Milad günü və Yeni ili keçirməyin hökmü

Muhəmməd bin Salih əl-Useymin
Həmd Allaha məxsusdur.
Şeyx ul-İslam ibn Teymiyyə (Allah ona rəhmət etsin) aşağıdakı ayənin şərhində demişdir :
"O kəslər ki, yalan yerə şahidlik etməz..."(əl-Furqan 25:72)
Milad günü və yeni ili keçirməyin hökmü
Muhəmməd bin Salih əl-Useymin
Həmd Allaha məxsusdur.
Şeyx ul-İslam ibn Teymiyyə (Allah ona rəhmət etsin) aşağıdakı ayənin şərhində demişdir :
"O kəslər ki, yalan yerə şahidlik etməz..."(əl-Furqan 25:72)
Müşriklərin bayramlarına gəldikdə: (bu bayramlar) özündə bir-birinə qarışma (kişi-qadın, qız-oğlan), fiziki şəhvətlər və batili ethiva edir, bu bayramlarda dini cəhətdən heç bir fayda yoxdur və bu bayramlarda olan ani ləzzətlərin sonu isə iztirabdır. Ona görə də bunlar batildir və bunları təsdiq etmək həmin bayramlarda iştirak etmək anlamına gəlir.
Bu ayənin özü (batili təsdiq etməyənləri) tərifləyir və mədh edir. Ayənin mənasından başa düşülən budur ki, ayə (müsəlmanları) kafirlərin şənliklərində və digər batil mərasimlərdə iştirak etməkdən çəkindirir. Biz dərk edirik ki, kafirlərin bayramlarında iştirak etmək şərrdir, çünki onlar (bayramları) batil adlanır (əl-zuur).
Ayə göstərir ki, bu bayramlarda iştirak etmək bir çox səbəbdən dolayı haramdır, çünki Allah təala onu əl-zuur adlandırmışdır. Hətta bunun başqa insanları ziyanı dəyməsə belə, zərər çəkməsələr belə, Allah təala batil (əl-zuur) söz söyləyənləri məzəmmət edir. Necə ki, başqa bir ayədə ziharı (boşanmanın bir növüdür, bu zaman kişi öz qadınına: Sənin bədənin mənə anamın bədəni kimidir) qadağan etmişdir. Allah təala buyurur: "Onlar, əlbəttə, pis və yalan söz (zuurən) danışırlar..." (Mucədilə 58:2).
Həmçinin Allah təala buyurur: "Belə olduğu təqdirdə, murdar bütlərdən qaçın, yalan sözlərdən (əl-zuur) də çəkinin" (Həcc 22:30).
Bu qayda ilə əl-zur (batil) edən insan qınanır.
Sünnədə: Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir:
"Allah Rəsulu sallallahu aleyhi və səlləm (Mədinəyə) gəldi və iki gün var idi ki, onlar (Mədinəlilər) (istirahət edib) oynayardılar. O dedi: Bu iki gün nədir? Onlar dedi: Biz (bu iki gündə) Cahiliyyədə (İslam gəlməmişdən əvvəlki dövr) oynayardıq. Allah Rəsulu sallallahu aleyhi və səlləm dedi: "Allah sizə onların əvəzinə daha yaxşısını vermişdir: Yəum əl-Duha (Qurban bayramı) və Yəum əl-Fitr (Fitrə bayramı)". (Əbu Davud rəvayət etmişdir).
