Sübh05:53
Günəş07:24
Zöhr12:54
Əsr15:56
Məğrib18:24
İşa19:44
Cümə namazı: 13:00
Bütün ayın cədvəli
Sayta qoyulub: 07:09 12.06.2007 [1792 dəfə oxunub]
1. Uca Allah buyurdu ki: "Rəhmanın bəndələri o kəslər-dir ki, onlar yer üzündə təmkinlə gəzər..." (Furqan, 25/63). Onların keyfiyyətlərindən biri də yer üzündə sakit, ağır-ağır və təvazö-kar-lıqla yerimələri, təkəbbürlənərək ayaqlarını yerə şəstlə vura-vura getməmələridir.
Sayta qoyulub: 07:24 06.06.2007 [1896 dəfə oxunub]

Uca Allahın: "Əlif, ləm, mim", "əlif, ləm, ra", "əlif, ləm, mim, sad", "ha, mim", "ayn, sin, qaf", "nun"-a dair buy-ruqlarında adaları çəkilən bu hərflərin hansı mənaları daşımaları barədə təfsirçilər müxtəlif nəzər nöqtələrinə malikdirlər. Kimsə deyib:...
Sayta qoyulub: 06:02 22.05.2007 [1353 dəfə oxunub]
Uca Allah buyurur ki:
"Ey iman gətirənlər! "Raina"*156 deməyin, "unzurna" söyləyin, eşidin! Kafirləri şiddətli əzab gözləyir" (Bəqərə, 2/104)
Hafiz İbn Kəsir ayənin təfsirində deyir ki:
Uca Allah mömin qullarına söz və əməlləri ilə kafirlərə bənzəməyə can atmalarını qadağan etmişdir.
Sayta qoyulub: 05:55 22.05.2007 [1526 dəfə oxunub]
Uca Allah buyurur ki:
"[Ya Rəsulum!] İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et..." (Nəhl, 16/125)
İbn Kəsir bu ayənin təfsirində deyir ki:
Uca Allah Elçisi Məhəmmədə (sallallahu əleyhi və səlləm) insanları Allahın yoluna hikmətlə dəvət etməsini əmr etmişdir.
İbn Cərir demişdir ki, hikmət - Allahın Peyğəmbərinə (sallallahu əleyhi və səlləm) nazil etdiyi Kitab və Sünnədir, gözəl öyüd-nəsihət və Quranda göstərildiyi kimi insanları pislik etməkdən saxlayan, onların başına gələn qəzaları onlara xatırlatmaqdır. İnsanlara Allahın əzabından çəkinmələri üçün məhz bunları xatırlat!
"Onlarla ən gözəl surətdə mübahisə et" də onlardan mübahisə və mübarizəni zəruri sayanlarla ən gözəl tərzdə mehribanlıqla, xoş müraciət vasitəsilə mübahisə et və çəkiş. Uca Allahın: "Kitab əhlinin zülm edənləri istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin!.." (Ənkəbut, 29/46) buyruğunda olduğu kimi. Uca Allah ona yumşaq davranmasını əmr edir. Çünki Musa ilə Harunu (ikisinə də salam olsun) Fironun yanına göndərdiyi zaman aşağıdakı buyruğu ilə eyni tərzdə əmr vermişdir:
Sayta qoyulub: 05:53 22.05.2007 [1306 dəfə oxunub]
Uca Allah buyurur ki:
"[Ya Rəsulum!] De: "Bu mənim yolumdur. Mən və mənə tabe olan [möminlər] açıq-aşkar bir dəlillə Allaha çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən isə müşriklərdən deyiləm!" (Yusuf, 12/108)
1. Hafiz İbn Kəsir ayənin təfsirində deyir ki:
