Məkkə surələrindəndir.
İmam Əhməd deyir: Bizə Əbu Əbdürrəhman Abdulla ibn Amrdan belə nəql edir ki, bir nəfər Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yanına gəlib dedi: "Oxut mənə, ey Allahın elçisi!" Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) ona dedi: "Əlif, Ləm, Ra ilə başlayan üç surə oxu!" Həmin adam Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) dedi: "Yaşım adlayıb, qəlbim yab gətirmir, dilim də ağırlaşıb". Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) buyurdu: "Hə-mim hərfləri olan surələrdən oxu!" Həmin adam əvvəlki sözlərini bir daha təkrarladı. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) dedi: "Təsbehat ilə başlayan üç surə oxu!" Həmin kişi yenə də əvvəlki kimi cavab verdi, sonra isə dedi: "Ey Allahın elçisi, mənə içərisində hamısı cəmləşmiş bir surə oxut!" Belə olan halda Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) ona "Yer titrəyib lərzəyə gələcəyi zaman!" surəsini oxutdurdu. Surə sona çatdıqda həmin kişi dedi: "Səni haqq peyğəmbər olaraq göndərənə and olsun ki, bundan artıq heç nə oxumayacam". Adam çıxıb gedəndə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) "Adamcığaz qurtuldu! Adamcığaz qurtuldu!" - deyə buyurdu, sonra "Ona yanıma qaytarın!" deyə göstəriş verdi. Kişi qayıdıb gəldikdə Allahın elçisi (ona Allahın salavatı və salamı olsun!) ona dedi: "Mənə qurban bayramı əmr edildi. Allah onu bu ümmətə bayram qılmışdır". Həmin adam soruşdu: "Dişi bir qoyundan başqa bir şey tapmasam, onu qurban kəsimmi?" Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) buyurdu: "Xeyr! Lakin sən saçını qılsatsan, dırnaqlarını tutsan, bığını gödəltsən və qoltuqaltlarını təmizləsən, bax bu, Allah qatında sənin qurbanının tamamlayıcı ünsürü olar". Hədisi Əbu Davud və Nəsai Əbu Əbdürrəhmanın rəvayət etdiyi hədisdən götürmüşlər.