Sübh04:25
Günəş06:20
Zöhr13:37
Əsr17:33
Məğrib20:54
İşa22:33
Cümə namazı: 14:00
Bütün ayın cədvəli
Sayta qoyulub: 08:19 28.05.2007 [1189 dəfə oxunub]
Sual: Müsafir adamın orucu necə olmalıdır?
Cavab: Müsafir adamın Ramazan ayında oruc tutması daha yaxşıdır. Əgər iftar edərsə bunun bir zərəri yoxdur. O, iftar etdiyi günlərin qəzasını tutur. Əgər iftar etmək ona daha asandırsa iftar etmək daha yaxşıdır. Çünki Allah təalə Onun rüxsətlərinə (asanlaşdırdığı işlərə) əməl edilməsini sevir.
Şeyx İbn Useymin (Allah ona rəhmət etsin!)
Sayta qoyulub: 08:18 28.05.2007 [1096 dəfə oxunub]
Sual: Bir adam daimi xəstəliyə tutulub və həkim ona oruc tutmağı yasaq edibsə bu adam nə etməlidir?
Cavab: Əgər insan müalicəsi olmayan daimi xəstəliyə tutulubsa bu zaman o, hər günün əvəzinə bir nəfər yedizdirir.
Şeyx İbn Useymin (Allah ona rəhmət etsin!)
Sayta qoyulub: 08:17 28.05.2007 [942 dəfə oxunub]
Sual: Bir kəs müəyyən səbəb üzündən orucunu açıb və günün bir hissəsində həmin səbəb götürülübsə günün qalan hissəsində oruc tutmalıdırmı?
Cavab: O günün qalan hissəsini oruc tutmalı deyil çünki onun oruc açması şəriətə müvafiq olan səbəb üzündəndir.
Şeyx İbn Useymin (Allah ona rəhmət etsin!)
Sayta qoyulub: 08:13 28.05.2007 [1002 dəfə oxunub]
Sual: Bir kəs Ramazan ayının başlamasını bilməyib və birinci gün oruca niyyət etməyib sonra Sübh namazından sonra eşidib ki, bu gün artıq Ramazan ayıdır, bu halda nə etməlidir?
Cavab: o eşitdiyi vaxtdan oruc tutmalı və Ramazandan sonra ehtiyat üçün bu günün əvəzinə qəza tutmalıdır.
Şeyx İbn Useymin (Allah ona rəhmət etsin!)
Sayta qoyulub: 08:11 28.05.2007 [1007 dəfə oxunub]
Sual: Bir kişi ailəsi və uşaqları üçün ruzi qazancı ilə məşğul olub oruc tutmaqdan yayınmışdır. Bu adam nə etməlidir?
Cavab: Bu insan orucu tərk edərkən Təvil edib (mənasını yozub) fikirləşibsə ki, xəstə adama oruc tutmaq vacib olmadığı kimi yeməksiz dayana bilməyən adama da oruc tutmaq vacib deyil. Bu zaman o sağdırsa tutmadığı orucları qəza edir, ölübsə onun əvəzinə yaxınları bu orucları tutur, yaxud bunu da bacarmırlarsa onda onun adından bir günün əvəzində bir nəfəri yedizdirirlər. Yox əgər o oruc tutmayarkən heç bir təvil etməyibsə (mənasını yozmayıbsa) bu haqda alimlər deyirləri ki: "hər bir müvəqqəti ibadət üzürsüz yerə, bilərəkdən vaxtından çıxarılarsa bu əməl ondan qəbul olunmaz və bunun əvəzinə başqa yaxşı iş görmək, çoxlu tövbə edib bağışlanma diləmək, nafilələr etmək lazımdır". Amma onun orucu tərk etməsinin səbəbi unutmaq yaxud cahillik olarsa onda orucunu qəza etməlidir.
Şeyx İbn Useymin (Allah ona rəhmət etsin!)
Sayta qoyulub: 08:10 28.05.2007 [1199 dəfə oxunub]
Sual: Kiçik qız uşağı bilməyərək heyzli (aybaşı) ola-ola oruc tutub bunun hökmü nədir və nə etməlidir?
Cavab: Heyzli (aybaşı) qadın oruc tutmamalıdır və o heyz (aybaşı) günlərində tutduğu orucların qəzasını etməlidir. Burada belə bir məsələ də vardır: Əgər kiçik qız uşağına birinci heyz (aybaşı) gəlibsə və o utandıqından bu haqda ailəsinə xəbər verməyib və oruc tutmayıbsa onda tutmadığı bir aylıq orucu qəza etməlidir. Çünki heyz (aybaşı) olan qadın artıq həddi-büluğa yetişib və oruc tutmaq ona vacibdir.
Şeyx İbn Useymin (Allah ona rəhmət etsin!)
Sayta qoyulub: 08:09 28.05.2007 [1094 dəfə oxunub]
Sual: Ağır işdə işləyən şəxs ona çətin olduğundan orucu aça bilərmi?
Cavab: buna görə orucu açmaq olmaz və əgər buna görə oruc tuta bilmirsə Ramazan ayında icazəyə çıxsın. Çünki oruc islamın ərkanlarından biridir və onu tutmamaq olmaz.
Şeyx İbn Useymin (Allah ona rəhmət etsin!)
Sayta qoyulub: 08:04 28.05.2007 [926 dəfə oxunub]
Sual: Fitrə zəkatı nədir və onun səbəbi varmı?
Cavab: Fitrə zəkatı ramazan ayı bitmədən insanın çıxartdığı 2,5 kq yeməkdir.
Səbəbi isə: Ramazanı bitirmək və iftar etmək münasibəti ilə Allaha olan şükrün təzahürüdür. Buna görə onun adı "Fitrə zəkatı" qoyulmuşdur.
(Ibn Useymin)

Sual: Fitrə Zəkatının hökmü nədir?
Cavab: Fitrə zəkatının hökmü fərzdir. Bunu Peyğəmbər ona Allahın salavatı və salamı olsun fərz etmişdir. Abdullah ibn Ömər (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər ona Allahın salavatı və salamı olsun fitrə zəkatını 2,5 kq xurma və ya buğda fərz etmişdir". Fitrə zəkatını yalnız qida məhsullarından vermək olar. Yeməyin əvəzinə pul, paltar, qab-qacaq və s. çıxartmaq olmaz.
(Ibn Useymin).
Sayta qoyulub: 07:55 28.05.2007 [1046 dəfə oxunub]
* Sual: Bayram günü ediləcək müstəhəb əməllər hansılardır?
Cavab: Bayram günü müsəlmanlar orucu, təravihi və s. ibadətləri tam əda etdikləri üçün öz fərəhlərini təzahür etdirirlər. Bu isə, Allahın müsəlmanlara verdiyi böyük nemətlərdəndir. Bayram axşamı və səhəri bayram namazından öncə bu duayla: "Allahu əkbər Allahu əkbər lə iləhə illəllah, Vallahu əkbər Allahu əkbər və lilləhil həmd." - təkbir edilir. Sonra bütün müsəlmanlar bayram namazını qılmaq üçün şəhərin kənarında açıq bir ərazidə toplaşıb bayram namazını əda edirlər. Sonra böyük sevinclə geri qayıdır və bir-birlərini ziyarət edirlər. Bu gün hər kəs oruc ibadətlərinin bitməsinin əlaməti olaraq iftar edirlər.
(İbn Cibrin).