 noyabr 1996-cı il tarixli sayında derc olunan açıqlaması ile nurçuların esl niyyet ve meqsedlerini faş edib.

"Recimin dibden qazılması lazımdır. Bugünkü recim getmek istemese de, gedecekdir. Biz dövletin başında duranların öz xoşu ile şeriet qanunlarına tabe olmalarını isteyirik. Eger, dövlete rehberlik edenler öz istekleri ile şeriet qanunlarına dayanıqlı dövlet qurmasalar, bunu xalq edecek. Ve o zaman çoxlu qanlar axacaq. Biz sülh terefdarıyıq. Amma bizim öz haqqımızı azca olsa bele güzeşte getmediyimiz sülh anlayışımız var. Biz polisden, ordudan, baş vere bilecek her hansı hadiseden qorxmuruq. Durduğumuz yerde heç kesi öldürmerik. Amma mecbur qalacağımız halda heç bir üsuldan imtina etmeyeceyik. Ordunun ağıllanacağına ümid edirik. Ele bir situasiya yarana biler ki, ordu zeifleyer. Silahlı qüvveler birimizi, minimizi öldüre biler, amma hamımızı qıra bilmez ve sonda qarşımızda aciz qalar. İran islam inqilabı dövründe olduğu kimi, millet toplu şekilde ayağa qalxdığı zaman ordunun qarşısında iki yol qalır. Ya millete destek vermek, ya da xarici pasportunu götürüb ölkeden qaçmaq. Şerietde öz isteyini üç yolla teleb etmek üsulu var. Qelble istemek, dille istemek ve elle düzeltmek. Artıq Türkiyede üçüncü üsulun tetbiqine ehtiyac duyulur".
Budur, nurçuluğun gerçek üzü! Fetullahçılar öz niyyetlerini "Türk-İslam sintezi", "xoşgörü felsefesi" ve s. bu kimi saxta ideologiyalara altında ört-basdır etseler de, Müslüm Gündüz kimileri buna ehtiyac duymur ve nurçuların meqsed ve hedeflerini açıq şekilde ortaya qoyur. Eczmendiler nurçuların esl üzünün ortaya çıxmasında başqa bir "xidmet" de gösterib. Nurçuların ekseriyyetinde olduğu kimi, eczmendiler de türk dilinde kürd şivesi ile danışır ve bu teleffüz forması dolayı yolla cereyanın emblemine, tebliğat ünsürüne çevrilib. ÇÜNKİ, NURÇULUĞUN TEMELİNDE KÜRDÇÜLÜK DURUR. Seid kimi milliyyetce kürd olan ve esl meqsedi şeriet qanunlarına dayanıqlı bir kürd dövleti qurmaq olan Müslüm Gündüzün iç üzü Türkiyede uzun müddet müzakire mövzusu olan "Fadime Şahin olayı"nda üze çıxıb.

"Milliyyet" qezetine verdiyi eyni açıqlamada qadınlar haqqında "onlar milletin namusu ve anasıdır" ifadesini işleden Müslüm Gündüz hüquq-mühafize orqanlarının heyata keçirdiyi emeliyyat zamanı Fadime Şahin adlı bir qadınla lüt-üryan veziyyetde yaxalanır. Qadınlara gözlerinin ucu ile baxmaq bele qadağan olunan (bu qadağanı Seid Nursi ve Fetullah Gülen öz telimlerinde resmi şekilde sanksiyalaşdırır) nurçuların liderlerinden sayılan Müslüm Gündüz qadınla mehz "Akit" qezetinin yazarlarından olan Necmeddin Erbakanın fedaisi Hüseyn Üzmezin evinde yaxalanıb. Müslüm Gündüz sonradan veziyyetden çıxmaq üçün "Fadime Şahin 20 ildir ki, menim qanuni heyat yoldaşımdır" deyib. Sonradan metbuata verdiyi açıqlamalarda "onunla bu yaxınlarda evlendik" ifadelerini işlederek, öz evvelki fikirlerini tekzib edib. Sonralar nurçu liderin Elazıqda genc bir qıza tecavüz etmek isteyerken yaxalanması kimi faktlar meydana çıxıb ki, bu faktlar da nurçuların üzündeki saxta maskanı qoparır. Bele olan halda dövlete qarşı açıq şekilde çıxışlar eden bu "nurçu baba" niye cezasız qalıb? Heqiqet beledir. Müslüm Gündüzü ister dövlet eleyhine verdiyi açıqlamalara göre hebs olunmasına, isterse biabırçı emellerine göre cezalanmasına o zaman Rifah, sonradan Fezilet, indi ise bir qismi Edalet ve Kalkınma partiyasında olan millet vekilleri imkan vermeyibler. Çox teessüfler olsun ki, ister Türkiyede, isterse de Azerbaycanda bir çox türk qardaşlarımız bu heqiqetleri anlamayıb. Bu teriqete tapınmaqla Seid Kürdini bir peyğember kimi qebul edib ve nurçuların elinde bir alete çevrilibler.

Nurçular daxilinde mövcud olan qruplaşmalar barede qısaca da olsa, melumat elde ede bildik. İndi ise Seid Kürdinin müsteqil kürd dövleti qurmaq ideyalarını tebliğ eden metbuat orqanlarında nurçuluğun esl simasını açan meqalelerle tanış olaq. Şerietçi ve kürdçü metbuat orqanları öz mövqelerini açıq şekilde ortaya qoymaqla nurçuların esl simalarını aşkar etmekde böyük rol oynayıb. Meselen, bölücü "IBDA-C" teşkilatının resmi orqanı sayılan "Taraf" curnalında "Müsteqil Kürdüstan uğrunda savaş" başlığı ile derc olunmuş meqalede Seid Kürdinin heyatından bir fraqment öz eksini tapıb.

"Seid Nursinin xeyalları "IBDA-C" vasitesile heyata keçirilecekdir. Seid Kürdi, yaxud kamalistlerin tebiri ile desek, Seid Nursi kürd ve islam tarixinde yetişen dahi bir ülemadır. Seid Kürdi hebsxanadan çıxdıqdan sonra İstambulu terk eder. Tiflis şeherinden keçerek Kürdüstanın Xoy şeherine geler. Van ve Bitlisdeki kürd beylik ve tayfalarında görüşler keçirer. Buralarda Kürdüstanın xilası yolları üçün vasiteler axtarar plan ve layiheler cızar. Seid Kürdi Tiflisde olarken bir tepenin üstüne çıxaraq şeheri seyr eder. Beynindeki müsteqil Kürdüstan ve birleşmiş islam alemi layihelerini düşünerken bir nefer Seid Kürdiye yaxınlaşaraq soruşar:

-Haralısan?

-Bitlisliyem.

-Burada ne iş görürsen?

-Men müsteqil Kürdüstanın ve birleşmiş islam aleminin plan ve layihelerini cızıram.

-Burası Tiflisdir, Bitlis deyil.

-Tiflis, Bitlisin qardaşıdır. Menim beynimdeki plan ve layiheler gec-tez heyata keçecek. İslam aleminin merkezinde müsteqil bir Kürdüstanın qurulması ile islam dünyası o merkezin etrafında bir araya gelecek ve böyük federativ islam dövleti qurulacaqdır".

Göründüyü kimi, Fetullahçılardan ferqli olaraq bölücü teşkilatların metbuat orqanları nurçuluğun esl meqsed ve meramlarını gizletmir ve Türkiye erazisinde müsteqil kürd dövleti qurmaq, bu dövleti xilafetin merkezine çevirmek istediklerini etiraf edirler. (Qeyd etdiyimiz kimi, bu meqale merkezi Avropada olan bölücü "IBDA-C" teşkilatının resmi metbuat orqanında derc olunub, o teşkilatın ki, "Rifah-Yol" hökumetinde edliyye naziri vezifesini icra etmiş Şövket Kazan defelerle bu teşkilata mektub ve teleqram göndererek, onların fealiyyetini desteklediyini bildirib. Bu teleqramlar ve mektublar Türkiye tehlükesizlik orqanları terefinden ele keçirilib ve sonradan Necmeddin Erbakanla birlikde mehkeme qarşısında cavab veren Şövket Kazana qarşı maddi sübut kimi istifade olunub).

