Sübh04:25
Günəş06:20
Zöhr13:37
Əsr17:33
Məğrib20:54
İşa22:33
Cümə namazı: 14:00
Bütün ayın cədvəli
Sayta qoyulub: 16:00 01.06.2008 [885 dəfə oxunub]
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrinin ədalətinə dörd təqriqət etiraz etmişdir. Birinci: Rafizilər. İkinci: Xəvariclər. Üçüncü: Nasibilər. Dördüncü: Mötəzililər.
Onlar bu əsaslarla, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrinin adilliyinə etiraz edirlər.
Birinci: Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bəzi səhabələrinin günah işlər görməsi.
İkinci: Quran və sünnə dəlillərinə əsasən bəzi səhabələrin münafiq olmalarını iddia edirlər.
Üçüncü: Onların ədalətli olmalarını deməklə, hamısını bir səviyyədə tutmuş oluruq. Bizə görə hamının bir səviyyədə olması məqbul sayılmadığı üçün, onların ədalətli olmaları da qəbuledilməzdir.
Dördüncü: Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bütün səhabələrinin ədalətli olmasına heç bir dəlilin olmadığını iddia edirlər.

Deyilən şübhələrin cavabı belədir:...
Sayta qoyulub: 16:00 31.05.2008 [559 dəfə oxunub]
Səhabənin dil baxımından tərifi: Bu söz, yoldaş (sahib) sözündən götürülmüşdür. Bu söz, davamçı və ardıcıl mənaları əsasında bir neçə məna kəsb edir[1].
Səhabə şəriət baxımından tərifi: İman gətirib, Peyğəmbərlə görüşən və müsəlman olaraq ölən[2]. Bu haqda digər təriflər də mövcuddur.
Səhabələr, Peyğəmbərlə yoldaşlıqlarına, uca və pak Allah yanında olan dərəcələrinə görə biri-birlərindən fərqlənirlər. Əhli sünnə və camaata görə, səhabələrin ədalətli olması fikri birmənalıdır. Qarşıda, Məhəmmədin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrinin ədalətli olmaları haqda Əhli sünnə və camaat alimlərinin sözlərini qeyd edəcəyik.
Sayta qoyulub: 16:00 30.05.2008 [1537 dəfə oxunub]
Yəqin ki, Yezidin vaxtında baş verən ən mühüm hadisə Hurra döyüşü, Abdullah ibn Zubeyrin və Hüseyn ibn Əlinin qətli olmuşdur.
Bu səbəblə bəzi insanlar Yezid ibn Müaviyənin lənətlənməsini doğru sayır, bəziləri isə bunu əsla məqbul saymır. Yezidin lənətlənməsini deyən insan üç şeyi isbat etməlidir:
Birinci: Yezidin fasiq olmasını....
Sayta qoyulub: 16:00 29.05.2008 [1251 dəfə oxunub]
Hüseynin öldürülməsində Yezidin əli yox idi. Bu sözləri onu müdafiə etmək üçün deyil, sadəcə olaraq haqqı üzə çıxarmaq üçün deyirəm.
Yezid, Ubeydullah ibn Ziyadı göndərmişdi ki, Hüseynin Kufəyə gəlməsinə maneə olsun. Amma Yezid onu öldürməyi əmr etməmişdi. Hətta Hüseynin özü də Yezidə qarşı yaxşı fikirdə idi. Çünki o özü deyirdi ki, mənə icazə verin Yezidin yanına gedim əlimi onun əlinə sıxım (yəni, beyət edim).
Şeyxülislam ibn Teymiyyə deyir: Bütün rəvayətçi alimlər deyirlər ki, Yezid ibn Müaviyə, Hüseynin öldürülməsini əmr etməmişdir. Sadəcə olaraq Yezid, İbn Ziyada məktub yazıb bildirmişdi ki, Hüseynin İraqa rəhbərlik etməsinə imkan vermə. Yezid, Hüseynin qətlini eşitdikdə kədərləndi və onun evində ağlaşma səsləri yüksəldi. Yezid Hüseynin ailəsindən olan qadınların heç birini köləliyə almadı. Əksinə Hüseynin ailəsinə yaxşı baxıb onları yaşadıqları yerə göndərdi.
Sayta qoyulub: 16:00 28.05.2008 [1057 dəfə oxunub]
Hüseynin etdiyi üsyanın hökmü nədir?
Hüseynin üsyan etməsində nə din nə də dünya xeiri yox idi. Ona görə o zamanlar böyük səhabələr onun bu işdən əl çəkməsini tələb edirdilər. Bundan əlavə o zalımlar Hüseynin üsyan etməsini bəhanə gətirib Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) nəvəsini zalımcasına qətlə yetirdilər. Onun bu üsyanı etməsinin və qətlə yetirilməsinin bir çox fəsadları oldu. Hansıki, əgər o evində otursaydı bu fəsadlar baş verməzdi. Lakin bu Allahın qəza-qədəridir. Allah bir işin baş verməsini istəyərsə, insanlar onu istəməsələr də o mütləq olacaqdır.
