Sübh04:25
Günəş06:20
Zöhr13:37
Əsr17:33
Məğrib20:54
İşa22:33
Cümə namazı: 14:00
Bütün ayın cədvəli
Sayta qoyulub: 15:05 29.09.2007 [706 dəfə oxunub]
Müəzzinə aid olan müstəhəb əməllər:[1]
Müəzzinin aşağadakı sifətlərə yiyələnməsi müstəhəbdir (bəyənilən haldır):
1. Müəzzinin azan verməkdə məqsədi, Allah rizasını qazanmaq olmalı və azana görə maaş almamalıdır. Osman ibn Əbul As deyir ki, mən Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedim: Ey Allahın elçisi, məni öz qövmimə imam təyin et. O, dedi: "(bu gündən) Sən onların imamısan. (camaata namaz qıldıranda) Zəifləri nəzərə al və azan verdiyinə görə maaş istəməyən bir müəzzin götür"[2].
Sayta qoyulub: 20:20 26.09.2007 [768 dəfə oxunub]
Azan və iqaməni eşidərkən müəzzinin dediklərini təkrarlamaq müstəhəbdir.
Əbu Səid Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Azanı eşidərkən müəzzinin dediklərini siz də deyin"[1].
Sayta qoyulub: 20:18 26.09.2007 [744 dəfə oxunub]
Azan, namaz vaxtının daxil olduğunu xüsusi sözlərlə bildirmək deməkdir[1]. Onun hökmü vacibdir.
Malik ibn əl-Huveyris Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Namaz vaxtı yetişdikdə biriniz azan versin, böyüyünüz isə namazda sizə imamlıq etsin"[2]. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) azan verməyi əmr etmişdir. Məlum məsələdir ki, əmr olunan əməl, onun vacib olmasına dəlalət edir.
Sayta qoyulub: 20:14 26.09.2007 [946 dəfə oxunub]
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Mən altı şeylə Peyğəmbərlərdən üstün edilmişəm: Mənə mənası geniş olan sözlər bəxş edilmişdir. Mənə (düşmənin qəlbinə) qorxu salınmaqla kömək verilmişdir. Qənimət mənə halal edilmişdir. Yer üzü mənim üçün paklıq və səcdəgah edilmişdir...
Sayta qoyulub: 06:06 24.09.2007 [1568 dəfə oxunub]
Uqbə ibn Amir (Allah ondan razı olsun) deyir ki, "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə günün üç vaxtı namaz qılmağı və ya ölülərimizi basdırmağı qadağan edirdi. Günəş doğub tam yüksələnə qədər, günorta kölgə itən vaxtdan günəş zenit xəttini keçənə qədər, günəş batmağa doğru meyl edib ta batana qədər".
Sayta qoyulub: 03:23 23.09.2007 [953 dəfə oxunub]
Hansı halda namazın vaxtına yetişilir?
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Kim günəş çıxmadan öncə Sübh namazının bir rükətini qılarsa, Sübh namazına çatmışdır. Kim günəş batmadan öncə Əsr namazının bir rükətini qılarsa, Əsr namazına çatmışdır"[1].
Sayta qoyulub: 03:56 09.09.2007 [1535 dəfə oxunub]
Namaz kimə vacibdir?

Namaz, hər bir həddi-büluğa çatan, ağılı başında olan müsəlmana vacibdir.
Əli (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Üç insandan qələm qaldırılmışdır (etdiklərinin məsuliyyətindən azad olunmuşdur):...
Sayta qoyulub: 22:39 04.09.2007 [2120 dəfə oxunub]
Müsəlmanların yekdil rəyinə əsasən namazın vacibliyini inkar edən şəxs küfr edir və İslamdan çıxır. Namazın vacibliyini təsdiq edib, onu tərk edənin hökmü haqqında fikir ayrılı mövcuddur. Bu ixtilafa səbəb, Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəvayət olunan hədislərdə, namazı inkar edib tərk edənlə, tənbəllik üzündən tərk edən arasında açıq-aşkar fərq qoyulmadan namazı tərk edənin kafir adlandırılmasıdır.
Sayta qoyulub: 21:55 30.08.2007 [1711 dəfə oxunub]
Fərz buyurulan namazlar beşdir: Zöhr, Əsr, Məğrib, İşa və Sübh.
Ənəs ibn Malik (Allah ondan razı olsun) deyir ki, "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) İsraya gedərkən namaz ona əlli rükət fərz buyurulmuşdu. Sonra azaldılıb beş edildi.
Sayta qoyulub: 15:06 18.08.2007 [1627 dəfə oxunub]
Bu bölmədə aşağıdakı mövzulardan bəhs edilir:
1. Heyz və nifasla bağlı hökmlər
2. Heyz və nifas səbəbi ilə haram olan əməllər
3. Heyzli qadına cinsi yaxınlıq edənin hökmü
4. İstihazə
5. İstihazəli qadınla əlaqədar hökmlər
Sayta qoyulub: 07:00 16.08.2007 [828 dəfə oxunub]
Təyəmmümün şəriətdə təsdiqi
Təyəmmüm etməyə əsas verən hallar
Pak torpaq nədir?
Təyəmmüm etməyin qaydası
Təyəmmümü batil edən amillər
Divar ilə təyəmmüm etməyin icazəli olması
Sayta qoyulub: 07:00 09.08.2007 [2400 dəfə oxunub]
Bu fəsildə aşağıdakı mövzulardan bəhs edilir:
1. Qüslü vacib edən hallar
2. Qüslün rüknləri
3. Qüslün müstəhəb qaydası
4. Hansı hallarda qüsl almaq bəyənilir?
Sayta qoyulub: 03:05 04.08.2007 [1073 dəfə oxunub]
Xöfflərin üzərinə məsh etməyin şərtləri:
Məshin müddəti:
Məsh edilən yerin və məshin vəsfi:
Corabın və ayaqqabının üzərinə məsh etmək:
Məshi batil edən amillər:
Sayta qoyulub: 02:51 04.08.2007 [830 dəfə oxunub]
Hansı hallarda dəstəmaz almaq vacib sayılır
(dəstəmazsız şəxsə haram olan əməllər)