Seid Nursinin teqriben bir esr önce ortaya atdığı plan ve layiheler bu gün nurçular, "IBDA-C", "DNKP-C", PKK kimi teşkilatlar terefinden heyata keçirilmeye başlayıb ve bu ideya 2002-ci ilin avqust ayında MHP xaric olmaqla parlamentde temsil olunan diger partiyaların desteyi ile qismen reallaşıb. Seid Nursi öz xeyallarından qurduğu müsteqil kürd dövletinin ilk esası kimi kürdlere ana dilinde tehsil verecek qurumların yaradılmasını zeruri saymasına reğmen DSP, ANAP, DYP, AKP, ve SP "Avropa Birliyi qanunları" paketi müstevisinde etnik azlıqlara ana dilinde tehsil ve yayım hüququ verilmesi qanununu qebul etmekle Seid Nursinin xeyallarını nisbeten gerçekleşdire bilib. Adı çekilen partiyaların kürdlere öz dillerinde tehsil ve yayım hüququ veren qanunu desteklemesine a) nurçuların bu partiyaların rehber orqanlarında öz terefdar şebekesini yarada bilmesi, b) növbedenkenar seçkiler erefesinde nur camaatının sesini qazanmaq isteyen siyasi qüvvelerin partiya maraqlarını dövletçilik maraqlarından üstün tutaraq nur camaatı ile "destek evezine destek" formulu esasında alvere girişmesi amili tesir gösterib.

"IBDA-C" separatçı teşkilatının resmi orqanı olan "Taraf" curnalı "Müsteqil Kürdüstan uğrunda savaş" meqalesini Seid Kürdinin "Ey Asuriler ve Ciyaniler, Cahangirler zamanında Peşidarın qehreman esgerleri olan Kürdler, 500 ildir yatdığınız besdir, yeter, artıq oyanmaq lazımdır, seher çoxdan açılıb" çağırışı ile bitirib. Tepeden dırnağa kimi nurçu olan meqale müellifi Seid Kürdinin çağırışlarına reğmen kürd xalqı artıq qefletden oyanmağa başladığını ve türk zülmünden qurtarmağa çalışdığını qeyd edir.

Bu yolda qan tökülmesini zeruri bilen müellif Seid Kürdinin ölüm ayağında olarken etdiyi vesiyyeti bütün terefdarlarının, yeni, nurçuların üzerine qoyulmuş vezife olduğu qenaetindedir. "Seid Kürdi "müsteqil bir Kürdüstan toxumu ekdim. Onu yetişdirib böyüdün" şeklindeki vesiyyeti helelik şehidlerin qanı ile suvarılmış bir gülü ithaf etmekle yerine yetirilir". Budur, nurçuluğun gerçek üzü, budur "yalan yazırsınız, nurçuluğun kökünde kürdçülük durmur" deyen Azerbaycandakı partiya liderlerinden birinin müşavirine nurçuların dili ile vermek istediyimiz cavab.

Nurçular daxilinde mövcud olan qruplaşmalar sırasında kürdçülyünü öne çıxarmağa üstünlük veren "Med-Zehra qrupu" ile yaxın olan şerietçi ve kürdçü "Özgür Ölke" qezeti ise nurçuların özünün ideoloci rehberi saydığı Seid Kürdinin kürdlerin haqları uğrunda şehid olmuş şexs kimi qeleme verir.

"İgid kürd xalqı 70 ildir fealiyyet gösteren Deccal (tekgöz şeytan - müel.) recimine qarşı varını-yoxunu ortaya qoyaraq mücadile aparır. Bu yolda İzzet Beyleri, Hacı Musaları, Şeyx Seidleri, Seyid Rzaları, SEİD NURSİLERİ şehid verdi. Ve bu gün Seid Nursinin röyasında gördüyü müsteqil Kürdüstan uğrunda, şehidler vererek, qan ve can vererek yorulmadan mübarize edir. Birleşmiş İslam Dövleti üçün Kürdüstan qurmağa qerarlı, inadlı ve inamlı. Düyün burada, illerdir söylediklerimizde: Kürd xalqının mücadilesi hedefi merkezi Anadolu torpaqları olacaq müsteqil birleşmiş islam dövletinin qurulmasıdır. Komandan Mirzebeyoğlu dedi ki:

"Açıq şekilde söyleyirem. Bu gün "IBDA-C" teşkilatı Seid Nursi hezretlerinin röyasında gördüyü müsteqil kürd dövletini qurmaq planını heyata keçirmek missiyasını öz üzerine götürüb ve bu bizim esas hedefimizdir". Budur, nurçuluğun gerçek üzü!

Bundan sonra nurçuların türk xalqının potensial düşmeni olduğuna kim şübhe eleye biler? Yalnız nurçular, onların saxta ideologiyalar sırıyaraq aldatdığı insanlar, ve tehlükenin mahiyyetini anladığı halda öz maddi maraqları üçün onlarla işbiriyi quran eqidesiz vetendaşlar.

*Nurçular Türkiyede qurulan ve tekce Türkiyede deyil, bütün dünyada mövcud olan dünyevi dövlet quruluşlarını şeytan recimi adlandırır,

*onlar türk dünyasının böyük rehberi Mustafa Kamal Atatürke "şeytan" ve "deccal" deyir,

*onlar dünyanın bir çox bölgelerinde qurduqların mekteblerde, litseylerde, universitetlerde özleri üçün mürid, türk xalqı üçün düşmen yetişdirir,

*onlar öz meqsedlerini heyata keçirmek üçün lazımi güc toplayana qeder "Türk-İslam sintezi" kimi müxtelif maskalar altında gizlenirler.

Bu fealiyyet ve meqsedler hansı qruplşmanın üzvü olmasından asılı olmayaraq, bütün nurçular - "İttihadçılar", "Konseyçiler", "Oxucular", "Yazıçılar", "Fetullahçılar", "Yeni Asyaçılar" üçün ortaq xüsusiyyetdir. Buna göre de fetullahçıların eczmendilerden, konseyçilerin ittihadçılardan yaxşı, yaxud pis olduğunu iddia etmek gülüncdür.

Sözsüz ki, bu gün Türkiyede Silahlı Qüvvelerden sonra en yaxşı teşkilatlanmış qurum hesab olunan nurçuların bu seviyyeye çatması siyasi ve iqtisadi himaye olmadan mümkün deyil. Bele olan halda Türkiyede nurçuları himaye eden siyasi daireler ve hamımızın yaxşı tanıdığı siyasi liderler kimlerdir?