Sayta qoyulub: 04:17 27.05.2008 [841 dəfə oxunub]
Hüseyn, Ubeydullah ibn Ziyada təslim olmaqdan imtina etdikdən sonra cümə gününün səhəri iki tərəf arasında döyüş başladı. Tərəflər güc baxımından qeyri bərabər idilər. Hüseynin adamları özlərinin bu qoşuna qarşı kifayət qədər güclərinin olmamasını bilirdilər. Onların yeganə məqsədləri Hüseyn ibn Əlini müdafiə edərək onunla bərabər şəhid olmaq idi. Onlar Hüseyni müdafiə edərək bir-birinin ardınca şəhid olurdular. Beləliklə hamı şəhid oldu və Hüseyn ibn Əli yalnız qaldı. Allah ondan razı olsun.
Sayta qoyulub: 18:23 25.05.2008 [873 dəfə oxunub]
Bu yerə çatanda Hüseyn geri qayıtmaq fikrinə düşdü. İlk göndərilən dəstənin qalan hissəsi gəlib çatdı. Onların sayı dörd min idi. Qoşuna rəhbərliyi Ömər ibn Səd edirdi. Hüseyn artıq Kərbəla adlı yerə çatmışdı.
Həmin yerə çatanda Hüseyn dedi: Bura haradır?
Dedilər: Kərbəla.
Hüseyn dedi: (kərbun) Kədər və (bələun) bəla.
Ömər ibn Sədin qoşunu gəlib çatanda o Hüseynlə danışdı və onunla bərabər İraqa, Ubeydullah ibn Ziyadın yanına getməsini tələb etdi. Lakin Hüseyn bu təklifdən imtina etdi. Hüseyn işin ciddi olduğunu gördükdə Ömər ibn Sədə dedi: Mən sənə üç təklifdən birini seçməyi təklif edirəm.
Ömər ibn Səd dedi: Təkliflərin nədir?
Sayta qoyulub: 18:20 24.05.2008 [680 dəfə oxunub]
Ara sakitləşdikdən və camaatın çox hissəsi Müslim ibn Əqilə beyət etdikdən sonra Müslim Hüseynə məktub yazıb bildirdi: Artıq Kufəyə gəlmək vaxtıdır və hər şey hazırdır.
Hüseyn (Allah ondan razı olsun) Tərviyə (həccin ilk) günü yola düşdü. Müslim ibn Əqilin nə etdiyindən xəbər tutan Ubeydullah ibn Ziyad, Hani ibn Urvənin gətirilməsini istədi. Onu gətirdikdə Ubeydullah soruşdu: Müslim ibn Əqil haradadır?
Sayta qoyulub: 18:18 23.05.2008 [848 dəfə oxunub]
Yezidi və atası Müaviyənin xilafətini istəməyən, rəhbərlikdə yalnız Əlini və övladlarını görmək istəyən İraq camaatı Hüseynin, Yezid ibn Müaviyəyə beyət etməməsini eşitdikdə Hüseyn ibn Əliyə məktublar yazır və deyirdilər: "Biz hamımız sənə beyət etmişik və səndən başqasını da istəmirik. Bizim boynumuzda Yezid üçün beyət yoxdur. Biz yalnız sənə beyət etmişik". Hüseyn ibn Əliyə belə məktublar çox gəlirdi. Məktubların sayı beş yüzdən çox idi. Bütün məktublar Kufə camaatından gəlir və onlar onun Kufəyə gəlməsini tələb edirdilər.
Sayta qoyulub: 18:15 22.05.2008 [979 dəfə oxunub]
İbn Kəsir[1], Abdullah ibn Muti və onun tərəfdarlarının hadisəsini rəvayət edir. Rəvayətdə deyilir: Onlar Əli ibn Əbu Talibin oğlu, Həsən və Hüseynin ata bir qardaşı Məhəmməd ibn əl-Hənəfiyyənin yanına gəlib Yezidin xəlifəliyini tanımaqdan boyun qaçırmasını tələb etdilər. Məhəmməd ibn əl-Hənəfiyyə isə bundan imtina etdi.
Sayta qoyulub: 18:12 21.05.2008 [958 dəfə oxunub]
Əhli Sünnə və Camaat bu beyəti məqbul sayırlar. Lakin iki şeyə bu beyətə irad tutublar.