Uca Allah cinlərə və insanlara göndərdiyi Elçisinə (sallallahu əleyhi və səlləmə) insanlara aşağıdakıları xəbər verməsini əmr etmişdir: Onun bu yolu və Sünnəsi vahid və tək olan, şəriksiz olan Allahdan başqa heç bir tanrı olmadığına şahidlik etməyə dəvətdir. O (sallallahu əleyhi və səlləm) və Ona tabe olanlar bu müddəaya əsaslanaraq, şübhəsiz ki, təfəkkür və şəriətcə qəti bir dəlillə Allaha dəvət edirlər.
Uca Allahın: "Allah pakdır, müqəddəsdir" buyruğu: "mən Onun şəriki, bənzəri, tayı-bərabəri, övladı, anası, arvadı, köməkçisi və yaxud da söhbət üçün bir kimsəsinin olmasından Onu uzaq və pak sayır, müqəddəs hesab edir və Ona səcdə qılıram" kimi qəbul edilməlidir. Allah bütün bunlardan tamamilə uzaqdır, müqddəsdir və bərabəri yoxdur. (II, 495)
Sayta qoyulub: 05:52 22.05.2007 [1027 dəfə oxunub]
Uca Allah buyurur ki:
"Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!" (Ənfal, 8/24)
1. Buxari demişdir ki, "sizləri dirildicək" sizi islah edə-cək, "dəvətini qəbul edin" çağırışına tabe olun deməkdir.
2. Mücahid Uca Allahın: "...sizləri dirildəcək..." buyruğu haqqa (baş əyin) deməkdir.
3. Qatədə demişdir ki, bu qurtuluşu, əbədi qalmanı və həyatı ehtiva edən Qurani Kərimdir.
4. əs-Suddi demişdir ki: "...sizləri dirildəcək şeyə..." buyruğu aşağıdakıları bildirir: Küfrlə öləndən sonra İslamla onları dirildəcəklər.
5. Urvə b. əz-Zubeyr deyib ki: "sizləri dirildəcək bir şeyə", yəni daha əvvəl siz zəlil olduğunuz halda Allahın onunla sizi əzizlədiyi, zəif olduğunuz halda sizi qüvvətləndirdiyi, düşmənləriniz tərəfindən məhv ediləcəyiniz halda onlara qarşı sizi qoruduğu döyüş çağırışına tabe olun deməkdir. (Bax: İbn Kəsir, II, 297)
Sayta qoyulub: 05:48 22.05.2007 [1137 dəfə oxunub]
Yaradılmışların zəifliyi və Yaradıcının qüvvəsi
Uca Allah buyurub ki:
"Ey cin və insan tayfası! Əgər göylərin və yerinə ətrafın-dan kənara çıxa bilərsinizsə, çıxın. Siz ancaq qüvvətlə *165 çıxa bilərsiniz!" *166 (Rəhman, 55/33)
1. Yəni siz Allahın əmri və qədərindən *167 qaça bilməz-si-niz. O sizi hər tərəfdən əhatə etmişdir. Siz Onun hökmündən xilas olmaq gücünə malik olmadığınız kimi, Onun hökmünün barənizdə həyata keçirilməsinə mane ola bilməzsiniz. Hara getsə-niz də mühasirədə olduğunuzu görəcəksiniz. Bu, məhşərdə belə olacaqdır. Mələklər hər tərəfdən yeddi sırayla bütün məxluqları əhatə edəcəklər. Kiminsə bu əhatədən çıxıb başqa bir yerə getməyə gücü çatmayacaq.
"Buna dair güc və imkan", yəni Allahın hökmü olma-dıqca, bu mümkün olmayacaq.
"Məhz o gün insan: "Qaçıb can qurtarmağa yer hardadır?" - deyəcəkdir". Xeyr, [o gün] heç bir sığınacaq olma-ya-caqdır! O gün [ey insan!] duracaq yer ancaq Rəbbinin hüzurudur!" (Qiyamə, 75/10-12)
Sayta qoyulub: 05:41 22.05.2007 [1087 dəfə oxunub]
Uca Allah buyurur ki:

