Sübh05:53
Günəş07:24
Zöhr12:54
Əsr15:56
Məğrib18:24
İşa19:44
Cümə namazı: 13:00
Bütün ayın cədvəli
Sayta qoyulub: 04:03 20.05.2007 [1336 dəfə oxunub]
Həcc İslamın beş əsasından biridir. Onun həddi-büluğa çatanlara vacib olmasını Quran, sünnə və müsəlman alimləri yekdilliklə təsdiq edirlər.
Allah təalə buyurur: "Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu inkar edərsə. Əlbəttə, Allah aləmlərə möhtac deyildir". (3: 97)
Peyğəmbər s.a.v. buyurub: "İslam beş əsas üzərində qurulub: ..." bunlardan biri də həcdir (Buxari və Müslim rəvayət etmişlər).
Həmçinin başqa hədisdə Peyğəmbər  buyurur: "Ey insanlar Allah s.t. sizə həcc etməyi vacib etmişdir. Siz də həcc edin..." (Müslim rəvayət etmişdir). İslam ümməti imkanlı adama, ömüründə bir dəfə də olsa, həccin vacib olmasında ittifaq etmişdir.
Sayta qoyulub: 04:03 20.05.2007 [1177 dəfə oxunub]
1. Müsəlman olmaq. (ət-Tövbə: 28). Çünki müşrik və kafirlərin həcci batil sayılır.
2. Ağıl. Dəli insana ağlı başına gələnə qədər nəinki həcc, həmçinin digər ibadətlər də vacib deyil. Peyğəmbər s.a.v. buyurub: "Üç adamın üzərindən (yəni, əməl dəftərindən - tər.) qələm qaldırılmışdır: dəli adam ağıllanana qədər, yatan oyanana qədər, uşaq həddi-büluğa (yetkinlik yaşına) çatana qədər" (Əbu Davud, Tirmizi, Nəsai və Ibn Macə rəvayət ediblər, Albani hədisin etibarlı olduğunu bildirib).
3. Həddi-büluğa çatmaq. Həcc, həddi-büluğa çatmayan uşağa vacib deyil. Həcc edən uşağın həcci doğru olsa da o, həddi-büluğa çatandan sonra İslamın əsaslarından olan həcci yerinə yetirməlidir.
4. Azad olmaq. Kölələrə həcc etmək vacib deyil. Onlar köləlik vaxtı etdikləri həcc doörudur. Lakin azadlığa çıxdıqdan sonra İslamın əsaslarından olan həcci etməlidir.
5. Imkan. Həcc imkanı olan adama vacibdir. Bu, Quranda açıq-aydın, sünnədə isə dəlillər ilə varid olmuşdur. Müsəlman alimləri bu məsələdə yekdil fikir söyləmişlər. Imkanı olmayan adamın həcci doğru sayılır.
Qadınlara məxsus əlavə bir şərt vardır ki, bu da onun yanında məhrəminin olmasıdır. Necə ki, Peyğəmbər s.a.v. bir hədisdə buyurub: "Bir kişi ilə qadın məhrəm olmayan yerdə tənha qalmasın, bir qadın da məhrəmsiz səfərə çıxmasın" bir nəfər ayağa qalaraq: Ey Rəsuləllah! Mənim zövcəm həccə yola düşüb. Mən isə bəzi döyüşlərə yazılmışam. Peyğəmbər  buyurdu: "Get, zövcənlə həcc et!" (Buxari rəvayət edib).
Yuxarıda sadalanan şərtlərə cavab verən adama həmin vaxtdan həcc etmək vacib olur. Bu halda onu təxirə salmaq olmaz. Ibn Abbas  hədisdə deyir ki, Peyğəmbər  buyurub: "Həccə tələsin, çünki sizlərdən heç kəs başına gələcəkləri bilmir" (Əhməd, Əbu Davud, İbn Macə və s. rəvayət ediblər. Albani hədisin etibarlı olduğunu bildirib). Peyğəmbərin  bu cür əmr etməsi həccin vacibliyinə sübutdur. Demək həccin şərtlərinə cavab verən adama həcc etmək vacibdir. Əgər həcc etməyə qadirdirsə bunu özü icra etməli, yox əgər qadir deyilsə, onda aşağıdakı iki haldan birini etməlidir:
Birinci: Əgər xəstəliyinin sağalacağına ümid bəsləyirsə həcci gecikdirə bilər. Əgər həmin müddətdə vəfat edərsə, bunu onun əvəzinə varisləri yerinə yetirməlidirlər.