Birinci: Bu yolla xəlifə təyin etməsi, yəni, rəhbərliyi oğluna verməsi yeni bidətidir. Rəhbərliyin ötürülməsi ilk vaxtlarda məşvərətlə qeyri qohumları rəhbər təyin etməklə həyata keçirildiyi halda o, rəhbərliyi özündən sonra oğluna verməklə rəhbərliyi varisliyə çevirdi. Belə vəziyyətdən sonra bu hərəkəti kim qəbul edərdi. Şəxsiyyətindən asılı olmayaraq bu üsulla rəhbər seçmək bəyənilən deyildir. Ona görə alimlər rəhbərliyin varisliyə çevrilməsini qəbul etmirlər.
Sayta qoyulub: 18:10 20.05.2008 [942 dəfə oxunub]
Hicrətin əlli altıncı ilində Müaviyə camaata özündən sonra oğlu Yezidə beyət etməyi əmr etdi. Bu yerdə Müaviyə özündən əvvəlkilərin yolundan çıxdı. Çünki Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) özündən sonra rəhbər təyin etməyi camaatın öhdəsinə buraxmış və ya Əbu Bəkrin xəlifə olmasını buyurmuşdu. Əbu Bəkr özündən sonra Öməri təyin etmişdi. Ömər isə bu işi altı nəfərlik şuranın öhdəsinə buraxmış və bu şuradan əmisi oğlu Səid ibn Zeyd və Abdullahı xaric etmişdi. Osman isə özündən sonra kimin xəlifə olmasını təyin etməmişdi. Əli də həmçinin özündən sonra xəlifəni təyin etməmişdi. Həsən isə xilafəti Müaviyəyə təhvil vermişdi.
Sayta qoyulub: 18:09 19.05.2008 [674 dəfə oxunub]
Müaviyənin xəlifəlik dövrü müsəlmanlar üçün xeyirli oldu. Çünki onun xilafəti dövründə özbaşnalığa son qoyuldu, döyüşlər bitdi, düşmən təcavüzünün qarşısı alındı, müsəlmanların əvvəllər fəth etdikləri torpaqlar yenidən düşməndən alınaraq geri qaytarıldı. Buna səbəb müsəlmanların vahid rəhbər ətrafında toplaşmaları, cihad ovqatını yüksəldərək fəthlərə başlamaları və bütün qüvvəni xarici qüvvələrə qarşı yönəltmələri idi. Müaviyə öz qoşunu ilə uzaq torpaqları yaxınlaşdırdı və bu xəlifəlik vaxtında ona qarşı çıxan tapılmadı. Az sayda xeyirsiz xəvariclər istisna olmaqla hamı bir nəfər kimi ona itaət etdi. Müaviyənin vaxtında qış və yaz döyüşləri adlı hərəkatlar məşhurlaşdı.
Sayta qoyulub: 18:05 18.05.2008 [761 dəfə oxunub]
Əlinin (Allah ondan razı olsun) qətlindən sonra Kufə camaatı Həsən ibn Əliyə beyət etdilər. Kufədə beyət edildikdən sonra Şam vilayətinə tərəf getdi. Çünki onlar bu vaxta qədər möminlərin əmiri Əli ibn Əbu Talibə itaət etməmişdilər. Qan tökülməsini xoşlamayan Həsən ibn Əli sülh niyyəti ilə Şama gedir. Hətta Həsən ibn Əli, atası Əli ibn Əbu Talibin Şamlılara qarşı döyüşə getməsinə razı deyildi[1]. Onun sülh istəməsinin əlaməti, Qeys ibn Səd ibn Ubadəni qoşun sərkərdəliyindən azad edərək əvəzinə Abdullah ibn Abbası təyin etməsidir[2]. Allah onların hər ikisindən razı olsun.
Sayta qoyulub: 02:43 17.05.2008 [606 dəfə oxunub]
Allahın bəndələrinə əta etdiyi nemətlərdən biri də insanın qəlbinin həsəd və paxıllıqdan, bu təhlükəli xəstəlikdən pak etməsidir. Kimə ki, Allah həsəd və paxıllıq olmayan qəlb veribsə o kimsə bilməlidir ki, bu Allahın ona verdiyi ən əzəmətli nemətdir. Buna görə Allaha şükür etməlidir.
Uca Allah mömin bəndələrinin dilində onların duasını qeyd edərək onları tərifləyir və buyurur:
رَبَّنَا ٱغْفِرْ لَنَا وَلإِخْوٰنِنَا ٱلَّذِينَ سَبَقُونَا بِٱلإيمَـٰنِ وَلاَ تَجْعَلْ فِى قُلُوبِنَا غِلاّ لّلَّذِينَ ءامَنُواْ رَبَّنَا إِنَّكَ رَءوفٌ رَّحِيمٌ [الحشر:10]
"Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!" Həşr: 10.