Bu açıq-aydın dəlalət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm qəti olaraq öz ümmətinə kafirlərin bayramlarını, şənliklərini qeyd etməyi qadağan etmişdir və bütün mümkün vasitələrlə onların aradan qaldırılması üçün çalışmışdır. Kitab Əhlinin dinlərinə qarşı dözümlülük nümayiş etdirilməlidir həqiqəti heç də onların bayramlarının, şənliklərinin təsdiq edilməsi və ya ümmət tərəfindən qorunması anlamına gəlmir. Həqiqətən də, Peyğəmbər sallallahu aleyhi və səlləm mübah olan bir çox məsələlərdə və bir çox ibadətlərdə kafirlərdən fərqlənmək barəsində ümmətinə bir çox əmrlər vermişdir ki, digər məsələlərdə də bunlar ümmətin onlara bənzəməsi ilə nəticələnməsin. Bu fərqlənmə məsələsi bütün aspektlərdə maneə olmalıdır, çünki Cəhənnəm əhlindən siz (müsəlmanlar) nə qədər fərqlənsəniz, onların əməllərini etməkdən də bir o qədər uzaqlaşmış olacaqsınız.
Onlardan birincisi: "Hər bir xalqın öz şənliyi var və bu bizim şənliyimizdir" hədisi məxsusluq ifadə edir, yəni hər bir xalqın özünə aid şənliyi var. Necə ki, Allah təala buyurur: "Hər kəsin (hər ümmətin) üz tutduğu bir qibləsi vardır..." (Bəqərə 2:148)
"...Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik..." (əl-Maidə 5:48).
Ayə göstərir ki, hər bir millətin öz yolu var. Li kulli ("hər bir", "hər birinə") kəliməsindəki "Ləm" hərfi məxsusluq ifadə edir. Yəni, Yəhudilərin bayramı varsa və Xristianların bayramı varsa, bu bayramlar sadəcə onlara məxsusdur. Bizim onların bu bayramlarından heç bir payımız olmamalıdır. Necə ki, biz onların qibləsini paylaşmırıq, ona tərəf dönmürük və yaxud onların şəriətinə.
İkincisi: Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) tərəfindən tənzimlənən, Səhabələr və onlardan sonra gələn bütün Fəqihlər tərəfindən yekdilliklə qəbul olunan şərtlərdən biri. Bu şərt bundan ibarətdir: İslam hökmranlığı altında yaşamağa razılaşan Kitab Əhli islam diyarında bayramlarını açıq-aydın keçirməli deyil. Bir halda ki, müsəlmanlar onların öz bayramlarını açıq-aydın keçirməsinin qarşısını almaqda yekdil rəyə gəlmişdirlərsə, o zaman onların bayramlarının Müsəlmanlar tərəfindən qeyd edilməsi hansı məntiqlə doğru ola bilər ki? Müsəlman onların bayramlarını keçirirsə, məgər belə etmək kafirlərin həmin bayramı açıq-aydın keçirməsindən daha pis deyilmi?
Onların bayramlarını açıq-aydın keçirməsinə mane olmağımızın yeganə səbəbi həmin bayramlarda olan fitnə-fəsaddan, günahlardan və yaxud günah rəmzlərindən irəli gəlir. Hər iki halda, müsəlman bu günahları etməkdən və yaxud günah şüarlarını etməkdən qadağan olunmuşdur. Hətta həmin bayramlarda müsəlmanların hərəkətləri səbəbi ilə, o bayramların kafirlər tərəfindən açıq-aydın keçirilməsinə həvəsləndirməkdən başqa şərr olmasa belə, müsəlman axı bu hərəkəti necə edə bilər ki? Bu bayram və şənliklərin ehtiva etdiyi şərr haqqında aşağıda danışacağıq.
Əl-Beyhəqi səhih isnadla Baab Kərahiyyət əl-Duxul alə Əhl əl Dimmə fi Kənəisihim vəl- Təşəbbuh Bihim Yavmi Nəvruzihim və Məhərcənihim fəslində (Yeni il və digər şənliklər münasibətilə Əhli Zimmənin kilsələrinə daxil olmağın məkruh olması haqqında fəsil) Sifyan əs Səvridən, o Səvr İbn Yəziddən, o Ata ibn Dinardan rəvayət edir. O demişdir: Ömər dedi: "Əcəmilərin dillərini öyrənməyin, bayram günlərində müşriklərin kilsələrinə daxil olmayın, çünki Allahın qəzəbi onların üzərinə nazil olur".