Ikinci: Əgər qarşısındakı maneə daimidirsə, öz əvəzinə həcc etdirməlidir.
Sayta qoyulub: 04:03 20.05.2007 [1180 dəfə oxunub]
Üzərində həcc şərtləri tamamlanan, lakin həcc etməyə qüvvəsi olmayan adam, öz əvəzinə başqasına həcc etdirməlidir. Bu, hədislərdə varid olmuşdur. Həmçinin başqasının əvəzinə həcc edən adam əvvəlcədən öz həccini yerinə yetirmiş olmalıdır. Necə ki, Peyğəmbər s.a.v. bir nəfərin: "Ləbbeykə an Şubrumə" -dediyini eşidərək buyurur: "Şubrumə kimdir?" Həmin şəxs: "qardaşım və ya qohumumdur" - deyə cavab verir. Peyğəmbər  buyurur: "sən öz yerinə həcc etmisənmi?" O dedi: xeyr. Peyğəmbər s.a.v. buyurur: "Əvvəlcə öz yerinə, sonra isə Şubrumənin əvəzinə həcc et!" (Əbu Davud, Ibn Macə, Əhməd rəvayət edib. Albani hədisin etibarlı olduğunu bildirib).
Sayta qoyulub: 04:03 20.05.2007 [1163 dəfə oxunub]
1. Peyğəmbər s.a.v. buyurub: "Kim bu evi (Kəbəni) heç bir günah etmədən həcc edərsə anadan doğulduğu kimi olar" (Buxari və Müslim). Başqa bir rəvayətdə isə buyurulur: "Kim bu evi (Kəbəni) heç bir günah etmədən ziyarət edərsə anadan doğulduğu kimi olar" (Müslim).
2. "Ümrədən ümrəyə günahlar bağışlanır, günah işləmədən yerinə yetirilən həccin isə cənnətdən başqa savabı yoxdur!" (Buxari). Günah işləmədən yerinə yetirilən həcc: riyakarlıq etmədən, heç kəsə əziyyət vermədən, şan-şöhrət xatirinə olmayan, bütün əhkamları layiqincə icra edilən bir həcdir. Həccin qəbul olmasının əlamətlərindən biri də, insanın həcdən öncə etdiyi günahlara qayıtmaması və daha əməlisaleh olmasıdır.
Sayta qoyulub: 04:02 20.05.2007 [1078 dəfə oxunub]
Həcc və ümrəsinin qəbul olunmasını istəyən adam bir sıra ədəb qaydalarını öyrənməli və onlara əməl etməlidir. Onlardan bəziləri vacib, digərləri isə müstəhəbdir. Indi isə bu ədəb qaydalarının bəzilərini sizə xatırladıram:
Sayta qoyulub: 04:01 20.05.2007 [1049 dəfə oxunub]
Həcc və ümrə miqatları iki yerə bölünür:

1. Zaman miqatları. Həccin zaman miqatı Şəvval ayının əvvəlindən Zilhiccə ayının onuna qədər olan müddətdir. Allah təalə buyurur: "Həccin vaxtı məlum olan aylardır. Həmin aylarda həcc ziyarəti vacib olan şəxsə həcdə olarkən qadınla yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq dava-dalaş etmək yaramaz" (əl-Bəqərə: 197). Lakin ümrənin zaman miqatına məhdudiyyət yoxdur və o istənilən vaxt icra edilə bilər.
Sayta qoyulub: 03:59 20.05.2007 [1189 dəfə oxunub]
Ümrə və ya həcc edən miqata yetişdikdə aşağıdakılara riayət etməlidir:

1. Dırnaqları tutmaq, bığları qısaltmaq, qoltuqaltı və övrət yerlərini qırxmaq müstəhəbdir.
2. Bütün paltarları çıxartmalı və yalnız bundan sonra ehram paltarını geyinməlidir. Həmçinin qüsl alması bəyənilir.
3. Başına və ya saqqalına ətir sürtə bilər. Ehrama girdikdən sonra qalan ətir iyinin heç bir zərəri yoxdur. Lakin geyindiyi ehram paltarına isə ətir sürtməsin.
