Sübh04:25
Günəş06:20
Zöhr13:37
Əsr17:33
Məğrib20:54
İşa22:33
Cümə namazı: 14:00
Bütün ayın cədvəli

DÖRDÜNCÜ: OĞURLUĞUN CƏZASI;

Sayta qoyulub: 21:09 12.05.2007 [1204 dəfə oxunub]
Hərf ölçüsü:

Oğurluq: başqasının malını bağlı yerdən, zülmlə götürməkdir.
Allah taala oğurluq üçün cəza təyin edərək buyurmuşdur: "Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (əl-Maidə: 38).

عائشة -رضي الله عنها-قالت: كان رسول الله e يقطع السارق في ربع دينار فصاعدا. أخرجه البخاري في صحيحه ومسلم

Möminlərin anası Aişə  deyir: Peyğəmbər  dinarın dörddə biri və ondan çox məbləğə görə oğrunun əlini kəsərdi .
Oğurluğun cəzasının təyin edilməsində hikmət:
Heç şübhəsiz oğurluğun çox böyük zərəri vardır. Çünki o, oğurluq edəni şərəfli işlər görməkdən və halal ruzi qazanmaqdan yayındırır. Insanı hər zaman alçaldıcı işlər görməyə sövq etdirir.
Oğurluq edən adam etdiyi əməlinin cəzasını bildikdə oğurluqdan əl çəkər, doğru və halal yol ilə öz ruzisini qazanmaq haqda düşünür.
İslam şəriəti oğurluğun cəzasını təyin etməklə insanların var-dövlətini mühafizə edir, ölkədə əmin-amanlığı bərqərar edir, fərdi və ya toplum üçün halal qazanc və ruzi yollarını rahatlaşdırır. Beləliklə, hər kəs öz əlinin əməli ilə gözəl və xoşbəxt yaşayar.