Sübh05:53
Günəş07:24
Zöhr12:54
Əsr15:56
Məğrib18:24
İşa19:44
Cümə namazı: 13:00
Bütün ayın cədvəli
Sayta qoyulub: 04:00 13.08.2007 [1713 dəfə oxunub]
Bizə kamil şəkildə gəlib çatan elmi fəsillərə malik ilk hədis kitabı imam Malikin -Allah ona rəhmət etsin- "Muvatta" əsəridir. Allah onu insanlara sevdirmişdir. Muvatta imam Malikin zamanında yazılmış kitabların ən yaxşısı və ən çox faydalısı hesab olunur. Imam Şafii -Allah ona rəhmət etsin- "Muvatta" əsərini öz zamanına qədər yazılmış bütün hədis kitablarından daha üstün tutaraq demişdir:
Sayta qoyulub: 07:00 09.08.2007 [1506 dəfə oxunub]
İmam Əhməd kimdir?

Onun tam adı, Əhməd ibn Hənbəl ibn Hiləl əş-Şeybənidir. Bu böyük alim, əhli Sünnənin və hədis elminin imamıdır. O, hicrətin 164-cü ilində anadan olmuş və 241-ci ilində vəfat etmişdir.
Imam Şafii demişdir: "Bağdadı tərk etdiyim zaman orada Əhməd ibn Hənbəldən daha elmli və daha əfzəl bir kəs yox idi."
Ibrahim əl-Hərbi deyir: "Əhmədi gördüm. Sanki Allah keçmişdə və gələcəkdə yaşayan bütün insanların elmini onda cəm etmişdir."
Sayta qoyulub: 02:52 04.08.2007 [1214 dəfə oxunub]
Imam ibn Macə kimdir?

Onun tam adı, Əbu Abdulla Məhəmməd ibn Yezid ibn Macə mövla ər-Rabiu əl-Qazvinidir. Böyük təfsirçi alimlərdəndir. Hicrətin 209-cu ilində anadan olmuş və 273-cü ilində vəfat etmişdir.
Böyük alim Əbu Yəla əl-Xəlili demişdir: "Ibn Macə bütün alimlərə görə mötəbər, hamı tərəfindən qəbul edilən və hədis elmlərinə malik olan böyük alimdir."
Sayta qoyulub: 07:00 29.07.2007 [1129 dəfə oxunub]
Rəhimli və mərhəmətli Allahın adı ilə

Imam Nəsai kimdir?

Onun tam adı, Əbu Abdurahman Əhməd ibn Şueyb ibn Əli ibn Bəhr ibn Sinən ən-Nəsaidir. Hicrətin 215-ci ilində Xorasanın məhşur vilayəti olan Nəsədə anadan olmuş və hicrətin 303-cü ilində Fələstində Ramlə şəhərində vəfat etmişdir.
Dəraqutni demişdir: "Əbu Abdurrahman yaşadığı əsrdə bu elimlə məşğul olan hər bir kəsdən daha üstündür."
Sayta qoyulub: 07:01 30.06.2007 [1455 dəfə oxunub]
İmam Tirmizi
-Allah ona rəhmət etsin-
və onun "Sünən (əl-Cəmi)" əsəri ilə tanışlıq.

Imam Tirmizi kimdir?
Tam adı Əbu Isa Məhəmməd ibn Isa ibn Səvra ət-Tirmizidir. O, hicrətin 209-ci ilində anadan olmuş və 279-ci ilində vəfat etmişdir. Tirmizi Buxarinin yanında uzun müddətli dərs alan tələbələrdən biri idi.
Sayta qoyulub: 06:29 21.06.2007 [1165 dəfə oxunub]
Rəhimli və mərhəmətli Allahın adı ilə


Imam Əbu Davud kimdir?

Imam əbu Davudun tam adı Süleyman ibn əl-Əşəs ibn Ishaq ibn Bəşir əl-Əzdi əs-Sicistənidir. O, Muhəmməd peyğəmbərin -ona Allahın salavatı və salamı olsun- hədislərini əzbərləyən hafizlərindən biridir. Hicrətin 202-ci ilində anadan olmuş və 275-ci ilində vəfat etmişdir.
Sayta qoyulub: 21:24 14.06.2007 [1611 dəfə oxunub]
Imam Müslim kimdir?

Tam adı Əbu əl-Hüseyn Müslim ibn Həccəc ən-Neysəburidir. Hicrətin 206-cı ilində Neysəbur şəhərində anadan olmuş və 261-ci ilində vəfat etmişdir. Hədis öyrənmək üçün Hicaza, Misirə, Şama və Iraqa səfər etmişdir. Hədis elminin hafizlərindən və imamlarından sayılır. Imam Müslimin zamanında və ondan sonra yaşayan alimlər onun elmdə qüvvətli və hərtərəfli olmasını təsdiq etmişlər.
Sayta qoyulub: 04:42 07.06.2007 [2900 dəfə oxunub]
Rəhimli və mərhəmətli Allahın adı ilə
Hafiz ləqəbli alim Zəhəbi demişdir: "Buxarinin "Cəmius-Səhih" adlı əsərinə gəlincə o, İslamın ən möhtəşəm kitablarındandır. O, uca Allahın kitabından sonra ən əfzəl kitabdır. Insan onu dinləmək üçün min fərsəx yol qət etsə belə bu səfərlə vaxtını zay etmiş sayılmaz."