Sübh05:53
Günəş07:24
Zöhr12:54
Əsr15:56
Məğrib18:24
İşa19:44
Cümə namazı: 13:00
Bütün ayın cədvəli
Sayta qoyulub: 17:18 20.07.2008 [3314 dəfə oxunub]
BEŞİNCİ HƏDİS
"ALLAHA İMAN GƏTİRDİM DE, SONRA DOĞRU YOLU TUT"

Süfyan ibn Abdullah əs-Səqafi deyir ki, mən dedim: "Ey Allahın elçisi, mənə İslamda elə bir söz de ki, o barədə səndən sonra heç kəsdən soruşmayım: Peyğəmbər (s.a.v.) dedi: Allaha iman gətirdim de, sonra doğru yolu tut"[1] Müslim rəvayət etmişdir.
Sayta qoyulub: 06:33 12.07.2008 [4524 dəfə oxunub]
DÖRDÜNCÜ HƏDİS
KİM CƏNNƏT ƏHLİNDƏN OLAN KİMSƏNİ GÖRMƏK İSTƏYİRSƏ BU ADAMA BAXSIN


Əbu Hureyrə (A.r.o.) deyir ki, "bir nəfər bədəvi Peyğəmbərin (s.a.v.) yanına gəldi və dedi: Mənə elə bir əməl göstər ki, mən onu etməklə cənnətə daxil ola bilim. Peyğəmbər (s.a.v.) dedi: Yalnız Allaha ibadət et və heç bir şeyi ona şərik qoşma, fərz namazları qıl, vacib zəkatı ver və Ramazan ayını oruc tut". Bədəvi dedi: Canım əlində olan Allaha and olsun ki, buna heç nəyi əlavə etməyəcək, nə də azaltmayacağam. Sonra o üzünü çevirib getdikdə Peyğəmbər (s.a.v.) dedi: "Kim cənnət əhlindən olan kimsəni görmək istəyirsə bu adama baxsın"[1] Buxari və Müslim.
Sayta qoyulub: 02:58 30.06.2008 [2095 dəfə oxunub]
ÜÇÜNCÜ HƏDİS
DİN NƏSİHƏTDİR
Təmim əd-Dari Peyğəmbərin (s.a.v.) belə dediyini rəvayət edir: "Din nəsihətdir. Din nəsihətdir. Din nəsihətdir. Orada olanlar: Ey Allahın elçisi, kimin üçün? - deyə soruşdular. O isə cavabında dedi: Allah, Onun kitabı, Peyğəmbəri, müsəlmanların rəhbərləri və bütün müsəlmanlar üçün nəsihət etmək"[1] Müslim rəvayət etmişdir.
Sayta qoyulub: 05:02 28.06.2008 [2616 dəfə oxunub]
BİRİNCİ HƏDİS
Əməllər niyyətlərə görədir...
Ömər ibn Xəttab t deyir ki, mən Peyğəmbərin r belə dediyini eşitmişəm: "Doğrudan da əməllər niyyətlərə görədir. Hər kəs etdiyi niyyətin savabına nail olacaqdır. Kimin hicrəti Allaha və rəsuluna olarsa, onun hicrəti Allaha və rəsulunadır. Kimin hicrəti əldə edəcəyi dünya mənfəətinə, yaxud evlənəcəyi qadına görə olarsa, onun hicrəti də ona görədir"[1]. Buxari və Müslim.

İKİNCİ HƏDİS
Dində olmayan bir şeyi dinə əlavə etmək
Aişə t Peyğəmbərin r belə dediyini rəvayət edir: "Kim bizim bu dinimizə ondan olmayan bir şeyi əlavə edərsə etdiyi rədd olunar"[2]. Digər rəvayətdə isə deyilir: "Kim bizim əmrimiz olmayan bir işi edərsə etdiyi rədd olunar"[3]. Buxari və Müslim rəvayət etmişlər.

Hədislərin şərhini oxuyun...>>>