ƏSAS MENYU
  ANA SƏHİFƏ
  MƏQALƏLƏR
  QURANİ KƏRİM
  HƏDİSİ ŞƏRİF
  ƏQİDƏ
  MƏNHƏC
  FİQH
  TARİX
  İBADƏTLƏR
  DUA və ZİKRLƏR
  ƏXLAQ
  ALİMLƏRİN FƏTVALARI
  İSLAMIN GÖZƏLLİKLƏRİ
  İSLAM KİTABXANASI
  DƏRSLƏR
  XÜTBƏLƏR
  FORUM
  PROQRAMLAR
ARXİV
<<<    Sentyabr 2010
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930

 
Hədislər:  KİM CƏNNƏT ƏHLİNDƏN OLAN KİMSƏNİ GÖRMƏK İSTƏYİRSƏ BU ADAMA BAXSIN
[ Oxunub: 2990 ]

DÖRDÜNCÜ HƏDİS
KİM CƏNNƏT ƏHLİNDƏN OLAN KİMSƏNİ GÖRMƏK İSTƏYİRSƏ BU ADAMA BAXSIN


Əbu Hureyrə (A.r.o.) deyir ki, «bir nəfər bədəvi Peyğəmbərin (s.a.v.) yanına gəldi və dedi: Mənə elə bir əməl göstər ki, mən onu etməklə cənnətə daxil ola bilim. Peyğəmbər (s.a.v.) dedi: Yalnız Allaha ibadət et və heç bir şeyi ona şərik qoşma, fərz namazları qıl, vacib zəkatı ver və Ramazan ayını oruc tut». Bədəvi dedi: Canım əlində olan Allaha and olsun ki, buna heç nəyi əlavə etməyəcək, nə də azaltmayacağam. Sonra o üzünü çevirib getdikdə Peyğəmbər (s.a.v.) dedi: «Kim cənnət əhlindən olan kimsəni görmək istəyirsə bu adama baxsın»[1] Buxari və Müslim.

Bu böyük əsasa dəlalət edən çox hədislər vardır. Bu hədislərin dəlalət etdikləri mənalar eynidir, yaxud bir-birinə çox yaxındır. Belə ki, kim Allahın ona fərz buyurduğunu və barəsində vaciblik şərtləri tamamlanmış əməlləri yerinə yetirər, fərz əməlləri edər və haram işlərdən çəkinərsə o insan cənnətə daxil olmağa və cəhənnəmdən qurtulmağa layiq görülər. Kim bu vəsflərə yiyələnərsə həmin adam İslam və İman adlarına layiq olar. Nicat tapmış müttəqilərdən və siratəl-müstəqim yolu ilə gedənlərdən olar.


[1] Buxari: ¹ 1333. Müslim: ¹ 14. Əhməd: 2, 343.
 
 
Əlavə keçidlər