Top
sufilik
Дата 11 Jun 2006, 10:48
Цитировать сообщение




Unregistered












Fetullah Gülenin gerçek üzünü ortaya çıxaran "kaset olayı"
04
Nurçuları himaye eden siyasiler berk ayaqda qaçmağa üstünlük verib

Türkiye metbuatında Fetullah Gülenin gerçek üzünü ortaya çıxaran kassetlerin "ATV" kanalına teqaüdde olan general Kamal Yavuz terefinden ötürülmesi barede melumatlar derc olunub. Milli Güvenlik Kurulunun ölkede fealiyyet gösteren irticaçı qüvvelerin fealiyyeti ile bağlı fevralın 28-de verdiyi qerarlardan sonra kütlevi informasiya vasitelerinde tez-tez görünmeye başlayan general Kamal Yavuz "Fetullah Gülen kasetleri" efirde yayımlanmamışdan önce "ATV" kanalının "Siyaset meydanı" verilişinde çıxış edib. General Yavuz öz çıxışında Fetullah Gülenin "Kiçik Dünyam" adlı kitabında dünyevi dövlet quruluşu ve atatürkçülük eleyhine fikirlerin yer aldığını bildirib. Fetullah Gülenin bu mesele ile bağlı sözlerinden sitatlar getiren general elave edib ki, 28 fevral qerarlarından sonra özlerine qarşı tehlükeden narahat olan nurçular yüksek mebleğ ödeyerek, "Kiçik Dünyam" kitabını üç gün erzinde bütün Türkiyede satışdan yığışdırıblar. Kamal Yavuzun bu açıqlamasından bir gün sonra Fetullah Gülenin öz terefdarlarına dövleti ele keçirmeyin yollarını izah etdiyi çıxışın "ATV" telekanalı ile yayımlandığına göre, ölke metbuatı nurçuların iç üzünü ortaya çıxaran kassetlerin telekanala mehz general Yavuz terefinden ötürüldüyünü iddia edib. "Kaset qalmaqalı"nda ortaya çıxan en dehşetli meqam ise Fetullah Gülenin çıxışı yazılmış kasetin "ATV" kanalı ile yayımlanacağından evvelceden xeber tutması olub. Bu amil nurçuların media orqanlarında yüksek derecede şebeke qurmasına daha bir sübutdur. Nedense, Fetullah Gülenin "sehheti" mehz MGK-nın 28 fevral qerarlarından sonra "pisleşmeye" başlayıb ve o, teriqetin başının üstünü qara buludlar aldığını görerek, "müalice" olunmaq üçün tez-tez ABŞ-a getmeye başlayıb. İzmirde nurçulara mexsus bir "İşıq evi"nde meskunlaşan teriqet üzvlerinin herbi litsey telebelerini vehşicesine döymesi etrafında başlanan qalmaqaldan sonra Fetullah Gülen birdefelik ABŞ-a qaçıb ve hele de geri qayıtmayıb.
İndi gelin görek, İzmirde nurçuların herbi litsey telebelerini döymesinden sonra ABŞ-a qaçan ve geri qayıtmayan Fetullah Gülen gizli olaraq lente alınmış çıxışında öz terefdarlarına hansı meslehetleri verir?

Birinci meslehet nurçuların mülki ve hüquq-mühafize strukturlarında, silahlı qüvvelerde möhkemlenmesine ve şebeke qurmasına çağırışla bağlıdır. Gülenin fikrince, dünyevi dövlet quruluşu tam kamil quruluş olmadığına göre, bu sistem daxilinde boşluqlar mövcuddur ve nurçular bu boşluqları keşf ederek, orada möhkemlenmeye çalışmalıdır.

İkinci meslehet lazımi güc toplamayana kimi açıq fealiyyete başlamağın yolverilmez olmasıdır. "Qüvvet sahibi olmadığınız halda güc sahiblerine qarşı çıxmayın. Ola biler ki, xaricdekiler bizi qorxaqlıqda ittiham etsinler. Eybi yoxdur, biz yolumuza davam etmeli ve dövleti strukturlara yol taparaq möhkemlenmeliyik. Bize qarşı çıxanların qarşısında özümüzü qorxaq kimi göstererek, daha ireli getmeyi bacarmaq lazımdır".

Üçüncü meslehet: "Ayağa qalxsaq, Elcezairdekilerin gününe düşerik"."Eger, vaxtından evvel açıq çıxışlara keçsek, dünya Elcezairde olduğu kimi başımızı ezer. Buna göre de ister o dairede (hökumet strukturlarında - müel.), isterse de bu dairede (teriqet sıralarında - müel.) olan dostlarımızı qorumaq çox vacibdir. Ele etmeliyik ki, Elcezairde, Suriyada, Misirde olanlar başımıza gelmesin. Çox diqqetli, temkinli, tedbirli hereket etmek mecburiyyetindeyik. Bizimle olanlar, meqsedlerimize xidmet gösterenler özlerini sanki dünyanı idare edecek diplomat kimi aparmalıdır"

Dördüncü meslehet: "Qehremanlıq gösterme, her yeri ele keçir".

"Bezi dostlarımız ruhumuzu cesaretlendirmek xatirine qehremanlıq göstermek niyyetinde ola bilerler. Feqet men helelik lazımi güce sahib olmadığıma göre, bize xeyri getirmeyecek açıq çıxışlar evezine sakitce başımızı aşağı salaraq ideyalarımızı yaymağa üstünlük verirem. Helelik, yalnız bu yolla öz düşüncelerimi yayaraq her terefi feth ede bilerem. Yoxsa, o cür qehremanlıq göstermek isteyen memur dostlarımızın etdikleri heç bir effekt vermez. Bele şeyler gereksizdir".
Beşinci meslehet: "Rifah Partiyasına ve Doğru Yol Partiyasına destek".

Bizimle bir cebhede olduğu hesab edile bilecek, bize xoş münasibet gösteren bir çerçive içerisinde emekdaşlıq ede bileceyimiz siyasiler var. Bu çerçive Rifahdan başlayaraq DYP-ye qeder uzanan siyasi yelpazedir. Bu insanlarla vuruşmadan, onlarla aramızdakı ferqli müşterek fikirleri ortaya qoyaraq, o düşergede özümüze qarşı xoş bir münasibet formalaşdırmalıyıq. Hüquqi ve mülki sahelerde icraatları dialoq yolu ile heyata keçirmeliyik.

Fetullah Gülen öz telebeleri ile söhbeti zamanı Atatürkün silahdaşı, Ulusal Qurtuluş Savaşının liderlerinden İsmet İnönüye böhtanlar atmaqdan bele çekinmeyib. "İsmet İnönü Erzurumda çarşab geyindiklerine göre qadınlarımızı küçelerde qurulmuş dar ağaclarından asıb. Bu istibdadın (Türkiye Cumhuriyyeti nezerde tutulur-müel.) milleti asıb-kesdiyi dövrde baş verib". "ATV" kanalı ile yayımlanan çıxışında Fetullah Gülen nurçuların esas meskeni olan "işıq evleri"nin, başqa sözle desek, "nur kazarmaları"nın fealiyyeti ile bağlı öz terefdarlarına bezi telimatlar verib. "Bu evler, sizin bildiyiniz kimi, minaresi olan, azan verilen zaman her kesin daxil ola bileceyi evler deyil. Bunlar mechul, gizli evlerdir. Evlere verilen "işıq" adı teriqetimize uyğundur. Bu evlerin mövcudluğu mexfi saxlanılmalıdır. Çünki, bu evlere girib-çıxanlar teqib olunurlar. Buna göre de bacardıqca, "işıq evleri"nin harada olduğunu gizli saxlamağa çalışın".

Fetullah Gülen çıxışının sonunda müridlerine verilen telimatlara uyğun hereket etmeyi tapşırıb. Dövlet strukturlarındakı qüvveleri öz terefimize çekmemiş atılacaq her bir addım erken sayılır. Bu qüvveleri ele keçireceyiniz müddete qeder, Türkiyede dövlete mexsus olan bütün strukturlarda çalışan insanları öz terefimize çekene qeder her hansı açıq fealiyyet yasaq edilir".

Budur, Fetullah Gülenin iç üzü!!! Dövlet strukturlarında şebeke yaratmaq, bürokratik aparatın temsilçilerini ele keçirmek, lazımi güc toplayana kimi yalnız "xoşgörü felsefesine" dayanıqlı fealiyyet göstermek, "işıq evleri"nde mexfi iş recimine keçmek ve s. kimi telimatlar nurçuların esl meqsedlerine çatmaq üçün heyata keçirdiyi fealiyyet proqramının terkib hissesidir. Onlar Türkiyede hakimiyyeti ele keçirerek, şeriete esaslanan dövlet recimini berpa etmek, bu meqsede çatdıqdan sonra ölkede böyük bir erazisini ehate edecek müsteqil kürd dövleti qurmaq niyyetini heyata keçirmek üçün helelik lazımi güce malik olmadıqlarına göre, bu prinsiplere dayanıqlı taktiki xett yürütmeye üstünlük verir.

