Sübh04:25
Günəş06:20
Zöhr13:37
Əsr17:33
Məğrib20:54
İşa22:33
Cümə namazı: 14:00
Bütün ayın cədvəli
Sayta qoyulub: 05:39 24.01.2008 [894 dəfə oxunub]
Məkkə surələrindəndir.

Daha öncə qeyd edildiyi kimi Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) Muaza belə demişdi: "Kaş ki, "əl-Əla", "əş-Şəms" və "əl-Leyl" surələri ilə namaz qılsaydın..."

Bismilləhir Rəhmanir Rəhim

1) And olsun bürüməkdə olan gecəyə;
2) And olsun işıqlanmaqda olan gündüzə;
3) And olsun kişini və qadını yaradana ki,
4) Sizin can atdıqlarınız müxtəlifdir.
5) Kim versə, qorxsa,
6) Və ən gözəl olanı təsdiq etsə,
7) Biz ona ən asan olanı müyəssər edəcəyik!
8) Amma kim xəsislik etsə, möhtac olmadığını sansa,
9) Və ən gözəl olanı yalan saysa,
10) Biz ona ən çətin olanı müyəssər edəcəyik!
11) Düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz.
Sayta qoyulub: 06:08 23.01.2008 [817 dəfə oxunub]
Məkkə surələrindəndir.

Buxari və Muslimin eyni adlı "Səhih" kitablarında varid olan Cabirin hədisi daha öncə xatırlanmışdı. Belə ki, həmin hədisdə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) Muaza belə demişdi: "Kaş ki, "Əl-Əla, əş-Şəms və əl-Leyl surələri ilə namaz qılsaydın..."

Bismilləhir Rəhmanir Rəhim

1) And olsun günəşə və onun işığına;
2) And olsun ardınca çıxan aya;
3) And olsun onu parıldadan gündüzə;
4) And olsun onu örtən gecəyə;
5) And olsun göyə və onu yaradana;
6) And olsun yerə və onu döşəyənə;
7) And olsun nəfsə və onu yaradıb biçim verənə!
8) Ona günahlarını və təqvasını təlqin edənə ki,
9) Nəfsini təmizləyən artıq nicat tapıb.
10) Onu batıran isə, əlbəttə, xüsrana uğrayıb.
Sayta qoyulub: 18:56 19.01.2008 [836 dəfə oxunub]
Mərhəmətli və Rəhimli Allahın adı ilə!

1) And içirəm bu şəhərə!
2) Sən də bu şəhərin sakinisən;
3) And olsun valideynə və onun törəməsinə ki,
4) Biz insanı məşəqqətdə yaratdıq!
5) O heç kəsin ona gücü çatmayacağınımı zənn edir?
6) "Mən çoxlu mal-dövlət sərf etmişəm!" - deyir?
7) O heç kəsin onu görmədiyinimi güman edir?!
8) Məgər Biz onda iki göz var etmədikmi?!
9) Eləcə də bir dil və iki dodaq?!
10) Biz ona iki yol göstərmədikmi?!
Sayta qoyulub: 11:12 07.01.2008 [857 dəfə oxunub]
Məkkə surələrindəndir.


Nəsai deyir: Əbdülvahhab ibn Həkəm, Yəhya ibn Səid vasitəsilə Cabirin belə dediyini nəql etmişdir: Muaz namaz qılırdı. Bir nəfər də gəlib onunla namaz qıldı. Muaz namazını uzatdı. O birisi isə məscidin bir tərəfində namazını qılıb çıxıb getdi. Bu hal Muaza xəbər verildikdə, o həmin kişinin münafiq olduğunu söyləmişdi. Bu hadisədən Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) xəbər tutduqda, həmin gənci yanına çağırıb ondan bu haqda soruşdu.Gənc belə cavab verdi: "Ey Allahın elçisi, mən onunla namaz qılmaq üçün gəldim, ancaq onun namazı mənə uzun gəldi. Ona görə də ondan ayrılıb məscidin bir tərəfində tək namaz qıldım. Sonra da dəvəmin yemini verdim". Bundan sora Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: "Of, of, ey muaz! "Ən uca olan Rəbbinin adınıa təriflər de! (əl-Əla surəsi), "And olsun günəşə və onun işığına!" (əş-Şəms surəsi), "And olsun fəcrə!" (əl-Fəcr surəsi) və "And olsun bürüməkdə olan gecəyə!" (əl-Leyl surəsi) surələri harada idi?!"
Sayta qoyulub: 16:20 29.10.2007 [1152 dəfə oxunub]
ƏL-ĞAŞİYƏ surəsinin təfsiri
Məkkə surələrindəndir.
Daha əvvəldə də Numan ibn Bəşirdən nəql edilirdi ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) ) bayram namazlarında və Cümə namazında "Ən uca olan Rəbbinin adına təriflər de!" (əl-Əla surəsi) və "Çulğayanın xəbəri sənə gəlib çatdımı?" (əl-Ğaşiyə surəsi) surələrini oxuyardı.
Sayta qoyulub: 15:13 18.08.2007 [1265 dəfə oxunub]
Məkkə surələrindəndir.

