Sübh05:53
Günəş07:24
Zöhr12:54
Əsr15:56
Məğrib18:24
İşa19:44
Cümə namazı: 13:00
Bütün ayın cədvəli

İbn Teymiyyəyə görə bidətçinin arxasında namaz qılmaq məsələsi

Sayta qoyulub: 15:11 02.03.2007 [6800 dəfə oxunub]
Hərf ölçüsü:

Möhtərəm müsəlmanlar!
Günümüzdə bir çox "insanlar" camaatı məscidlərdən və orada namaz qılmaqdan yayındırmaq üçün belə bir bəhanəyə əl atırlar ki, "bəs bidətçi imamın arxasında namaz qılmaq olmaz".
Lakin biz sələf alimlərinin sözlərin və fətvalarına nəzər saldıqda bu fikrin əsassız və batil olduğunu görürük. Elə bu məramla sizə Şeyxülislam İbn Teymiyyənin a.r.e. bidətçi imamların arxasında namaz qılmaq məsələsi ətrafında danışdığı fətvasını təqdim edirik. Fətvanın originallığında şübhə yaranmaması üçün mətnin ərəb versiyasını da yerləşdirmişik.
Allah bizi cəhalət zəlalətindən qorusun.
Müvəffəqiyyət nəsib edən yalnız Allahdır.

مسألة الصلاة خلف مبتدع
فصل ومن أصول أهل السنة والجماعة أنهم يصلون الجمع والأعياد والجماعات لا يدعون الجمعة والجماعة كما فعل أهل البدع من الرافضة وغيرهم فإن كان الإمام مستورا لم يظهر منه بدعة ولا فجور صلى خلفه الجمعة والجماعة باتفاق الأئمة الأربعة وغيرهم من أئمة المسلمين ولم يقل أحد من الأئمة إنه لا تجوز الصلاة إلا خلف من علم باطن أمره بل مازال المسلمون من بعد نبيهم يصلون خلف المسلم المستور ولكن إذا ظهر من المصلى بدعة أو فجور وأمكن الصلاة خلف من يعلم أنه مبتدع أو فاسق مع إمكان الصلاة خلف غيره. فأكثر أهل العلم يصححون صلاة المأموم وهذا مذهب الشافعي وأبي حنيفة وهو أحد القولين في مذهب مالك وأحمد وأما إذا لم يمكن الصلاة إلا خلف المبتدع أو الفاجر كالجمعة التي إمامها مبتدع أو فاجر وليس هناك جمعة أخرى فهذه تصلى خلف المبتدع والفاجر عند عامة أهل السنة والجماعة وهذا مذهب الشافعي وأبي حنيفة وأحمد بن حنبل وغيرهم من أئمة أهل السنة بلا خلاف عندهم وكان بعض الناس إذا كثرت الأهواء يحب أن لا يصلي إلا خلف من يعرفه على سبيل الإستحباب كما نقل ذلك عن أحمد أنه ذكر ذلك لمن سأله ولم يقل أحمد إنه لا تصح إلا خلف من أعرف حاله ولما قدم أبو عمرو عثمان بن مرزوق إلى ديار مصر وكان ملوكها في ذلك الزمان مظهرين للتشيع وكانوا باطنية ملاحدة وكان بسبب ذلك قد كثرت البدع وظهرت بالديار المصرية. أمر أصحابه أن لا يصلوا إلا خلف من يعرفونه لأجل ذلك ثم بعد موته فتحها ملوك السنة مثل صلاح الدين وظهرت فيها كلمة السنة المخالفة للرافضة ثم صار العلم والسنة يكثر بها ويظهر فالصلاة خلف المستور جائزة باتفاق علماء المسلمين ومن قال أن الصلاة محرمة أو باطلة خلف من لا يعرف حاله فقد خالف إجماع أهل السنة والجماعة وقد كان الصحابة رضوان الله عليهم يصلون خلف من يعرفون فجوره كما صلى عبدالله بن مسعود وغيره من الصحابة خلف الوليد بن عقبة بن أبي معيط وكان قد يشرب الخمر وصلى مرة الصبح أربعا وجلده عثمان بن عفان على ذلك وكان عبدالله بن عمر وغيره من الصحابة يصلون خلف الحجاج بن يوسف وكان الصحابة والتابعون يصلون خلف ابن أبي عبيد وكان متهما بالإلحاد وداعيا إلى الضلال .
(3, 281 مجموع الفتاوى )