İndi ise gelin görek, Fetullah Gülenin iç üzünü ortaya qoyan kasetlerin "ATV" ile yayımlanmasına Türkiye siyasileri nece münasibet besleyib?

Süleyman Demirel: "Bu mesele araşdırılmadan heç bir qeti fikir söylemek istemirem. Lakin, netice etibarile onların (nurçuların - müel.) meqsedi dövleti ele keçirmekdirse, bu siyasi iddiadır. Siyasi iddiaya göre cinayet mesuliyyeti müeyyen olunmayıb. Amma, bir halda ki, cumhuriyyete, demokratiyaya ve Konstitusiyaya hörmetsizlik nümayiş etdirilir, ölkeye sedaqetsizlik nümayiş etdirilirse, onda bu mesele müvafiq orqanlar terefinden araşdırılmalıdır. Heç kese Türkiye Cumhuriyyetinin cinayet saydığı bir hereketi etmek imtiyazı verilmeyib. Bu cinayeti aşkar etmek ise hüquq-mühafize orqanlarının işidir. Bele görürem ki, dövleti ele keçirme kimi iddialar emelli-başlı ciddileşib".

Curnalistlerin "Fetullah Gülen öz terefdarlarına edliyye, hüquq-mühafize orqanlarında ve ordu daxilinde möhkemlenmeyi meslehet görür ve açıq fealiyyete icaze verilene kimi özlerinin nurçu olduqlarını gizletmeyi tapşırır. Buna münasibetiniz" sualına Süleyman Demirel "Eger, dövleti ele keçirmek üçün plan hazırlanırsa, doğrudan da ele keçirilmesi vacib olan esas orqanlar adınızı çekdiyiniz strukturlardır. Elave heç ne demek istemirem. Men prezidentem ve eger dövlete qarşı tehlüke varsa, bu meni ciddi şekilde düşündürür. Dövlete qarşı yönelmiş her bir işde men dövletin yanındayam" şeklinde cavab verib. Xatırladaq ki, bu sözleri "İslam, Layiqlik, Demokrasi" kitabında "Seid Nursinin eserleri ve onun yolunu davam etdiren nur telebeleri yüz defelerle mehkemeye celb olunsa da, Türk Ceza Qanunlarına göre onların fealiyyetinde heç bir cinayet esası tapılmayıb. Buna reğmen merhum Seid Nursi ve terefdarları hemişe teqibe meruz qalıblar" fikirlerini söyleyen Süleyman Demirel işledib. Sözsüz ki, Demirelin evveller teriflediyi, yere-göye sığışdıra bilmediyi nurçulara berk ayaqda arxa çevirmesi fakt qarşısında qalması ile bağlıdır. Eslinde Demirel "kaset olayı"na bu şekilde münasibet bildirmekle, öz yaxasını kenara çekmeye çalışıb.

Baş nazir Bülend Ecevit ise "Fetullah Gülen qalmaqalı" ile bağlı curnalistlerin suallarına "ittiham edilen terefin ne söyleyeceyi belli olmadan ve bu meseleni dostlarımla müzakire etmeden heç ne deye bilmerem" şeklinde cavab verib. Ecevit sonrakı fikirleri ile bütün siyasi fealiyyeti dövründe himaye etdiyi Fetullah Gülenin "dövleti ele keçirmek üçün hüquq-mühafize orqanlarında ve silahlı qüvvelerde möhkemlenmek" telimatına bir növ haqq qazandırıb. "Eslinde Türkiyede bir çox siyasi meqsed güden teşkilatlar, yaxud dini qurumlar dövlet daxilinde möhkemlenmeye, öz adamlarını bürokratik aparata keçirmeye çalışırlar. Biz de teriqetlerin dövlet strukturlarına soxulmasının qarşısını almaq üçün demokratik prnisiplere dayanıqlı obyektiv qanunlar çıxarır, tedbirler görürük".

Sağ düşergenin iki böyük partiyası olan ANAP ve DYP liderleri ise "Fetullah Gülen qalmaqalı" ile bağlı curnalistlerin suallarına "xeberim yoxdur", "bu mesele ile bağlı sual vermemeyinizi xahiş edirem" şeklinde cavab veribler. Nurçuluq teriqetinin bu seviyyede güclenmesine evezsiz xidmetler gösteren Mesud Yılmaz ve Tansu Çillerin suallara cavab vermekden niye boyun qaçırdığının sebebini izah etmeye ehtiyac yoxdur.

En dehşetli meqam. Demirel, Ecevit, Yılmaz, Çiller ve başqaları "Fetullah Gülen qalmaqalı"ndan yaxalarını kenara çekmeye, berk ayağa düşen kimi qaçmağa üstünlük verseler de, Fezilet partiyası bu mesele ile bağlı ferqli mövqe tutub. Hemin dövrde Fezilet partiyasının parlament fraksiyasının rehberi vezifesini icra eden Bülend Arınc (bu şexs hazırda Türkiye Böyük Millet Meclisinin spikeridir) ve partiya sedrinin müavini Abdullah Gülün (58-ci hökumetin rehberi) "Fetullah Gülen qalmaqalı"na münasibetini nezerinize çatdırırıq.
Top
sufilik
Дата 11 Jun 2006, 10:49
Цитировать сообщение




Unregistered












Fetullah Gülenin müdafieçileri 05


"İşıq evleri"nde xilafet üçün esger yetişdirilir

En dehşetli meqam. Demirel, Ecevit, Yılmaz, Çiller ve başqaları "Fetullah Gülen qalmaqalı"ndan yaxalarını kenara çekmeye, berk ayağa düşen kimi qaçmağa üstünlük verseler de, Fezilet partiyası bu mesele ile bağlı ferqli mövqe nümayiş etdirib. Hemin dövrde Fezilet partiyasının parlament fraksiyasının rehberi vezifesini icra eden Bülend Arınc (bu şexs 3 noyabr seçkilerinden sonra Türkiye Böyük Millet Meclisinin spikeri seçilib) ve partiya sedrinin müavini Abdullah Gülün (58-ci hökumetin rehberi) "Fetullah Gülen qalmaqalı"na münasibetini nezerinize çatdırırıq.

Bülend Arınc: "Fetullah Gülen Türkiye Cumhuriyyetine bağlı, ölkesini seven, tertemiz bir insandır. O, recim, dövlet ve Aatatürk eleyhine heç bir şey söylemez". Fezilet partiyasının metbuat merkezinde curnalistlerin suallarını cavablandıran Arınc ATV ile yayımlanan kasetlerin Fetullah Güleni ilişdirmek isteyen emniyyet qüvveleri terefinden dövriyyeye buraxıldığını deyib, nurçuların liderini açıq-aşkar müdafie edib. "Men Fetullah Güleni hele Manisada fealiyyet gösterdiyi dövrden, teqriben 30 ildir ki, tanıyıram. Fetullah Gülen insanların xoşbextliyi üçün pul xercleyen bir insandır. Ona kimsenin qara yaxmaq haqqı yoxdur. Kimlerse, Fetullah Güleni çirkli işlere bulaşdırmaq isteyir". Xatırladaq ki, Fetullah Gülenin öz terefdarlarına dövleti ele keçirmekle bağlı telimat vermesini sübuta yetiren "kaset qalmaqalı"ndan sonra nurçuların esl meqsedlerinin üze çıxarılmasına baxmayaraq bu fealiyyeti teqdir eden Bülend Arınc TBMM-in spikeri seçilib.