Sayta qoyulub: 03:59 20.05.2007 [1041 dəfə oxunub]
Bildiyimiz kimi həccin üç növü var.
1. Təməttu həcci.
2. Qiran həcci.
3. Ifrad həcci.
Həcc aylarında yəni, Şəvval, Zil-qədə və Zil-hiccənin ilk on günündə, miqata həmin ildə həcc etmək niyyəti ilə gələn adam bu üç növdən birini seçə bilər.
Sayta qoyulub: 03:59 20.05.2007 [1107 dəfə oxunub]
1. Səbəbsiz yerə bədənin hər hansı bir hissəsindən tükü qoparmaq və ya saçı kəsmək.
2. Əl və ya ayaq dırnaqlarını səbəbsiz yerə tutmaq.
3. Kişilərin qəsdən başlarını örtmələri. Həmçinin səhih budur ki, üzü də hər hansı bir örtük ilə örtmək olmaz.
Qadınlar niqab (üz örtüyü - tər.) və əlcək geyinmirlər. Çünki Peyğəmbər s.a.v. bunları yasaq edib. O, buyurur: "Ehramda olan qadın nə niqab, nə də əlcək geyinir" (Buxari). Lakin kişilərin arasından keçdiyi zaman üzünü örtə bilər. Çünki qadın səhabələr belə edərdilər.
Sayta qoyulub: 03:59 20.05.2007 [958 dəfə oxunub]
və dırnağını kəsən, başını örtən və tikili paltar geyinən kişi, əlcək və niqab geyinən qadın, ətir vuran adam, bütün bunlara görə: ya bir qoyun kəsib Məkkədə yaşayan kasıblara paylamalı, yaxud altı nəfər fağırın hərəsinə yarım saa (iki ovuc) miqdarında yedizdirməli, yaxud da üç gün oruc tutmalıdır. Bu üç kəffarənin hansını istərsə onu seçə bilər.
2. Cinsi əlaqədə olmaq. Kim birinci təhəllüldən öncə cinsi əlaqədə olarsa onun həcci batil olar. O, bir heyvan kəsib Məkkənin fağırlarına paylamalıdır. Gələn il isə yenidən həccini qəza etməlidir. Birinci təhəllüldən sonra cinsi əlaqədə olan yalnız bir qoyun kəsməli və Məkkə fağırlarına paylamalıdır. Burada edilən cinsi əlaqəyə qadının da razılığı olubsa, qadının da hökmü kişi ilə eyni olur.
Sayta qoyulub: 03:57 20.05.2007 [1051 dəfə oxunub]
1. Ehramda olan və olmayan adam zərərli heyvanları hər vaxt öldürə bilər. Aişə  deyir: Peyğəmbər s.a.v. buyurub: "Beş heyvan vardır və onlar zərərli heyvanlardır. Bu heyvanlar ehramda olarkən və ehramda olmayarkən öldürülür. Bunlar: Çalağan, əqrəb, qarğa, siçan və quduz itdir" (Buxari və Müslim) imam Müslim öz rəvayətində "... və ilan" sözlərini əlavə edibdir (Müslim).
2. Geyinməyə ehram paltarı tapa bilməyən adam şalvar, ayaqqabı tapa bilməyən adam isə xüff geyinə bilər. Buxari və Müslim bu hədisi Ibn Abbasdan a.r.o. rəvayət etmişdir .
3. Uzunluğu topuqdan aşağı olan xüfu geyinmək olar. Çünki xüff bu halda ayaqqabıya bənzəyir.
4. Sərinləşmək üçün çimmək olar. Bu zaman saçlarını ehtiyatla ovuşdura bilər.
Sayta qoyulub: 03:56 20.05.2007 [880 dəfə oxunub]
A. Həccin rüknləri
1. Ehram: həccə girməyi niyyət etməkdir. Bu niyyəti tərk edən adamın həcci yoxdur. Peyğəmbər s.a.v. buyurub: "Əməllər niyyətlərə görədir. Hər kəsə onun niyyət etdiyi qalır" (Buxari və Müslim).