1. Namaz qıldıqda: Allah təala buyurur: "Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və ..."[1]
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir ki, "Allah, dəstəmazsız namazı qəbul etməz"[2].
2. Kəbəni təvaf etdikdə: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Kəbəni təvaf etmək namazdır, amma Allah bu zaman danışmağa icazə vermişdir"[3].
Sayta qoyulub: 07:00 29.07.2007 [1718 dəfə oxunub]
Namaz üçün təmizlənmək (təharət etmək)
Dəstəmaz almağın qaydası
Dəstəmazın düzgün olması üçün şərtlər
Dəstəmazın fərz əməlləri
Dəstəmazın bəyənilən əməlləri (sünnələri)
Dəstəmazı pozan amillər
Sayta qoyulub: 05:20 26.07.2007 [1273 dəfə oxunub]
Qızıl və gümüş qablar istisna olmaqla, yerdə qalan hər cür qabdan istifadə etmək olar. Qızıl və gümüş qabların ümumi istifadəsindən fərqli olaraq, bu qablarda yemək-içmək xüsusi şəkildə haram edilmişdir. Huzeyfə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir:
Sayta qoyulub: 08:03 21.07.2007 [1556 dəfə oxunub]
1. Ayaqyoluna daxil olmaq istədikdə bu duanı demək müstəhəbdir (yaxşıdır):
"Bismilləh, Allahummə inni əuzu bikə minəl xubsi vəl xəbais" (Allahın adı ilə. Allahım, dişi və erkək cinlərin şərrindən Sənə sığınıram). Buna dəlil, Əlinin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdir. Hədisdə deyilir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Adəm övladı ayıb yerlərini cinlərdən qorumaq üçün ayaqyoluna girdikdə bismilləh (Allahın adı ilə) deməlidir"[1].
Sayta qoyulub: 08:03 21.07.2007 [950 dəfə oxunub]
Əbu Hureyrə (Allah ondan razı olsun), Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Beş şey fitrətdəndir: ayıb yerlərini qırxmaq, sünnət olmaq, bığları qısaltmaq, qoltuqaltı tükləri yolmaq və dırnaqları tutmaq"[1].
Sayta qoyulub: 21:32 15.07.2007 [1336 dəfə oxunub]
Təharət sözü ərəb dilində çirkabdan təmizlənmək və pak olmaq mənasını verir. İstilahi mənada (termin olaraq) murdar şeylərin təmizlənməsi və ya dəf edilməsi anlamına gəlir[1].

Birinci fəsil: Sular
Göydən yağan və ya yerdən çıxan hər bir su təmizləyicidir.
Sayta qoyulub: 21:32 15.07.2007 [1409 dəfə oxunub]
Ərəb dilində nacasət sözü, nəcasə sözünün cəmidir. Nəcasət (murdar), sağlam təbiətli insanların iyrəndiyi, özlərini ondan qoruduğu, paltarına dəydikdə onu yuduğu şeylərdir. Məsələn, nəcis, sidik və s.[1]
Əşyalar əslən təmiz və mübah sayılır. Kim hansısa bir şeyin murdar olduğunu iddia edirsə bunun üçün mütləq sübut gətirməlidir. Əgər subut gətirə bilsə o deyəndir.