Türkiye gündeminin esas qehremanlarından yeni baş nazir Abdullah Gül, "kaset qalmaqalı" baş veren dövrde "Fetullah Gülen ve terefdarlarına qarşı iddiaların düzgün olmadığı qenaetindeyem" fikirlerini söylemekle pis veziyyetde qalan nur camaatına menevi destek verib. Neqşbendi teriqetinin temsilçisi Necmeddin Erbakanın rehberlik etdiyi Rifah partiyasının önemli simalarından olan, sonradan Fezilet ve AKP-de sedri müavini olmuş, "RifahYol" hökumetinde dövlet naziri vezifesinde çalışmış Abdullah Gül metbuata verdiyi açıqlamalarda öz münasibetini "Fetullah Gülen ve terefdarlarının Türkiye ve türk düşmeni olduğuna inanmıram" şeklinde açıqlayıb. Fezilet partiyası funksionerlerinin ciddi-cehdle Fetullah Güleni müdafie etmesine reğmen bu partiyanın nezaretinde olan metbuat orqanları da ictimai reyin yanlış istiqamete yöneldilmesinde nurçulara ciddi şekilde destek verib.

Xatırladaq ki, Fetullah Gülen nurçuların hedef ve vezifeleri barede açıqlamaları gizli yolla lente alınaraq "ATV" kanalı ile yayımlandıqdan sonra hemin dövrde tehsil naziri vezifesinin icra eden Metin Bostançıoğlu Fetullah Gülene mexsus olan 500-den artıq mekteb ve hazırlıq kurslarında yoxlamalar keçirilmesi ile bağlı gösteriş verib. Tehsil nazirliyinin hazırladığı yeni telimatlara esasen başda Fetullah Gülenin "işıq evleri" kimi qız ve oğlanlar üçün nezerde tutulan qapalı kollecler olmaqla, teriqetlere mexsus veqf ve dernekler nezdinde açılmış "qız-oğlan mektebleri"nin bağlanması nezerde tutulub. Yene eyni telimata esasen, cinsiyyet ferqine göre mekteblerin açılmasına ve fealiyyetine qadağalar qoyulub.Türkiyede "nurçuların qenimi" kimi tanınan Ankara Dövlet Güvenlik Mehkemesinin hakimi Nuh Mete Yüksel Fetullah Gülen ve nur camaatına mexsus mülkiyyetin müsadire olunması ile bağlı araşdırmaya başlayıb. Metbuata verdiyi açıqlamada hakim Yüksel ölkenin tehlükesizlik orqanlarına müraciet ederek, onlardan nurçuların malik olduğu 25 milyard dollar deyerindeki mülkiyyetle bağlı keşfiyyat melumatlarını ona verilmesini isteyib. Yüksel bildirib ki, materiallar araşdırıldıqdan sonra Fetullah Gülen haqqında hebs qeti-imkan tedbiri görülecek. Fetullah Gülenin dövlete qarşı çıxmasını faş eden kaset ve nurçuların İzmirde herbi litseyin telebelerini döymesi qalmaqalından sonra ABŞ-a qaçması meselesine aydınlıq getiren Nuh Mete Yüksel onun haqqında İnterpol vasitesile axtarış elan olunacağını deyib. Ve... hakim bildirib ki, keşfiyyat melumatları elde olunduqdan sonra Türk Ceza Qanununun 146/1 maddesine esaslanaraq "Türkiyenin dövlet quruluşunu deyişmeye cehd" ittihamı ile Fetullah Gülenin edam cezasına mehkum olunması teleb edilecek.

Fetullah Gülenin edam cezasına mehkum olunması telebi ne üçün reallaşmayıb? "ATV" ile yayımlanan kasetlerden sonra Fetullah Gülenin müxtelif dövrlerde öz camaatı qarşısında dövlete qarşı çıxmaq, dünyevi dövlet quruluşunu deyişerek şeriet qanunlarına dayanıqlı dövlet qurmaqla bağlı çıxışları yazılmış 50-den artıq lent elde olunub ve bunlar Fetullah Gülen haqqında dosyeye daxil edilib. Üç ilden Fetullah Gülenin addımbaaddım izleyen hakim Nuh Mete Yüksel onun haqqındakı cinayet işini yekunlaşdırmaq erefesinde...Ecevit hökumeti efv fermanı çıxararaq Gülene qarşı tetbiq olunan maddeni amnistiyaya salıb. Bir qeder sonra ise Nuh Mete Yüksel saxta ittihamlar esasında işden azad edilib. Dövletdeki ebedi-ezeli himayedarlarının kömeyi ile müveqqeti olaraq asude nefes almağa müveffeq olan Fetullah Gülen üç ilden artıqdır ki, ABŞ-da gizlenir ve onun yaxın günlerde Türkiyeye geri qayıdacağı gözlenilmir. Türkiyeden qaçan zaman "Minnesota Rocester Metodist" xestexanasının "Mayo" klinikasında lazer şüalanması ile dörd gün erzinde müalice olunacağını bildiren Fetullah Gülen "dörd gün" getdiyi ABŞ-dan üç ildir ki, geri qayıtmır.

Nurçuların son dövrler erzinde öz fealiyyetlerini en yüksek seviyyede genişlendirmesi onların timsalında tehlükenin böyümesi ile müşayiet olunur. Fetullah Gülen terefdarları artıq bütün gücleri ile Türkiye siyasi iqtisadi sferasında daxil ola bilmedikleri yegane struktura - herbi qüvvelere soxulmağa, öz adamlarını herbi qüvvelerde yerleşdirmeye burada öz şebekelerini qurmağa çalışırlar. Vaxtile fetullahçıların "işıq evleri"nde telim görmüş, sonradan onların esl simasına beled olaraq, nurçulardan üz döndermiş bir telebe "Yeni Heyat" curnalına verdiyi müsahibede curnalistin "nurçular neye göre "işıq evleri"nde yetişdiyi telebeleri herbi litseylere yönlendirir?" sualına "herbi qüvveler nurçular üçün her an böyük tehlükedir. Çünki idealları olan ve Fetullah Gülenin kitablarında behs etdiyi "İkinci diriliş"in gerçekleşmesi qarşısında en böyük engel Türkiye Silahlı Qüvveleridir. Bu engel yalnız ordunun şexsi heyet ve rehberliyine nurçulara sadiq olan insanların yerleşdirilmesi ile heyata keçirile biler" şeklinde cavab verib. Nurçular evveller qarşılarında olan diger engelleri de bu vasite ile aradan qaldıra bilibler. Teriqet üzvleri polis orqanlarında müeyyen qeder şebeke qurmağa nail olub. Tekce son bir il erzinde polis orqanlarında çalışan Fetullah Gülen terefdarlarının aşkar edilerek bu strukturdan uzaqlaşdırılması ile bağlı çoxlu uğurlu emeliyyat heyata keçirilib. Türkiye Silahlı Qüvveleri Baş Qerargah reisi her il orduda şebeke qurmağa, herbi qüvvelerin daxiline soxularaq öz terefdarlarını bu strukturlarda yerleşdirmeye cehd eden qurumların adını açıqlayır. Bu siyahıda orduya soxulmağa çalışan teriqetler sırasında "Fetullah Gülen terefdarları"nın, başqa sözle desek, "fetullahçılar"ın adı birinci gelir.