"And olsun axşam çağına ki, insan ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!" (Əsr, 103/1-3)

Axşam çağı - Adəm oğullarının xeyir və şər qəbilindən olan hərəkətlərinin içində gerçəkləşdirdiyi zamandır.

Malik, Zeyd b. Əsləmdən əsr (namazı) vaxtı olduğunu dediyini rəvayət edir. Ancaq məşhur olan birincisidir. Uca Allah buna görə and içərək insanın həqiqətən ziyanda, yəni həlak edil-məyə məhkum olunduğunu bildirir.

"Yalnız iman gətirib yaxşı əməllər edən...kimsələrdən başqa!". Uca Allah insan cinsindən ziyana uğrayanlar arasından qəlbiylə iman gətirərək, əzaları ilə saleh əməl işlədənləri istisna edir.

"...bir-birinə haqqı tövsiyə edən..." haqq olan ibadətləri yerinə yetirmək, haramlardan uzaqlaşmaqdır.

"...səbri tövsiyə edən kimsələrdən başqa!" Müsibətlərə, "alın yazısına", yaxşılıq etməklə qəbahət və haram şeylərdən özünü saxlayan kəslərdən olub düşdükləri əziyyətlərə qatlaşaraq səbrli olmağı tövsiyə edənlər müstəsnadır. (Bax: İbn Kəsir, IV, 547)

İmam Şəfii (A. r. e.) deyir ki, insanlar bu surə üzərində yaxşıca düşünsəydilər, onlara bəs edərdi.

Çünki bu surədə elə yüksək məqamlardan bəhs edilir ki, müsəlman olan bir insan bunlara tam mənasıyla nail olarsa, kamilliyin ən yüksək səviyəsinə çatar. Birinci şərt haqqı tanımaq, ikincisi, ona lazımınca əməl etmək, üçüncüsü, onu yaxşıca bilməyənlərə öyrətmək, dördüncüsu, haqqı öyrənməyə, ona layiqincə əməl etməyə və onu başqalarına öyrətməkdə səbrli olmalıdır.
Sayta qoyulub: 05:38 22.05.2007 [1026 dəfə oxunub]
Təyinatı: Tam məna ifadə edən söz qrupunun üzərində "dayanmaq zəruriyyəti" (ərəb. luzumul-vaqfi - red.) anlayışını verir. Özün-dən sonra-kı ifadələrlə birlikdə oxunduqda, bu oxu tamamilə başqa bir məna kəsb edir.

Hökmü: Belə bir yerdə pauza verilməli və ondan sonra gələn sözlə oxu davam etdirilməlidir. Ona görə bu cür pauzalara "zəruri dayanma" adı verilir.

Əlaməti: Mim hər-fidir ki, pauza lazım olan kəlmənin son hərfi üzərində yazılır.
Sayta qoyulub: 05:36 22.05.2007 [1211 dəfə oxunub]
Səktənin təyinatı

Səktə, qiraət məqsədi ilə nəfəs almadan, bir qayda olaraq, pauzadan daha az müddət ərzində səsin kəsilmə-sidir (oxu-nan ifadənin müəyyən kəlməsi üzərində qısa fasilə verilmə-sidir).

Əlaməti: üzərində səktə edilməsi nəzərdə tutulan kəlmə-nin son hərfi üzərində yazılan kiçik bir "sin" hərfidir.

Tələb olunan: Kəlmənin son hərfi üzərində səktə işarəsi qoyulmalıdır. Bu, ilahi (mövzu ilə bağlı Peyğəmbər-dən (sallallahu əleyhi və səlləm) nəql edilən hədislərin) qeydiy-yatı ilə bağlıdır. Bu barədə hədisin olmadığı hallarda səktə işarəsinin qoyulması (səsin kəsilməsi) bəyənilmir. İmam İbn Cəvzinin də bildirdiyi kimi, bu barədə səhih hədislər mövcuddur. Amma pauza verilməli yerlər (sözlər) qiraət kitabla-rının müəyyən yerlərində göstərilməsilə yanaşı onluq qiraəti (yəni, Quranın on tanınmış qarisinin -red.) arasında fərq vardır. (Bax: Əbdul-Fəttah əl-Mursifi, Hidəyətul-qari ila təcvidil- kəlamil-Bari, I, 407 və ardı)
Sayta qoyulub: 05:33 22.05.2007 [1041 dəfə oxunub]
Uca Allah buyurur ki: "O, [hər şeyi] yaradan, yoxdan var edən, [hər şeyə] surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur..." (Həşr, 59/24)

Şeytan: Allahı kim yaradıb deyə vəsvəsə salarsa, Peyğəmbər (sallallahu əleyhi və səlləm) bizə şeytanın bu tələsinə qarşı necə çıxacağımızı və nə deyəcəyimizi öyrətmişdir:

"Allaha və Peyğəmbərinə iman gətirmişəm. Allah birdir. Allah möhtac deyildir, O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir bənzəri yoxdur" deyilir və sonra üç dəfə sol tərəfə tüpürürmüş kimi hərəkət edir və Şeytandan Allaha sığınaraq bu işdən uzaqlaşar. Bu hərəkət (Şeytanın təlqini) o kimsədən uzaqlaşdırar. (Buxari, Muslim və başqaları tərəfindən bu hədis nəql olunmuşdur. Bu barədə olan hədislər budur.)