Ömər ibn Xəttab (Allah ondan razı olsun) demişdir: (Kafirlərin)Bayram günlərində Allahın düşmənlərindən uzaq olun".
Əbu Usamədən səhih isnadla rəvayət olunmuşdur: Avn, Əbul Muğirədən, o Abdullah ibn Amrdan rəvayət edir: Kim əcəmilərin diyarında yaşasa və onların Yeni İlini və bayramlarını keçirsə, dünyasını dəyişənə qədər o halında ölərsə qiyamət günü onlar ilə bir araya toplanacaqdır".
Ömər onların dillərini öyrənməyi qadağan etmişdir və hətta onların bayram günlərində kilsələrinə daxil olmağı qadağan etmişdir. Elə isə həmin günü onların etdikləri əməlləri və yaxud onların dininə aid olan əməlləri etmək necə? Onların əməllərini etmək onların dillərini öyrənməkdən daha pis deyilmi? Bayramlarında etdikləri əməlləri etmək onların yanına daxil olmaqdan pis deyilmi? Bayram günü etdikləri əməllərdən dolayı onların üzərinə İlahi qəzəb nazil olursa, məgər onların etdikləri əməlləri edən və yaxud o əməllərdən bir qismini edən də eynilə həmin cəzaya məruz qalmırmı? Məgər "Bayram günlərində Allahın düşmənlərindən uzaq olun" kəlimələri həmin günlərdə bizlərin (müsəlmanların) onlarla görüşməyimizi və yaxud onlara qoşulmağımızı qadağan etmirmi? Bu belə olduğu halda, bu bayramları həqiqətən keçirən kəsin aqibəti necədir?
Abdullah ibn Amr açıqca bəyan etmişdir: Kim əcəmilərin diyarında yaşasa və onların Yeni İlini və bayramlarını keçirsə, ölənə qədər o halında ölərsə qiyamət günü onlar ilə bir araya toplanacaqdır".
Bunun mənası odur ki, bütün bu məsələlərdə onlara qoşulan kəs kafir olur və yaxud bunları etmək böyük günahlardandır, həmin insanı Cəhənnəmə məhkum edəcəkdir;birinci mənası ifadədən açıq-aydın görünür.
O qeyd etmişdir ki-Allah daha yaxşı bilir-hər kim onların diyarında yaşasa- belə ki Abdullah ibn Amr və digər səhabələrin dövründə müsəlman ölkələrində kafirlərə bayramlarını açıq-aydın keçirməyə qadağan edirdilər və müsəlmanların heç biri bayramlarında onlara oxşamırdı-bu ancaq kafirlərin torpaqlarında yaşamaqla hasil ola bilərdi.
Əli (Allah ondan razı olsun) hətta onlara məxsus olan bayramların adlarını belə təsdiq etməyi rədd etmişdir. Elə isə bu bayramları keçirmək necə?
Mövzu ilə əlaqədar İmam Əhməd, Ömər və Əlidən (Allah onlardan razı olsun) rəvayət olunan rəvayətlərin mənası haqqında danışmışdır və onun həməsrləri bayram məsələsini müzakirə etmişdirlər.
İmam Əbul Həsən əl-Amidi demişdir: İbn əl-Bağdadi "Umdat əl-Hadir və Kifayət əl-Musafir kitabında demişdir: Xristian və yəhudilərin bayramlarında iştirak etmək haramdır. İmam Əhməd bu məsələni Muhanna rəvayətində qeyd etmişdir və buna dair onun dəlili aşağıdakı ayədir. Allah təala buyurur: O kəslər ki, yalan yerə şahidlik etməz...(Əl-Furqan 25:72).
O demişdir: (Bu) şənlikdir və onların bayramlarıdır. O demişdir: Müsəlmanlar onların sinaqoqlarına və kilsələrinə daxil olmaqdan çəkindirilməlidir.