Nurçuların töretdiyi tehlüke 3 noyabr seçkilerinden sonra bu teriqetle sıx bağlılığı olan ayrı-ayrı şexslerin parlamentde ve hökumetde temsil olunmalarıdır. Meselen, 1989-1991-ci illerde daxili işler naziri vezifesinde çalışan, fetullahçıların polis orqanlarında yerleşdirilmesinde böyük emeyi olan Ebdülqadir Aksu 58-ci hökumetde yeniden bu vezifeni icra etmeye başlayıb. Ebdülqadir Aksu Türkiye siyasi dairelerinde Fetullah Gülenle yaxından bağlılığı olan bir şexs kimi tanınır. Eks-prezident Turqut Özalın defni zamanı Fatih Camesinde qılınan cenaze namazına Fetullah Gülenin mehz Ebdülqadir Aksu ile birlikde gelmesi o zaman Türkiye metbuatında böyük bir şok yaradıb. "Yeni heyat" curnalındandan bir sitatı oxucuların nezerine çatdırırıq. "Bilindiyi kimi, Turqut Özal Türkiye iqtisadiyyatını alt-üst etmesine reğmen, hem de islamçı ve kürdçü qruplaşmaların ayağa qalxmasına şerait yaradan, kürd dilinde tehsil ve Şimal-Şerqi Anadoluda kürdlere muxtar respublika statusu verilmesi mselesinin ilk defe gündeme getiren bir şexsdir. Fetullahı Gülenin eks-prezidentin cenaze namazına Ebdülqadir Aksu ile birlikde qatılması bu baxımdan maraq doğurur. Çünki, Aksu kürdlük davasının ön sıralarında geden bir şexs kimi tanınır ve Gülenin de cenaze namazına Aksu ile birlikde gelmesi eslinde eyni meqsedin daşıyıcılarının bir-biri ile yaxınlığının göstericisidir". "Fetullah Gülen kasetleri qalmaqalı"nda Fezilet partiyasının temsilçisi kimi mediada "hocaya iftira atılır" şüarı ile kampaniya başlayan Ebdülqadir Aksu bu gün Türkiyede daxili işler naziri vezifesini icra edir ve sözsüz ki, bu amil fetullahçıların polis orqanlarında şebekeleşme prosesini daha da güclendirecek.

Eslinde nurçuların meqsed ve vezifeleri tekce Türkiye dövleti üçün deyil, eyni zamanda diger türk dövletleri üçün de böyük tehlüke töredir. Nurçuların esas meqsedleri tekce Türkiyede şeriet qanunları ile idare olunan islam dövleti qurmaq ve bunun fonunda "müsteqil Kürdüstan" yaratmaq ideyası ile mehdudlaşsa idi, onlar diger dövletlerde, o cümleden de Azerbaycanda teşkilatlanmağa, iqtisadi ve siyasi tesir dairesine nezareti ele keçirmeye çalışmazdılar. Nurçuların esl meqsed ve meramları fealiyyet gösterdikleri bütün ölkelerde "İkinci diriliş" neticesinde meydana çıxacaq "Fetullah Gülen imperiyası" üçün esger yetişdirmekdir. "Fetullah Gülen esgerleri Türkiyede, Azerbaycanda, Orta Asiya respublikalarında, diger islam ve xristian dövletlerinde qurulmuş yüzlerle mekteb ve universitetlerde, yüzminlerle "işıq evleri"nde telim alır. Onlar Türkiyede olduğu kimi bu ölkelerde de siyasi ve iqtisadi strukturlara tedricen soxulmağa çalışır ve vaxtı çatanda (helelik Fetullah Gülen lazımi qeder güce malik olmadığı üçün açıq çıxışlara başlamağı qadağan edib) nurçuların Türkiyede heyata keçirmek istedikleri "layiheleri" Azerbaycanda ve diger ölkelerde reallaşdıracaqlar. Türkiyenin rehberliyinde vahid islam dövletinin qurulması üçün ilk növbede "Fetullh Gülen imperiyası" hüdudlarına daxil edilen ölkelerin hamısında şeriet qanunları ile idareolunacaq recimlerin yaradılması nezerde tutulur ki, bu mesqedin heyata keçirilmesi missiyası da "nur kazarmalarında" telim alan, etraf alemden tedric olunaraq gününü Fetullah Gülen ve Seid Kürdinin kitablarını oxumaqla keçiren "esgerler"e tapşırılıb.

Top
sufilik
Дата 11 Jun 2006, 10:49
Цитировать сообщение




Unregistered












"Azerbaycandakı Türkiye" 06

06
Ölkemizdeki "Fetullah Gülen esgerleri" yaxın gelecekde

dövletçilik üçün ciddi tehlükeye çevrile biler

Nurçuların Azerbaycandakı fealiyyeti barede Türkiye metbuatında kifayet qeder meqaleler derc olunub. Oxucular üçün maraqlı olacağını nezere alaraq, doktor Necim Hablemitoğlunun "Yeni heyat" curnalının 1999-cu il sentyabr nömresinde derc olunan "Fetullahçı mektebleri iç üzü" meqalesinden bezi seçmeleri derc edirik.

"İndi ise xarici dövletlerde Fetullah Gülene mexsus tehsil müesiiselerinin iqtisadi terefine diqqet yetirek. Başqa yerlerden ferqli olaraq Azerbaycanda nurçuların açdığı mektebler pulludur. Hem de bu mekteblerde tehsil almaq üçün Azerbaycan türklerinin iqtisadi imkanlarına uyğun gelmeyen yüksek bir mebleğ - 960 dollar teleb olunur. Yerli personalın ve müellimlerin maaşı ise 50-150 dollar arasındadır. Fetullah Gülen xarici dövletlerdeki mekteblerde ders deyen türkiyeli müellimlere ayda 1000-1500 dollar maaş verildiyi iddia etse de, eslinde onlar 3 defe az mevacib alırlar. Qeribedir ki, bele mekteblerde ders deyen ABŞ-dan olan müellimlere mevacib verilmir. Nurçulara mexsus mekteblerde telim prosesinde istifade olunan ingilisce ders kitabları ise İsrail ile elaqesi olan "Bnai-Brith" (ABŞ) firması pulsuz verir. Sözün qısası, bu mektebler tesisçileri üçün iqtisadi baxımdan gelirli qurumlardır. Azerbaycanda keçirdiyimiz görüşler zamanı Ordubaddan olan bir ziyalı övladının imtahanlar zamanı en yüksek netice gösterdiyini, lakin tehsil haqqını ödemeye cemi 100 dollar pulu çatmadığına göre, mektebe qebul edilmediyini bildirdi. Bu ziyalı qardaşımız oğlunu fetullahçıların açdığı mektebde oxutmaq üçün ev-eşiyini satıb, lakin cemi 100 dollar ucbatından öz arzusunu reallaşdıra bilmeyib. Eger, bir azerbaycanlını 100 dollar pulu çatmadığına göre, mektebe qebul etmirlerse, onda Türkiyede nurçuların terefinden "hizmet parası" hansı meqsedler üçün yığılır ve hara serf olunur?" Necim Hablemitoğlu öz meqalesinde Azerbaycanda fetullahçılara mexsus olan mekteblerin siyahısını derc edib. Siyahını oxucuların nezerine çatdırırıq.

1) Bakı Özel Türk litseyi

2) Ağdaş Özel Türk litseyi

3) Mingeçevir Özel Türk litseyi

4) Quba Özel Türk litseyi

5) Lenkeran Özel Türk litseyi

6) Şeki Özel Türk litseyi

7) Sumqayıt Özel Türk litseyi

8) Bakı Özel Türk litseyi ekonomi şöbesi

9) Sumqayıtda Bakı Özel Türk kollecinin texnik şöbesi

10) Bakı Qafqaz ibtidai mektebi

11) Qafqaz Universiteti

12) Naxçıvan Türk Litseyi

13) Şerur Ekonomi Litseyi

14) Ordubad Qız Litseyi

15) ..., ..., ..., ...

Fetullahçılara mexsus olan bu tehsil müessiselerin tesisçileri "Çağ" ve "Feza" şirketleridir. Bundan elave "Araz" ve "Feza" hazırlıq kursları da fetullahçılara mexsusdur. Azerbaycanda fealiyyet gösteren "işıq evleri"nin ekseriyyeti adları çekilen tehsil müesisiselerine bağlıdır.