Abdulla ibn İmam Əhməd deyir: Atam, Abdulla bin Məhəmməd vasitəsilə Əbdürrəhman ibn Xalid ibn Cəbərldən nəql etdi ki, ona atası danışmışdır: O, Rəsulullahı (s) Səqif bazarında oxuna və ya əsasına söykənmiş halda görmüşdü. Onlardan kömək istəmək üçün gəlmişdi. Onun bu surəni oxuduğunu eşitdim: "And olsun göyə və gecə yolçusuna!" O, bu surəni axıra kimi oxudu". Sonra Xalid ibn Cəbəl deyir ki, mən cahiliyyə dövründə mşrik idim və bunu əzbərlədim, sonra İslama daxil oldum. Müsəlman olduqdan sonra da həmin surəni oxudum. Səqif qəbiləsi məni çağırıb dedi: "O adamdan nə eşitdin sən?" Mən də onlara eşitdiyim bu surəni oxudum. Onların yanında olan qureyşlilər dedilər: "biz öz adamımızı daha yaxşı tanıyırıq. Əgər onun dediklərinin haqq olduğunu bilsəydik, mütləq biz onu qəbul edərdik.
Sayta qoyulub: 02:57 04.08.2007 [1292 dəfə oxunub]
Məkkə surələrindəndir.

İmam Əhməd deyir: Əbdüssaməd, Zureyz ibn Sələmə vasitəsilə Əbul Muhzəmdən nəql edir ki, Əbu Hureyrə (Allah ondan razı oslun!) demişdir: "Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) sonuncu - İşa namazında "And olsun bürclərlə dolu səmaya!" və "And olsun səmaya və Taqiqə!" surələrini oxuyardı". Yenə də Əhməd deyir: Əbu Səid, Həmmad ibn Abbad əs-Sədusi vasitəsilə Əbu Hureyrənin belə dediyini rəvayət etmişdir: "Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) İşa namazında səməlara and içilən surələri oxumağı əmr etmişdir". Bu hədis İmam Əhmədin rəvayəti ilə munfəriddir.
Sayta qoyulub: 07:36 26.07.2007 [1029 dəfə oxunub]
Məkkə surələrindəndir.


Malik, Abdulla ibn Yezid vasitəsilə Əbu Sələmədən rəvayət edir ki, Əbu Hureyrə onlara "Göy yarılacağı zaman" (əl-İnşiqaq surəsi) surəsini oxudu və səcdə etdi. Səcdədən qalxdıqdan sonra, onlara Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) bu surəni oxuyarkən səcdə etdiyini bildirdi.
Sayta qoyulub: 20:44 15.07.2007 [1094 dəfə oxunub]
Mədinə surələrindəndir.
Bismilləhir Rəhmanir Rəhim!

1) Əksik ölçüb çəkənlərin vay halına!
2) O kəslər ki, insanlardan aldıqları zaman tam ölçüb alar;
3) Onlar üçün ölçüb çəkdikdə isə əskildərlər.
4) Onlar yenidən dirildiləcəklərini heç düşünmürlərmi?!
5) Özü də böyük bir gün üçün?!
6) O gün bütün insanlar aləmlərin Rəbbinin hüzurunda dayanacaqlar.
Sayta qoyulub: 00:21 07.07.2007 [1100 dəfə oxunub]
Məkkə surələrindəndir.

Nəsai deyir: Məhəmməd ibn Qudəmə Cabirdən nəql edərək bildirir ki, Muaz namaza qalxdı, İşa namazını qıldı və namazı uzatdı. Bu vaxt Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) iki dəfə "Uf, ey Muaz! Bəs "Səbbih ismə Rabbikəl Əla" ("Əl-Əla" surəsi), "əd-Duha" və "İzəs-səməu infətərat" ("əl-İnfitar" surəsi) harda qaldı?" Hədisin əsli Buxari və Muslimin ayrı-ayrı "Səhih" kitablarındadır.
Sayta qoyulub: 06:43 30.06.2007 [1194 dəfə oxunub]
"TƏKVİR" surəsi
Məkkə surələrindəndir.

İmam Əhməd deyir: Bizə Əbdürrəzzaq, Abdulla ibn Buheyr əl-Qasdan, o da Əbdürrəhman ibn Yezid əs-Sənanidən nəql edir ki, İbn Ömər Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) belə buyurduğunu eşitmişdir:
Sayta qoyulub: 06:21 21.06.2007 [1255 dəfə oxunub]
ƏBƏSƏ surəsi
Məkkə surələrindəndir.
Bismilləhir Rəhmani Rəhim!

1) Qaşqabağını töküb üzünü çevirdi. 2) Yanına kor gəldi deyə; 3) Nə bilirsən, bəlkə də, o təmizlənəcək! 4) Yaxud öyüd alacaq və öyüd ona fayda verəcək. 5) Ehtiyacsız olduğunu hesab edənə gəlincə;
Sayta qoyulub: 07:04 12.06.2007 [1182 dəfə oxunub]
ƏN-NAZİAT surəsi
Məkkə surələrindəndir.
Bismilləhir Rəhmanir Rəhim!
1) And olsun sərtliklə alanlara; 2) And olsun rahatlıqla alanlara; 3) And olsun üzdükcə üzənlərə; 4) And olsun ötdükcə ötənlərə; 5) And olsun işi səhmana salanlara; 6) O gün sarsıntı baş verəcək.
Sayta qoyulub: 05:30 05.06.2007 [1361 dəfə oxunub]
NƏBƏ surəsinin təfsiri
Məkkə surələrindəndir.
Bismilləhir Rəhmanir Rəhim!
1) Bir-birindən nə haqqında soruşurlar? 2) O, böyük xəbər haqqındamı? 3) O, elə bir xəbərdir ki, onun barəsində ixtilafdadırlar. 4) Xeyr, onlar yaxında mütləq biləcəklər! 5) Yenə də xeyr, onlar yaxında mütləq biləcəklər!