Məsələ barəsində İbn Useymin aşağıdakıları qeyd etmişdir:
Mliad günü və digər bayramlarında kafirləri salamlamaq yekdil rəy ilə haramdır. Necə ki, İbn Qeyyim (Allah ona rəhmət etsin) Əhkəm Əhl əl Dimmədə demişdir: Yekdil rəyə görə, (kafirlərə) xas olan mərasimlərdə onları təbrik etmək haramdır. Necə ki "Bayramınızı mübarək olsun" və yaxud "Yaxşı bayramlar arzulayıram sizə"və s. digər sözlər söyləməklə bayramlarında və oruclarında onları təbrik etmək kimi. Bu sözü söyləyən kəs hətta küfrdən xilas olsa belə, yenə də belə söyləmək qadağandır. Bu cür sözləri söyləmək xaça ibadət edən və yaxud bundan da pis olan bir şeyi edəni təbrik etməyə bənzəyir. Bu cür sözləri söyləmək içki içən, bir insanı qətl edən və yaxud zina edən və digər əməlləri edən kəsi təbrik etmək kimi böyük günahdır. Dinlərinə hörmət bəsləməyənlərin bir çoxu bu xataya düşürlər; onlar əməllərinin nə dərəcədə böyük cinayət olduğunu dərk etmirlər. Hər kim bir insanı asiliyinə (günah etdiyinə) və yaxud bidət və ya küfr etdiyinə görə təbrik edərsə, o kəs özünü Allahın qəzəbi ilə qarşı-qarşıya qoyur.
İbn əl-Qeyyimin qeyd etdiyi kimi, kafirləri dini bayramları münasibətilə təbrik etmək haramdır. Çünki bu o mənaya gəlir ki, həmin insan onların küfr mərasimlərini qəbul edir və yaxud təsdiq edir. Hətta həmin insan özü üçün onları qəbul etməsə belə. Lakin müsəlman kəs küfr mərasimlərini qəbul etməməli və yaxud o bayramlar münasibətilə heç kəsi təbrik etməməlidir. Çünki Allah təala onların (kafirlərin) heç bir əməllərini qəbul etmir. Allah təala buyurur:
"Əgər küfr etsəniz (Allahın nemətlərini dansanız, bunun zərəri Allaha yox, ancaq sizin özünüzə olar). Çünki Allah sizə (sizin ibadətinizə) əsla möhtac deyildir. Amma bəndələrinin küfr etməsi Ona xoş getməz. Əgər (Allahın nemətlərinə) şükür etsəniz, sizin bu şükrünüz Ona xoş gələr" (Zumər 39:7).
"Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i. a.) tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim" (əl-Maidə 5:3).
Beləliklə onları təbrik etmək qadağandır. İş yerində və yaxud digər yerdə iş yoldaşların olsa da fərq etməz.
Əgər onlar öz bayramları münasibətilə bizi salamlasalar, onlara cavab vermək olmaz, çünki onlar bizim bayramlarımız deyil, çünki onlar Allah təalanın qəbul etdiyi əməllər deyil. Bu bayramlar onların dinlərinə soxduqları bidətlərdir (yeniliklər) və hətta əvvəllər onların dinlərində olan məsələlər Allah təalanın peyğəmbəri Muhəmmədə nazil etdiyi bütün bəşəriyyətə göndərdiyi İslam dini (Quranın) ilə hökmü qaldırılmışdır.
Allah təala buyurur:
"Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!" (Ali İmran 3:85).
Bu cür mərasimlərə dəvəti qəbul etmək müsəlmana haramdır. Çünki dəvəti qəbul etmək təbrik etməkdən daha pisdir. Dəvəti qəbul etmək onların mərasimlərində iştirak etmək deməkdir.
Eynilə bu cür mərasimlərdə ziyafətlər vermək, keçirməklə və yaxud hədiyələşməklə, şirniyyat və yemək paylamaqla, işdən istirahət götürməklə kafirlərə oxşamaq müsəlmanlara haramdır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:"Kim bir qövmə bənzəyərsə o da onlardandır".