Necim Hablemitoğlu Azerbaycanla medeni ve iqtisadi elaqelerin qurulması baxımından Türkiye Cumhuriyyetinin bir dövlet olaraq çox az iş gördüyünü bildirir. Onun sözlerine göre, ABŞ ve Almaniya sefirlikleri bu müstevide Türkiyeni nezereçarpacaq derecede geride qoyub. "Söhbet zamanı Azerbaycandakı milletçi daireler sefirimiz Qedri Ecvet Tezcanın passiv fealiyyetini onun bu vezifeye 1995-ci il dövlet çevrilişinden sonra teyin olunduğunu ve iki dövlet arasından münasibetlerin gergin olması sebebile elaqelendirir. Buna göre de Türkiye adına temsilçilik ve teşebbüs haqqını Fetullahçılar ele keçirib. Sefirimizin oğlunun Bakıda Genclik meydanında yerleşen fetullahçılara aid Özel Türk Litseyinin 10-cu sinifinde oxuduğunu xatırladan Azerbaycan ziyalıları maraqlı bir fakıt qeyd etdiler. Sefir Qedri Ecvet Tezcan Ankaradan gönderilen telimata uyğun olaraq Azerbaycan resmilerine fetullahçıların fealiyyeti ile bağlı hesabat gönderse de, sonradan fetullahçılar bu faktdan ona qarşı tezyiq vasitesi kimi istifade edib. Sefirmiz Fetullah Gülenin davamçıları sayılan "meşhur" türk-islam sintezçilerinden professor Ayxan Sonqarın kürekenidir, ola bilsin ki, o öz oğlunu alteranitv olmadığına göre fetullahçıların mektebine gönderib. Bu iki amil onun nurçularla bağlı olmasını iddia etmeye ve haqqında araşdırma başladılmasına imkan vermir. Lakin Türkiyenin Azerbaycandakı sefirliyi Qedri Ecvet Tezcanın ve tehlükesizlik, metbuat, din işleri, idare ve tehsil üzre müşavir ve attaşelerinin mesuliyyetsiz yanaşması ve bile-bile göz yumması sebebile fetullahçı qüvvelerin merkezine çevrilib. Tekce bu sebebden de resmi bir araşdırma başlayaraq, başda Qedri Ecvet Tezcan olmaqla fetullahçıların Azerbaycanda el-ayaq açmasına şerait yaradan sefirliyin emekdaşlarının geriye çağrılması vacibdir".

Necim Hablemitoğlu sefirin dini işler üzre müşavirinin tecili olaraq geri çağırılaraq bu vezifeye Türkiye Dini İşler Nazirliyi terefinden yeni şexsin teyin olunmasını zeruri sayıb. "Sefirliye gönderilecek yeni müşavir Azerbaycan xalqına teriqetlerin esl mahiyyetini açıqlamalı, onlardan ehtiyatlı olmağı tebliğ etmelidir. Bildiyimiz kimi, nurçular xarici dövletlerdeki sefirliklermize kimlerin müşavir ve attaşelerin teyin olunmasına tesir göstermek imkanına malikdir. Onlar bu üstünlükden istifade ederek öz adamlarını sefirliklerde yerleşdirmeye nail olurlar. Buna göre de yeni teyin olunan müşavir, attaşe, yaxud dövlet xettile işlemeye geden müellimlerin dosyeleri Tehsil Nazirliyi ve Emniyyet Genel Müdirliyi terefinden araşdırılmalıdır. Meselen, fetullahçılara bağlı olduğu heç kesde şübhe doğurmayan Aysal Aytac tehsil nazirliyinde xarici tehsil şöbesinin müdiri vezifesinde işleyerken Bakıda açılmış Bakı Türk Anadolu Litseyinin bütün şexsi heyeti deyişdirilmelidir. Hazırda bu tehsil ocağında fealiyyet gösteren müellimlerin demek olar ki, hamısı nurçulardır. Litseyin evvelki rehberi Mehmet Bilicinin dövründe bu tedris müessisesinin İran medreselerinden ferqli olmayan bir şekilde fealiyyet gösterib. Neticede Azerbaycan ziyalılarının bu quruma inamı azalıb. Eyni zamanda Bakı Türk Anadolu Litseyinde şagirdlerden rüşvet alınması ile bağlı siqnallar seslenir. Hemin mesele de diqqet merkezinde olmalıdır". Necim Hablemitoğlu Türkiye sefirliyinde tehsil müşaviri ve attaşesinin nurçu olmadığını, lakin fetullahçıların emellerine göz yumduqlarına göre vezifelerinden azad olunmasını teleb edib. "Onların yerine Azerbaycanı yaxından tanıyan, ölkenin problemleri barede geniş melumat sahibi olan türkçüler teyin olunmalıdır. Bundan elave fetullahçılarla sıx elaqede olduğuna göre neçe ildir ki, sefirliyin metbuat müşaviri işleyen şexs de geri çağırılmalıdır. Şübhesiz ki,iddaların doğru olması Türkiyenin müvafiq dövlet qurumları terefinden araşdırılmalı ve neticelere uyğun qerar verilmelidir. Çünki, fetullahçıların geniş el-qol açması Türkiyenin Azerbaycandakı imicine ciddi zerbe vurur ve bu işe revac veren adamlar mütleq cezalandırılmalıdır".

Necim Hablemitoğlu Azerbaycanda fealiyyet gösteren Türkiye şirketlerinin ve bu şirketlerin xetti ile açılan tehsil müesiiselerinin mütleq ekseriyyetinin fetullahçılara mexsus olduğunu qeyd edir. Türkiyeni Azerbaycanda nurçuların temsil etmesinden narahatlığını gizletmir. "Bakıda Türkiye adına fealiyyet gösteren yegane esl tehsil qurumu Bakı Türk Dünyası Atatürk Litseyidir. "Türk Dünyası Araşdırmaları Veqfi"nin tesis etdiyi litsey tehsilin keyfiyyeti ve teriqetlerle bağlı olmamasından Azerbaycandakı türkçü intellektuallar arasında böyük nüfuza malikdir. Ancaq, bu mektebdeki bezi müellimlerin fetullahçı qüvelerle ferdi münasibetleri narahat doğurur. 30 ilden bundan evvel tesis etdiyi "Türk Dünyası Araşdırmalar Veqfi"nin xetti ile bütün türk dünyasına xidmet gösteren doktor Turan Yazqanın xarici dövletlere gönderdiyi müellimlere teriqetler, xüsusile de "fetullahçılar" baresinde xüsusi telimat vermesi zeruridir".