Bidətçinin arxasında namaz qılmaq məsələsi!
Əhli sünnənin etiqadına əsasən onlar cümə, bayram və camaat namazlarını dəvamiyyətli qılır, rafizilər və digər bidətçilər kimi cümə və camaat namazlarını tərk etmirlər. Əgər imam məstur (əqidəsi, dini vəziyyəti bilinməyən) olarsa bidət və ya günah etdiyi bilinmirsə dörd məzhəb və digər İslam alimlərinin yekdil rəyinə əsasən onun arxasında cümə və camaat namazları qılınır. Alimlərdən heç kəs deməyib ki, yalnız batini etiqadını bildiyin imamın arxasında namaz qılmalısan. Əksinə müsəlmanlar Peyğəmbərlərinin vəfatından sonra məstur (əqidəsi, dini vəziyyəti bilinməyən) müsəlmanın arxasında namaz qılırlar. Əgər imam bidət və ya asilik edərsə və kimsə onun arxasında namaz qılmalı olarsa, fasiq və ya bidətçi olmayan imamların mövcudluğu halında bidətçi və fasiqin arxasında namaz qılmaq məsələsinə gəlincə, əksər alimlər belə imamın arxasında qılınan namazın doğru olduğunu deyirlər. Bu Şafiinin, Əbu Hənifənin fikri, Malik və Əhmədin məzhəbində bir rəydir. Lakin əgər bidətçi və ya fasiqin arxasında namaz qılmağa məcbur olarsa, məsələn, cümə qıldıran imamın bidətçi və ya asi olması və başqa cümə namazı qılınan yerin olmaması halında Əhli Sünnə və Camaatın rəyinə görə bidətçi və asi imamın arxasında namaz qılınır. Bu Şafiinin, Əbu Hənifənin, Əhmədin və digər Əhli Sünnə alimlərinin görüşüdür və bu məsələdə onların arasında ixtilaf yoxdur. Bəzi insanlar bidətlərin çoxaldığı vaxtlarda müstəhəb olaraq yalnız tanıdığı imamların arxasında namaz qılardılar. İmam Əhməddən bu haqda soruşanda o da belə cavab vermişdi. Lakin İmam Əhməd deməmişdir ki, namaz yalnız tanıdığın imamın arxasında doğru sayılır. Əbu Amr Osman ibn Mərzuq Misir torpaqlarına gəldiyi zaman oralarda Rafizilər hökmranlıq edirdilər. Onlar Allahı inkar edən Batinilər idilər. Bu səbəblə bidətlər çoxalmış, Misir torpaqlarını bürümüşdü. Bu səbəbdən Əbu Amr Osman ibn Mərzuq öz adamlarına yalnız tanıdıqları imamların arxasında namaz qılmağı əmr etmişdi. O vəfat etdikdən sonra Səlahəddin (Əyyubi) kimi sünnəyə dəstək verən krallar bu torpaqları fəth etdilər və orada rafizilərə zidd olan sünnənin şəni yüksəldi. Daha sonra bu yerlərdə elm və sünnə yayıldı.
Ümumiyyətlə İslam alimlərinin yekdil rəyinə əsasən məstur (əqidəsi, dini vəziyyəti bilinməyən) imamın arxasında namaz qılmaq düzgündür. Kim məstur (əqidəsi, dini vəziyyəti bilinməyən) adamın arxasında namaz qılmağın haram və ya batil olduğunu deyərsə Əhli Sünnə və Camaatın icmasına (yekdil rəyinə) müxalif olar. Səhabələr (Allah onlardan razı olsun) asilik etdiyini bildikləri imamların arxasında namaz qılırdılar. Belə ki, Abdullah ibn Məsud və digər səhabələr içki içən, bəzən bilərək sübh namazını dörd rükət qıldıran, Osman tərəfindən qamçılanan əl-Valid ibn Uqbə ibn Əbu Mueytin arxasında namaz qılırdılar. Həmçinin Abdullah ibn Ömər və başqa səhabələr Həccac ibn Yusifin, Səhabə və Tabiinlər şəriətdə əsaslı bir məsələni inkar (ilhad) etməkdə ittiham olunan və zəlalətə dəvət edən İbn Əbu Ubeydin arxasında namaz qılardılar.
[right]İbn Teymiyyə, Məcmu əl-Fətava, 3, 281.