2. Ərəfada dayanmaq. Peyğəmbər s.a.v. buyurub: "Ərafa Həccdəndir" (Müslim).
3. Ifada təvafı. Allah təalə buyurur: "...qədim evi (Kəbəni) təvaf etsinlər!" (əl-Həcc: 29).
4. Səfa və Mərva arasında səy etmək. Peyğəmbər s.a.v. buyurub: "Səy edin! Allah sizə səy etməyi vacib edib" (Albani hədisin etibarlı olduğunu qeyd edib).
Sayta qoyulub: 03:56 20.05.2007 [967 dəfə oxunub]
Ümrənin üç rüknü var.
1. Ehram: Ümrəyə daxil olmağı niyyət etmək.
2. Təvaf etmək.
3. Səy etmək.
Sayta qoyulub: 03:54 20.05.2007 [1069 dəfə oxunub]
Həcc və ya ümrə edən Məkkəyə çatdıqda aşağdakıları etməsi müstəhəbdir:
1. Təvafdan oncə təmizlənmək və gümrah olmaq niyyəti ilə münasib yerdə istirahət etmək.
2. Imkan olduqda çimmək. Çünki Ibn Ömər  Məkkəyə daxil olmadan öncə Zi-tuva deyilən yerdə gecələyər, təmizlənər və sonra Məkkəyə daxil olardı. O bunu Peyğəmbərin  də belə etdiyini deyərdi.
Sayta qoyulub: 03:54 20.05.2007 [1119 dəfə oxunub]
Ümrə və ya həcc edən Kəbəyə yaxınlaşarkən aşağıdakıları etməlidir:
1. Təlbiyəni: "Ləbbeykə Allahummə Ləbbeyk, Ləbbeykə lə şərikə ləkə ləbbeyk. Innəl həmdə vən-nimətə ləkə vəl mulk. Lə şərikə lək." - dayandırır və təvaf etməyə başlayır. Təvafı qara daşdan başlayır. Ilkin olaraq üzünü qara daşa tutaraq əli ilə ona işarə edir və "Allahu Əkbər" yaxud "Bismilləh val-lahu əkbər" deyir. Insanlara əziyyət verməmək şərti ilə qara daşı öpmək yaxşıdır.
2. Sonra Kəbəni sol tərəfində tutaraq onun ətrafında dövrə vurur. Təvafın əvvəlində bu duanı demək yaxşıdır: "Allahummə iymənən bikə və təsdiqən bi kitəbikə və vafəən bi əhdikə və ittibaən lisunnəti nəbiyyikə Muhəmməd s.a.v." (Beyhəqi və Əbdürrəzzaq).
Sayta qoyulub: 03:52 20.05.2007 [944 dəfə oxunub]
1. Sonra səy edilən yerə çıxır və Səfaya tərəf gedir. Oraya çatdıqda bu ayəni oxuyur: "İnnəs səfa vəl mərvətə min şəairilləh" ("Həqiqətən Səfa və Mərva Allahın əlamətlərindəndir ..." əl-Bəqərə: 158). Sonra belə deyir: "əbdəu bimə bədəəllahu bihi" (Mən Allahın başladığı ilə başlayıram) (Müslim).
2. Sonra Səfanın üzərinə çıxaraq üzünü qibləyə tutur. Allaha həmdi səna söyləyib bu duanı oxuyur: "Allahu əkbər, Allahu əkbər, Allahu əkbər. Lə iləhə illəllah vəhdəhu lə şərikə ləhu ləhul mulku və ləhul həmdu yuhyi və yumit və huvə alə kulli şeyin qadir. Lə iləhə illəllah vəhdəhu lə şərikə ləhu əncəzə vədəhu və nəsərə abdəhu və həzəməl əhzabə vəhdəhu". Sonra əllərini qaldıraraq istədiyi duanı edir. Allahdan bağışlanma, dünya və axirətin xeyrini istəyir. Bunu üç dəfə təkrar edir. (bax! şəkil: 5)
Sayta qoyulub: 03:52 20.05.2007 [1040 dəfə oxunub]
1. Tərviyə (yəni, zilhiccə ayının səkkizinci) günü təməttu həcci edənlər yaxşı olar ki, duha vaxtı (zöhr namazından əvvəl) həcc ehramına girsinlər. Həmçinin Məkkə əhli də bu gündə öz evlərindən ehrama girir və həccə niyyət edirlər. Qiran və ifrad həcci edənlər isə öz ehramlarında qalırlar.