Şeyx ul-İslam ibn Teymiyyə öz kitabında, İqtida əl-Sırat əl Mustəqimdə, Muxalifət Əshəb əl-Cəhim bölməsində demişdir:
"Bayramlarının (mərasimlərinin, şənliklərinin) bəzi məsələlərində onlara oxşamaq o mənaya gəlir ki, həmin insan onların batil etiqadları və əməllərindən razıdır və onlara ümid verir ki, onlar (kafirlər) zəifləri (zəif insanları) zəlil etsinlər və azdırsınlar".
Kim bu cür əməllər edərsə asidir, fərqi yoxdur istər həmin insan bunu nəzakətlik və yaxud dostcasına etsin, və yaxud onlara (onların təbriklərin) cavab verməmək üçün çox utanacaqdırsa, digər səbəblərdən dolayı etsin. Çünki islamda bu münafiqlikdir. Çünki bu cür etmək kafirlərdə öz dinlərinə qarşı onlarda iftixar hissi oyadır.
Allahdan istəyimiz budur ki, müsəlmanları dinləri ilə fəxr edənlərdən, onları dinlərindən möhkəm yapışanlardan etsin və onları düşmənləri üzərində qalib etsin. Çünki O, Qüvvətli və Qadirdir.
Bir nəsraninin Yeni İl ilə əlaqədar müsəlmanları ittiham etməsi.
Sual: Siz nə üçün Xristianları, Allahın oğlunun doğum günü hesab etdikləri günü qeyd etdiklərinə görə onları ittiham edirsiniz? Biz başqa insanlara və dinlərə hörmət etməyi öyrətməliyik. Lakin bu cür ittiham və bu cür mərasimləri batil adlandırmaq ağıllı, düzgün və hörmətli insanların bir-biri ilə ünsiyyət yaratmasına çətinlik yaradır.
Cavab:
Tək olan Allaha həmd olsun, O Allah ki, nə doğmuşdur, nə də doğulmuşdur.
Görünür ki, siz Milad gününün qeyd edilməsinin müsəlmanlar tərəfindən ittiham olunmasını Xristianlara hörmətsizlik kimi başa düşməklə xəta etmisiniz. Əslində, bu Allaha, Onun qulu İsa əleyhissəlama və peyğəmbərimiz Məhəmməd sallallahu aleyhi və səlləmə hörmətdir. Əmr olunmamış və yaxud əsli batil olan mərasimləri rədd etmək bizim əqidəmizin ayrılmaz hissəsidir. Belə ki, bu cür batil mərasimlərin zəlalətə aparması və əqidənin dəyişməsinə səbəb olması labuddür. Necə ki, xristianları zəlalətə aparmışdır. Belə etməkdə "radikal" və yaxud "sərt" bir şey yoxdur. Əqidəmizi və əməllərimizi təhrifdən və batildən qorumaq bizim əsas haqqımızdır. Buna görə heç kəsin bizi ittiham etməyə haqqı yoxdur.
Siz Britannirca Enkslopediyası mənalı və doğru sayırsınız? Sayırsınızsa, elə isə xahiş edirik orada Milad günü haqqında deyilənlərə göz gəzdirin:
Sitatlar birbaşa www.britannica.com internet səhifəsindən götürülmüşdür.
Milad günü (Christmas) sözü Qədim İngilis dilində olan Cristes maesse "Məsihin Kütləsi" sözündən gəlir. Məsihin doğum gününün tarixi haqqında heç bir bir rəvayət yoxdur. 3-cü əsrin Xristian xronoqrafları inanırdılar ki, dünyanın yaradılışı yazda gecə-gündüzün bərabərliyində baş vermişdir, sonra mart ayının 25-i olaraq hesablanmışdır. Nəticə etibarilə belə çıxır ki, yeni xəlq məfhumu ilə Məsihin ölümü bu səbəbdən dolayı eyni gündə, doğumundan doqquz ay sonra qış gün dönümündə, dekabrın 25-də baş verməliydi.