Allahın yaradıcı olduğunu və yaradılmadığını demək və qəbul etmək vacibdir. Əmr b. Dinar deyib ki, mən yetmiş ildən bu yana insanların belə dediklərini görmüş və eşitmişəm: Allah yaradandır, yaradılmamışdır. Ondan kənarda olan bütün varlıqlar yaradılmışdır. Quran istisnadır. O yaradılmamışdır. Allahdan nazil olmuş və Ona da qayıdacaqdır (Ondan nazil olmuşdur, yəni, onu öz sözü ilə deyən Odur) Bu, İmam Əhmədin də sözüdür.

Şeyxülislam (İbn Teymiyyə) deyib ki, Allahın sifətləri haqqında deyilənlər, Zatı haqqında deyilənlər kimidir. Buna görə Allahın sifətlərindən olan Allahın kəlamı Qurani Kərim haqqında da onun xəlq edilmiş olmadığı deyilir.

Quran Allahın yaradılmamış kəlamıdır. Çünki Allahın kəlamı Onun sifətlərindəndir, sifətləri isə Ona tabe olaraq yaradılmışdır.

Uca Allahın: "Biz onu, anlaya biləsiniz deyə, ərəbcə Quran etdik" (Zuxruf, 43/3) buyruğuna gəldikdə isə, İbn Kəsir və Təbəri: "Biz onu...etdik" onu nazil etdik deməkdir söyləmiş-lər.

Qurani Kərim Peyğmbərin (sallallahu əleyhi və səlləm) möcüzəsidir. Peyğəmbər (sallallahu əleyhi və səlləm) onunla həmin dildə danışan ərəbləri, ona oxşar bir ayə də olsa belə demələrini istəmişdi. Lakin heç kimin buna gücü çatmamışdı.

"[Ya Peyğəmbərim!] De ki: "Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər" (İsra, 17/88).

"De ki: "Əgər doğru deyirsinizsə, ona [Qurana] bənzər bir surə gətirin..." (Yunus, 10/38).

Quran Allah tərəfindən nazil edilmişdir. Uca Allah onu kamil etmişdir. O, bütün zaman və məkanlar üçün əlverişlidir. Bəşəriyyət, içində yaşadığı çirkablıqdan yalnız onunla qurtula bilər.

Quran belə tanıdılır: O, Allah tərəfindən Məhəmməd peyğəmbərə (sallallahu əleyhi və səlləm) nazil olan və tilavəti ilə ibadət edilən Allah kəlamıdır.

a. Quran Allahın kəlamıdır deməklə insan, cin, mələk və sairə varlıqların sözləri bu məfhum xaricində qalır.

b. Allah tərəfindən nazil edilmişdir deməklə Allahın Öz dərgahında saxladığı kəlimələrdən qeyrisi anlanılır. Çünki hədisdə: "Yaxud dərgahındakı qeyb aləmində yalnız Özünə bəlli saxladığın hər bir adınla..." buyurulmaqdadır.[16]

c. Oxunması ibadətdir qeydi ilə qüdsi hədislər kənarlaşdı-rılır. Çünki oxunması ilə ibadətin hasil olması, onun namazda və namaz xaricində ibadət məqsədi ilə oxunmasıdır. Qüdsi hədislər-də isə belə deyildir. Onlar namazda oxunmazlar.
Bu açıqlama Quranın Allah tərəfindən nazil edildiyini və yaradılmamış olduğunu bildirir.



-----------------------------------------------------------------------------

[16] Şeyx Əlbani "Səhih Tərğib və Tərhib" (2/361, h. 1822) əsərində bu hədisin səhih olduğunu bildirmişdir. 95-ci səhifəyə bax!
Sayta qoyulub: 05:30 22.05.2007 [1362 dəfə oxunub]
1. Quran ilə Allah ərəbləri aciz qoymuqdur. Lakin Qüdsi
hədislərlə aciz qoymadan söhbət aparıla bilməz.
2. Quran yekdilliklə nəql edilmişdir. Qüdsi hədislər isə
azsaylı isnadlarla rəvayət edilmiş xəbərlərdir.
3. Quran söz və məna baxımından uca Allahdandır.
Qüdsi hədisin mənası Allahdan, sözləri isə Peyğəmbərdəndir (sallallahu əleyhi və səlləm). Məsələn uca Allah buyurur: Ey qullarım! Mən zülmü Öz nəfsimə qadağan etdim. Onu sizin aranızda da qadağan edirəm. O halda bir-birinizə zülm etməyin". (Muslim)