2. Bu gün çimmək, təmizlənmək və ətirlənmək müstəhəbdir. Sonra miqatda etdiklərini etməlidir.
3. O, həccə niyyətlənərək deyir: "Ləbbeykə həccən". Əgər həccini sona çatdıra bilməyəcəyindən qorxarsa bu duanı etsin: "Fəin həbəsəni habisun fəməhilli heysu həbəstəni". Əgər başqasının yerinə həcc edirsə onda qəlbində niyyət edir və dili ilə deyir: "Ləbbeykə həccən an ..... (o adamın adını çəkir)". Sonra təlbiyə deməkdə davam edir: "Ləbbeykə Allahummə Ləbbeyk, Ləbbeykə lə şərikə ləkə ləbbeyk. Innəl həmdə vən-nimətə ləkə vəl mulk. Lə şərikə lək". Həmçinin bunu da əlavə edə bilər: "Ləbbeykə iləhəl haqqi ləbbeyk" (Albani bu rəvayətin səhih olduğunu qeyd edib).
Sayta qoyulub: 03:51 20.05.2007 [964 dəfə oxunub]
1. Günortadan əvvəl Ərəfaya çatan hacının Nəmirə deyilən yerdə dayanması müstəhəbdir. Əgər imkan olmasa dayanmamaq olar.
2. Gün əyiləndən sonra yaxşı olar ki, xütbə verilsin və həcc edənlərə onların edəcəkləri əməllər izah edilsin. Xatib onlara Allahdan qorxmağı, bütün əməllərdə təqvalı və ixlaslı olmağı nəsihət etməli və Allaha asilik etməkdən çəkindirməlidir. Onlara Allahın kitabından və Peyğəmbərin s.a.v. sünnəsindən bərk tutmağı, bütün işlərdə hər ikisini öz aralarında hakim etməyi tövsiyə etməlidir. Xütbədən sonra Zöhr və Əsr namazlarını zöhrün ilk vaxtında bir azan və iki iqamə ilə qısaldaraq birgə qılırlar.
Sayta qoyulub: 03:50 20.05.2007 [998 dəfə oxunub]
1. Müzdəlifəyə çatan kimi orada bir azan və iki iqamə ilə Məğrib namazını üç, Işa namazını isə iki rükət cəm edərək qılır. Izdiham səbəbi ilə Müzdəlifəyə gecikənlər namazları gecənin yarısından ötürməməli və olduqları yerdə qılmalıdırlar.
2. Həcc edən, bu gecəni Müzdəlifədə keçirir. Bayram günü həcc əməllərini layiqincə yerinə yetirmək üçün gecə tez yatmaq yaxşıdır.
3. Zəif qadın və uşaqlar gecə yarısı Müzdəlifədən Minaya gedə bilərlər.
Sayta qoyulub: 03:50 20.05.2007 [1091 dəfə oxunub]
Qurban günü Minaya yetişənlər bu dörd əmələ tərtiblə riayət etməlidirlər.
1. Daş atan yerə "Cəmərətul-əqəbəyə" çatanda təlbiyə deməyi dayandırırlar. Yaxşı olar ki, sağ tərəfində Minanı, sol tərəfində Məkkəni, qarşısında isə Cəmərətul-əqəbəni (yəni, böyük daşatan yeri) tutsun (bax! şəkil: 9). Sonra ardıcıl olaraq yeddi daş atsın. Daşları bir-bir atsın və hər daşı atanda təkbir (Allahu əkbər) desin. Cəmrətul-əqəbə Məkkə tərəfdən birinci daş atılan yerdir (bax! şəkil: 9).