Uca Allah bu məqamda özlərindən əvvəlki möminlər üçün dua edən və qəlblərində onlara qarşı kin-küdurət, nifrət və həsəd olmasın deyə dua edən bəndələrini tərifləyir. Uca Allah İbrahim Peyğəmbərin duasını qeyd etdikdə buyurur:
يَوْمَ لاَ يَنفَعُ مَالٌ وَلاَ بَنُونَ إِلاَّ مَنْ أَتَى ٱللَّهَ بِقَلْبٍ سَلِيمٍ [الشعراء:88، 89]
"O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!" Şuəra: 88-89.
Sayta qoyulub: 22:12 09.05.2008 [610 dəfə oxunub]
Ey müsəlmanlar, bilin ki, İslam şəriəti böyük bir məqsədi həyata keçirmək, dəyərli işi icra etmək üçün gəlmişdir. Bu, Allahın və məxluqatın hüquqlarını qorumaqdır.
قال الله تعالى: وَٱعْبُدُواْ ٱللَّهَ وَلاَ تُشْرِكُواْ بِهِ شَيْئاً وَبِٱلْوٰلِدَيْنِ إِحْسَـٰناً وَبِذِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَـٰمَىٰ وَٱلْمَسَـٰكِينِ وَٱلْجَارِ ذِى ٱلْقُرْبَىٰ وَٱلْجَارِ ٱلْجُنُبِ وَٱلصَّـٰحِبِ بِٱلجَنْبِ وَٱبْنِ ٱلسَّبِيلِ وَمَا مَلَكَتْ أَيْمَـٰنُكُمْ إِنَّ ٱللَّهَ لاَ يُحِبُّ مَن كَانَ مُخْتَالاً فَخُوراً [النساء: 36]
Uca Allah buyurur: "Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə, əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!" Nisə: 36.
Hüquqların icrası, zülmün yox edilməsi və s. bu kimi digər qayələr, böyük qayədən yəni, Allahın və məxluqatın haqqına vəfalı olduqdan sonra gəlməlidir. Çünki bu böyük qayə digərləri üçün bir yoldur.
Sayta qoyulub: 08:18 28.04.2008 [1335 dəfə oxunub]
Səhabələr arasında baş verən ixtilafın səbəbi
(Allah onlardan razı olsun)

Mötəbər məlumatlara əsasən Talha, Zubeyr və Aişə, Osmanın (Allah ondan razı olsun) qisasını almaq üçün çıxmışdılar. Əli xilafətə gəldikdə Osmanın təyin etdiyi bəzi valiləri: Xalid ibn Səid ibn əl-Ası və o cümlədən də Müaviyə ibn Əbu Sufyanı vəzifədən çıxartdığını elan etdi. Bunu eşidən Müaviyə vəzifəsindən çıxmaq üçün razılıq verməyərək dedi: Məni vəzifəmdən kim çıxarır?
Dedilər: Əli.
Sayta qoyulub: 22:29 16.04.2008 [923 dəfə oxunub]
Fitnənin başlanğıcı
Fitnənin səbəbləri!
Birinci və əsas səbəb: Abdullah ibn Səba adlı yahudidir[1].
Əvvəlki alimlər belə bir insanın həqiqətən mövcudluğunu dəfələrlə qeyd etmişlər. Hətta bir neçə bidətçi firqələri İbn Səbaya nisbət edərək: əs-Səbiyyə yaxud əs-Səbaiyyə adlandırmış və bu təriqətlərin özünəməxsus əqidələri olduğunu qeyd etmişlər.
Sayta qoyulub: 05:50 11.04.2008 [982 dəfə oxunub]
Nəhrəvan döyüşündən iki il keçdikdən sonra ara sakitləşən bir vaxtda xəvariclərdən üç nəfər könüllü, Əli ibn Əbu Talibi, Müaviyə ibn Əbu Sufyanı və Amr ibn əl-Ası qətlə yetirmək haqda Məkkə şəhərində əhd bağladılar.
Onlar deyirdilər: Bu üç nəfəri qətlə yetirməklə Allaha ibadət edək. Onların iddiasına görə bu yolla camaatı bu üç nəfərdən xilas etmək lazımdır. Əbdürrəhman ibn Mülcəm əl-Muradi dedi: Mən Əlini öldürəcəyəm. Əl-Bərak ət-Təmimi dedi: Mən isə Müaviyəni öldürəcəyəm. Amr ibn Bəkr ət-Təmimi isə dedi: Mən isə Amr ibn əl-Ası öldürəcəyəm. Onlar qətli Ramazan ayının on yeddinci gecəsi etməyi qərarlaşdırdılar.
Sayta qoyulub: 06:21 09.04.2008 [885 dəfə oxunub]
  • Cəməl döyüşü

  • Səffeyn döyüşü

  • Nəhrəvan döyüşü