Sübh05:53
Günəş07:24
Zöhr12:54
Əsr15:56
Məğrib18:24
İşa19:44
Cümə namazı: 13:00
Bütün ayın cədvəli
Sayta qoyulub: 07:44 30.06.2007 [2111 dəfə oxunub]
İslamı pozan amillər ondur.
1. Uca Allaha ibadətdə şərik qoşmaq. O buyurur: "Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bun-dan başqa olan günahları isə dilədiyi kimsə üçün bağış-lar..." (Nisa, 4/116). Başqa bir ayədə isə buyurur: "Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!" (Maidə, 5/72) Allahdan qeyrisinə məsələn, cinlərə və ya qəbirlərə qurban kəsmək də şirk əməllərdəndir.
Sayta qoyulub: 07:42 30.06.2007 [1698 dəfə oxunub]
Əzəmətli ərşin Rəbbi olan Kəramətli Allahdan səni dünya və axirətdə qorumasını və harada olursan ol, sənin işlərini xeyir-bərəkətli etməsini istəyirəm. Allah səni verdiyi nemətlərə şükür edən, müsibətlər anında səbr edən və işlətdiyin günahlara görə bağişlanma diləyən bəndələrindən etsin. Həqiqətən bu üç sadalanan əməl səadət ünvanıdır.
Sayta qoyulub: 06:58 26.05.2007 [2951 dəfə oxunub]
TÖVHİDƏ ZİDD ƏMƏLLƏR


Müəllif:
Əbdüləziz ibn Reys Ər-reys


Ön söz
Rəhimli və Mərhəmətli Allahın adı ilə

Sizə Allahın salamı, rəhməti və bərəkəti olsun.
Əlinizdəki kitabın səhifələrində Allahın ən böyük əmri sayılan tövhid və ən böyük qadağası olan Ona şərik qoşmaqdan söhbət açılır.
Möhtərəm oxucular! Sələfin metoduna əsaslanan Əhli sünnə vəl-camaat tərəfdarlarının hər birinə məlumdur ki, Allahın peyğəmbərləri göndərməsində və məxluqatı yaratmasında yeganə məqsədi onların tövhid prinsipinə riayət etmələri və Ona şərik qoşmayaraq belə bir əməldən uzaq durmaları idi. Ən böyük düşmənimiz olan lənətlənmiş şeytan bundan xəbər tutanda özünün atlı və piyadalarını səfərbər edərək cəmiyyətin müxtəlif təbəqələrdən olan Allah qullarını istər dəvətçilərini və ya qeyrilərini, alimlərini və ya avamlarını tövhid prinsipini öyrənməkdən və ona riayət etməkdən çəkindirməyə başladı. Allahın mərhəmət göstərdiyi kəslər bundan xali idi. Şeytan tövhid prinsipinə dəvəti insanları siniflərə bölən, onlar arasında ayrıseçkilik salan, bu haqda bilgiyə malik olduqlarına görə ona ehtiyacları olmayan faydasız bir iş kimi bəzəmişdir. Əcaba, elçi və peyğəmbərlərin əhəmiyyət vermədikləri bu sözlərə bizmi əhəmiyyət verək? Sonra da tövhidə dəvətdən üz çevirək? Bilirsinizmi onlar nəyə görə bu sözləri mənasız sayırdılar? Çünki bu şəxslər Allahın verdiyi elm sayəsində dərk etmişdilər ki, tövhidə çağırışın məqsədi nöqsansız Allahın ibadətlərdə təkləşdirilməsidir. Buna görə də nicat yolu yalnız onların yoludur. Bu yol da Allah təalanın buyurduğu kimi birdir: "Bu, şübhəsiz ki, mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın." (əl-Ənam, 153) Məgər həqiqi dəvətçilərin vəzifəsi peyğəmbərlərin apardığı dəvəti yəni, tövhid prinsipinə çağırışı dirçəltmək deyilmi? Şeytanın azdırdığı avam insanlar deyir: "Tövhid prinsipini hər kəs bilir. Bizim Tövhid əhli olduğumuz halda ona çağırılmağımıza nə ehtiyac var? Onlara cavab olaraq deyilir ki: Subhənallah! Bu sözlər necə söylənilə bilər. Axı bir çox İslam və qeyri İslam ölkələrini açıq-aydın böyük şirk zülməti bürümüşdür. Bu məsələyə irəlidə toxunacağıq. Tutaq ki, şirk hər kəsə bəlli bir mövzudur. Lakin buna baxmayaraq bizim onu diqqət mərkəzində saxlamağımıza və ondan Allaha sığınmağımıza həmişə ehtiyacımız var. Biz, (tövhid prinsipinə riayətdə) İbrahim xəlilullaha (ona Allahın salamı olsun!) bərabər olmadığımızı da yaxşı bilirik. Bununla yanaşı o, (ona Allahın salamı olsun!) Allaha belə dua etmişdi: "Mən və oğullarımı bütrərə tapınmaqdan uzaq elə." (İbrahim,35) İbrahim ət-Teymi belə demişdi: İbrahim Peyğəmbərdən (ona Allahın salamı olsun!) sonra bəladan yəni, şirkdən qurtulmasına kim əmin ola bilər? Bunu İbn Əbi Hatim və İbn Cərir ət-Təbəri rəvayət etmişlər.
Sayta qoyulub: 21:47 22.05.2007 [3514 dəfə oxunub]
Mərhəmətli və Rəhimli Allahin adi ilə!
Həmd aləmlərin Rəbbi Allaha məxsusdur. Ən gözəl sonluq müttəqilərə nəsib olacaqdır. Göndərilmiş peyğəmbərlərin imamı peyğəmbərimiz Məhəmmədə, ailəsinə və bütün səhabələrinə Allahın salavatı və salamı olsun!