Roma almanaxına görə Milad günü Nəsranilər tərəfindən eramızın 336-cı ilində Romada keçirilmişdir.
Milad gününün dekabr ayının 25-də keçirilməsinin səbəbi qeyri-müəyyən olaraq qalmağa davam etməkdədir. Lakin çox güman ki, əvvəlki nəsranilərin bunu, müşrik Roma bayramı olan "məğlubedilməz günəşin doğumunu" qeyd etdikləri tarix ilə üst-üstə düşməsini arzu etmələri bunun səbəbi idi. Bu bayramda qışda gecə-gündüzünün bərabərləşməsi (gündüzlər uzandığında və günəş səmada ən hündürə qalxdıqda) qeyd olunurdu. Məsihin doğumunun qeyd olunmasının qışın ortasında bütpərəstlərin kənd təsərrüfatı və günəş mərasimləri ilə üst-üstə düşməsi nəticəsində Milad günü ilə əlaqədar ənənəvi adətlər beləcə bir çox mənbələrdən əldə olunaraq inkişaf etdirilmişdir. Roma dünyasında Saturnalia (17 Dekabr) şənlənmə və hədiyyələşmə günü idi. Dekabr ayının 25-i də həmçinin İran əfsanəvi ilahı Misranın (Doğruluq Günəşi) doğum günü hesab edilirdi. Romalıların yeni ilində (1 yanvar) evlər yaşıllıq və işıqlarla bəzədilirdi, uşaqlara və yoxsullara hədiyyə paylanırdı. Bu mərasimlərə http://www.britannica.com/bcom/eb/article/idxref/0/0,5716,266282,00.html Alman və Celtic Yule ayinləri də-Teotonik tayfaları Qaula, Britaniyaya və Mərkəzi Avropaya daxil olduqları zaman-əlavə olundu. Ərzaq və yaxşı dostluq hissləri, Yule taxtası və Yule tortları, yaşıllıqlar və əncir ağacları, hədiyyələr və təbriklər bu şən fəsilin müxtəlif aspektlərini xatirəyə döndərdi. Ocaqlar və işıqlar, istilik və daimi həyat rəmzləri həmişə qış şənliyi ilə əlaqələndirilmişdir. Hər ikisi müşrik (bütpərəst), həm də Xristian əqidəsidir. Avropa Orta Əsrlərindən etibarən həmişəyaşıl bitkilər yaşama rəmzləri kimi Milad bayramı ilə əlaqələndirilməkdədir...(sitatın sonu)
Göründüyü kimi hər bir dərrakəli insan anlayır ki, Milad bayramı ilə əlaqədar etibarlı əsas yoxdur, nə İsa əleyhissəlam, nə onun ardıcılları Milad bayramını qeyd etməmişdirlər. Nə də kimdənsə Milad bayramını qeyd etməyi xahiş etməmişdirlər. Hətta İsa əleyhissəlamın ölümündən bir neçə yüzil sonra özlərini Xristian adlandıranların Milad bayramını keçirdiklərinə dair heç bir yazılı məlumat yoxdur. Elə isə, Milad bayramını qeyd etməyən İsa əleyhissəlamın səhabələri daha doğru yolda idi, yoxsa bu günki insanlar?
Əgər İsa əleyissəlama hörmət etmək istəyirsinizsə, necə ki Müsəlmanlar edir, müşrik bayramları ilə üst-üstə düşmək və müşrik adət-ənənələrini köçürmək üçün seçilən bəzi uydurma bayramları keçirməyin. Vicdanla söyləyin, sizə Allah və yaxud İsa əleyhissəlamın özü belə bunu təsdiq edəcək yoxsa ittiham edəcəkdir? Əgər siz desəniz ki, təsdiq edəcək, o zaman görünür ki siz haqqı axtarmırsınız.
Tək, Vahid, nə şəriki, nə də övladı olmayan, bütün məxluqatın və bəşəriyyətin Rəbbindən diləyimiz budur ki, hamımızı hidayət və ixlasa yönəltsin.









