Sübh04:25
Günəş06:20
Zöhr13:37
Əsr17:33
Məğrib20:54
İşa22:33
Cümə namazı: 14:00
Bütün ayın cədvəli
Sayta qoyulub: 06:15 26.03.2006 [8651 dəfə oxunub]
İslam şəriətinin xeyri (məsləhəti) cəlb etmək və zərəri (məfsədəni) dəf etməyin üzərində qurulması:
İslam, Rəbbani, ümumbəşəri və dünyanın son günlərinə qədər davam edəcək şəriət olduğu üçün, həm şəxsiyyətin və həm də cəmiyyətin dünya və axirətini islah edəcək bütün ehtiyaclarını özündə əhatə etmişdir. Ona görə bu sonuncu şəriət külli əsaslarla, həmişə və hər yerdə diqqət edilən böyük məqsədlər üçün varid olmuşdur.
Sayta qoyulub: 03:02 09.03.2006 [10874 dəfə oxunub]
İslamın gözəllikləri adlı yeni kitab saytımızda.
Bu kitabı Beynəlxalq İslam Universitetində mühazirəçi alimlər toplamış və sonradan dilimizə tərcümə edilmişdir.
Kitabda, dinimizin çox sahələrinə əsasən onun gözəllikləri haqda danışılır.
Kitabı hissə-hissə saytımıza yerləşdirəcəyik.
Allah bu kitabı oxucular üçün faydalı etsin və bu kitabın hazırlanmasında əməyi olanlara rəhm etsin ...Amin!
Sayta qoyulub: 04:40 13.02.2006 [11579 dəfə oxunub]
Şükr və təriflər Allaha məxsusdur! Allahın sonuncu peyğəmbəri Məhəmmədə, sallallahu əleyhi və səlləm, ailəsinə, səhabələrinə və Qiyamətə qədər Onun yolunu davam edən sələflərə Allahın salavatı və salamı olsun!
Möhtərəm bacı və qardaşlar! Son vaxtlarda ölkəmizə İslam dininə aid bir sıra kitablar gətirilir. Bunların böyük əksəriyyəti qardaş Türkiyədən, bir qismi qonşu Rusiyadan və İrandan daxil olur. Bu, Azərbaycan müsəlmanlarının İslam biliklərinə yiyələnməsinə, dini maarifçiliyə müəyyən dərəcədə kömək edir.
Sayta qoyulub: 04:36 13.02.2006 [7979 dəfə oxunub]
Həmdsənalar Allaha məxsusdur! Peyğəmbərlərin ən şərəflisi Məhəmmədə (sallallahu əleyhi və səlləm), ailəsinə, əshabələrinə və Onun yolunu davam etdirənlərə Allahın salavatı və salamı olsun!
Uca Allah Qurani Kərimdə buyurur: "Ey iman gətirənlər! Allah yolunda səfərə çıxdığınız zaman diqqətli olun! Sizə salam verən bir şəxsə dünya həyatının puç mənfəətinə tamahsılanaraq: ?"Sən mömin deyilsən!?" - deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi. Elə isə, siz də diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır!" (Nisa, 4/94).
Ayəni təfsir edən İbn Abbas (r.a.) demişdir: "Bəni Səlim qəbiləsindən olan bir kişi öz qoyunları ilə, Peyğəmbərin (s.ə.s.) əshabələrindən ibarət kiçik bir dəstənin yanından keçərkən onları salamladı. Onlar isə: "Qorunmaq üçün bizə salam verdi" ??" deyərək, onu öldürdülər. Sonra həmin kişinin qoyunlarını götürüb Peyğəmbərin (s.ə.s.) hüzuruna gəldilər. Uca Allah hadisə ilə bağlı: "Ey iman gətirənlər! Allah yolunda səfərə çıxdığınız zaman diqqətli olun! Sizə salam verən bir şəxsə dünya həyatının puç mənfəətinə tamahsılanaraq: "Sən mömin deyilsən!" - deməyin!..." ayəsini nazil etdi". (Buxari, 4591; Səhih Tirmizi, 3030)
Sayta qoyulub: 03:36 04.01.2006 [8795 dəfə oxunub]
Həcc İslamın beş əsasından biridir. Onun həddi-büluğa çatanlara vacib olmasını Quran, sünnə və müsəlman alimləri yekdilliklə təsdiq edirlər.
Allah təalə buyurur: "Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu inkar edərsə. Əlbəttə, Allah aləmlərə möhtac deyildir" (3/97).
Peyğəmbər (s.a.v.) buyurub: "İslam beş əsas üzərində qurulub: ..." bunlardan biri də həcdir (Buxari və Müslim rəvayət etmişlər).
Həmçinin başqa hədisdə Peyğəmbər (s.a.v.) buyurur: "Ey insanlar Allah təalə sizə həcc etməyi vacib etmişdir. Siz də həcc edin..." (Müslim rəvayət etmişdir). İslam ümməti imkanlı adama, ömüründə bir dəfə də olsa, həccin vacib olmasında ittifaq etmişdir.
Sayta qoyulub: 03:29 04.01.2006 [10110 dəfə oxunub]
Həqiqətən həmd sənalar Allaha məxsusdur. Biz də Ona həmd səna edir, Ona sığınır və Ondan bağışlanma diləyirik. Nəfsimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allahın doğru yola yönəltdiyi kimsəni heç kəs bu yoldan azdıra bilməz, haqq yoldan azdıqdığı kimsəni isə heç kəs doğru yola yönəldə bilməz. Mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Məhəmməd Onun qulu və elçisidir.
Allah təalə buyurur: "Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!" (3/102).
"Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!" (4/1).