Bu, fetullahçıların Azerbaycandakı fealiyyetini araşdırmaq üçün 1999-cu ilde Bakıya gelmiş doktor Necim Hablemitoğlunun "Azerbaycandakı Türkiye" mövzusunda yazdığı meqaleden kiçik sitatlardır. Bu sitatlar nurçuların Azerbaycandakı fealiyyetinin üzerine az da olsa işıq salır. Fetullah Gülen terefdarları Türkiyede qurduqları şebekenin analoci formasını Azerbaycanda da yaratmağa nail olublar. Bu gün Azerbaycanda Seid Kürdi ve Fetullah Gülenin türk xalqına qarşı yönelmiş ideoloci baxışların tebliğ olunduğu minlerle "işıq evi" fealiyyet gösterir. "Nurçu abiler"in kiraye tutduqları evlerde onlara mexsus litseyler, hazırlıq kursları ve Qafqaz universitetinde tehsil alan azerbaycanlılar "Nur risaleleri"ni oxuyur ve xilafet qurmağın esaslarını öyrenmekle meşğuldurlar. Yarğıtay Ceza Kurulunun xüsusi qerarı ile nurçuluq ideologiyasını tebliğ eden vasitelerin (qezet, curnal, kitab, videokaseet ve s.) Türkiyede yayımlanması qeti şekilde qadağan olunsa da, bu gün Azerbaycanda nurçulara mexsus kitab mağazalarında Seid Kürdinin kitabları açıq şekilde satılır ve "abiler" bu ideoloci vesaitleri "işıq evleri"ne geden azerbaycanlılara pulsuz paylayırlar.
Top
sufilik
Дата 11 Jun 2006, 10:50
Цитировать сообщение




Unregistered












/ Vüqar MESİMOĞLU / E-mail: vuqar2002@mail.ru / 07
elave melumat ucun
Top
Oder
Дата 14 Jun 2006, 04:46
Цитировать сообщение




Unregistered












sufilik qardaş!
Sənin bu səhifəyə yazdıqlarına görə mən öz adımdan bir azərbaycanlı müsəlman kimi təşəkkür edir və Allahdan qələmini daha da qüvvətləndirməsini diləyirəm. Amma, a qardaş, bu "sufilik" nə mənə şeydir ki, özünə təxəllüs götürmüsən? Bəlkə sən bununla "antisufu" demək istəmisən? Hər adın özünün bir mənası və onun qoyulmasının əsasları var? Necə izah etmək olar onu?
Allah köməyin olsun!
Vəssalam!
Top
sufilik
Дата 14 Jun 2006, 13:14
Цитировать сообщение




Unregistered












adin ne fergi var ki, esas yazilardir.
hele ileride goreceksen, ne faktar yazacam.
dehset.
sizede oxudugunuz ucun tesekkur ederim.
Top
Humeyra
Дата 15 Jun 2006, 02:12
Цитировать сообщение

Статус: Пользователя сейчас нет на форуме



Пользователь
*

Профиль
Группа: Пользователи
Сообщений: 851
Пользователь №: 9
Регистрация: 15-08-2003





AsSalamu alaikum.

Yazı xoşuma gəlmədi.
Məqalədə Türkiyə cəmiyyətinin solçu (materialist, Atatürk prinsiplərinə əsaslanan) prizmasından həmin çəmiyyətin sağçı (zəlil-islamist) prizmasına baxış əks etdirilib. Başqa sözlə bir batil o biri batili bəyənmir.
Nurçu əqidəsinə Quran və Sünnə prizmasından baxış daha maraqlı olardı.



--------------------
Однажды шейх-уль-ислама Ибн Теймийю[rahmahhu Llah] спросили: «Какие деяния совершают обитатели Рая, и какие деяния совершают обитатели Ада?»

Он ответил: Деяния обитателей Ада — это приобщение сотоварищей к Всевышнему Аллаху; обвинение во лжи посланников и неверие; зависть и ложь; предательство и несправедливость; распутство и вероломство; разрыв родственных связей и уклонение от джихада из-за трусости; скупость и двуличие; отчаяние в милости Аллаха и отсутствие страха перед Его наказанием; беспокойство во время беды, горделивость и заносчивость в радости; отказ от выполнения приказов Аллаха и нарушение Его ограничений и запретов; боязнь творений, а не Творца; показуха и тщеславие; отступление от Корана и сунны в душе и на практике; подчинение творениям в том, что запретил Творец, и слепая преданность лжи; насмешка над аятами Аллаха и отрицание истины; сокрытие знаний и свидетельств, которые обязательно обнародовать; колдовство и непокорность родителям; убиение человека, которого запретил убивать Аллах, не имея права на то; пожирание имущества сирoты и ростовщичество; бегсtво с поля боя и клевета на целомудренных верующих женщин, даже не помышляющих о грехе .


Йакза ули-л-и‘тибар. С. 222


PM
Top
Oder
Дата 15 Jun 2006, 02:46
Цитировать сообщение




Unregistered












Əssalamu əleykum bacı və qardaşlar!
Yuxarıdakı yazıda Humeyra bacının haqlı qeydi xüsusilə vurğulayaraq ("iki batil yanaşma" kimi), bir məqamı unutmamalıyıq: bütün hallarda islam pərdəsi ilə siyasi məqsədlərdən ötrü sipərlənən fərdlərə və qurumlara qarşı bütün əqidədaşlarımız sayıq olmalıdırlar. Belə getsə, yanıla bilmək üçün hər cür əsaslar var.
Siz Humeyra bacı təklif edirsiniz ki, məsələyə Quran və Sünnə əqidəsi ilə yanaşmaq lazımdır. Özünüz elə bu təşəbbüsü etsəniz böyük savab iş görmüş olarsınız. Mühakimə yürütmə, gördüyünüz kimi, bu gün üçün artıq kifayət qədər material qardaşlar tərəfindən sayta qoyulmuşdur. Həm də sizin dediyiniz: "... bir batil o biri batili bəyənmir" ifadəsi bir qədər çox qəti deyilmişdir və yazının əhəmiyyətinə kölgə salır və müsəlmanların sayıqlığını azalda bilər. Biz axı məsələlərə siyasi konyuktura çoxbucaqlısından baxmamalıyıq. Bizi yönəldən ancaq və ancaq yenilməz qüdrət sahibi Böyük Allaha olan məhəbbətdir. Biz müsəlmanlar üçün bu məsələdə ən vacib olan Səid Nursinin və Fətullah Gülənin gerçək Islamla birbaşa əlaqəsi olmayan əsil mömin deyil, xüsusi məqsədlər güdən şəxsiyyətlər olmaları, Islam dünyasında əslində və dövlətlərində gerçək siyasi pozuculuq fəaliyyəti ilə məşğul olaraq müsəlmançılıqla pərdələnmələridir. Siz niyə diqqət yetirmədiniz ki, onlar öz tərəflərinə xüsusi fəndlərlə cəlb etdikləri gənc insanlara öz şəxsiyyətləri haqqında hansı hansı təlimlər aşılıyırlar!!! Bu üzdən iraq təlimin Islamla nə əlaqəsi var?! Onlar (siz, Humeyra bacı, yanılmayın) Islam xilafətindən ancaq dəm vururlar və əslində öz fərdi imperiyaları haqqında düşünürlər. Belə bir nəticəyə gəlmək, adi oxucu üçün də çətin deyil. Materiallara diqqətlə və tarixi-müqayisəli nəzərlə yanaşıldıqda bu açıq-aydın özünü biruzə verir.
Top
sələfi
Дата 15 Jun 2006, 03:43
Цитировать сообщение

Статус: Пользователя сейчас нет на форуме



Пользователь
*

Профиль
Группа: Пользователи
Сообщений: 666
Пользователь №: 968
Регистрация: 29-09-2005





بِسْمِ اللّهِ الرَّحْمنِ الرَّحِيمِ

aleykumus-Salam va rahmatullah.

Mən də Humeyra bacını dəstəkləyirəm. Əlbəttə yazılan yazılarda fayda vardır. Amma Quran və sünnə işığında rəddiyə olsaydı daha yaxşı olardı. Ümidvaram sufilik üçün bu çətin olmaz və səylərini bu prizmadan davam etdirər.

As-Salamu aleykum va rahmatullah.
PMMSN
Top
sufilik
Дата 15 Jun 2006, 10:37
Цитировать сообщение




Unregistered












yaxsi sizin dedyiniz olsun.
buraya daxil olun ve ozunuz oxuyun, diggetle dinbleyin

http://fethullahgulen.belgeleri.com/includ...hp&contentid=13
Top
0 Пользователей читают эту тему (0 Гостей и 0 Скрытых Пользователей)
0 Пользователей:

Подписка/Печать ОтветитьСоздать темуСоздать опрос

 



[ Время генерации скрипта: 0.0381 ]   [ Использовано запросов: 14 ]   [ GZIP включён ]