Sübh05:53
Günəş07:24
Zöhr12:54
Əsr15:56
Məğrib18:24
İşa19:44
Cümə namazı: 13:00
Bütün ayın cədvəli
Sayta qoyulub: 00:31 26.12.2009 [5258 dəfə oxunub]
Şeyx Saleh əl-Liheydan onun adından Azərbaycan haqqında yayılan söz-söhbətə açıqlama verdi. Açıqlamanı sizin diqqətinizə çatdırııq
Sayta qoyulub: 07:52 24.05.2008 [4047 dəfə oxunub]
Əziz müsəlman bacı və qardaşlar!
Sizə Allahın salamı, rəhməti və bərəkəti olsun!
Bu gün həm bizim həm də digər müsəlman cəmiyyətlərdə özlərini din təəssübkeşləri, "alləmə" kimi təqdim edib insanları səhv fikirlərə, ümmət üçün xeyirsiz olan işlərə sürükləməyə çalışanlar vardır.
Lakin bizim hər birimiz ümmətə aid olan və olmayan məsələlərdə din xadimlərinə, mötəbər alimlərə müraciət etməliyik. Günün aktula məsələlərindən biri də cavanların İraqa döyüşlərə göndərilməsi və bu əməlin Allah yolunda cihad adlandırılmasıdır. Elə bu xüsusla biz sizə Mətəbər alimlərdən olan Şeyx Fovzanın, Məhəmməd ibn Səud adına İslam universitetində söylədiyi çıxışından iqtibas edib sizə təqdim edirik.
Sayta qoyulub: 14:34 31.03.2008 [4721 dəfə oxunub]
Demək bu səsli fayl şeyx İbn Bəzin a.r.e. əd-Dəmətul Bəziyyə yəni, İbn Bəzin göz yaşları adlı kasetindən tərcümə edilmişdir. Kasetdə əl-Maidə 44 ayəsi və bu gün şəriəti kənara qoyub dünyəvi qanunları hakim edən rəhbərlər ətrafında danışılır. Sizə maraqlı olsun deyə şeyxin mövqeyini burada açıqlamaq istəmirəm. Buyurun dinləyin. Allah bizi haqq yolda sabit etsin və din adıyla haqq yoldan azmağa qoymasın. Amin!
Sayta qoyulub: 04:02 20.01.2008 [5056 dəfə oxunub]
Şeyx Saleh əl-Fovzan bu gün dünyada müsəlman gəncləri üsyana təhrik edən və onları dırnaqarası "cihada" səsləyən: Usamə ibn Laden, əl-Fəqİh, əl-Mişəri və onların həmfikirləri barəsində verdiyi fətvalar.
Sayta qoyulub: 06:09 14.01.2008 [3180 dəfə oxunub]
Sual:
Möhtərəm şeyx sualda deyilir ki, bir nəfər var o, məscidin imamıdır. Onun qeyri düzgün fikirləri vardır. Biz ona nəsihət edirik amma o isə öz dediyindən dönmür, nəsihəti dinləmir.
Demək həmin adam partlayışlar törədənlər üçün dua edir, onlar bizim qardaşlarımızdır deyir, deyir ki, siz onların yerlərini bildirməklə günah qazanırsınız. Möhtərəm şeyx siz bu sözlər haqqında nə deyə bilərsiniz? Allah sizi xeyirlə mükafatlandırsın.

Cavab:
Sayta qoyulub: 04:31 17.09.2007 [2557 dəfə oxunub]
Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu
Əziz qardaş və bacılar!
Hazırladığımız bu material hal-hazırda Səudiyyə Ərəbistanın Müftisi Əbdüləziz Ali Şeyxin "əl-Məcd" telekanalında qonağı olduğu dialoq məclisidir. Məclisdə bu gün geniş yayılmış, insanları çaş-baş salmış dinin ən çətin bir sahəsi, "Təkfir və onunla bağlı məsələlər" ətrafında müzakirə aparılır. Şeyx bu görüşündə məsləni çox gözəl və bəsit şəkildə açıqlayır. Elə bu və digər müsbət cəhətlərinə görə biz bu materialı tərcümə edib sizlərə çatdırmaq qərarına gəldik. Mühazirə əslində "video" formatlıdır. Lakin saytımızın texniki imkanları daxilində sizə yalnız bu mühazirənin yazılı və "audio" formasını təqdim edə bilirik. Video materialı isə siz məscidimizin ətrafındakı dükanlardan əldə edə bilərsiniz.
Allahdan istərdik ki, bizi elm nuru ilə bəsirətləndirsin...Amin!
_______________________________________________________________
Sayta qoyulub: 00:23 20.08.2007 [3012 dəfə oxunub]
Rəhimli və mərhəmətli Allahın adı ilə

İbn Teymiyyə (Allah ona rəhmət etsin) "Minhəcus sünnə" əsərində səhabələr haqda danışarkən "Allahın nazil etdiyi ilə hökm verməyənlər" məsələsinə də toxunmuşdur. O demişdir: "Uca Allah buyurur: "Onlar yalana qulaq asanlar və haram yeyənlərdir. Əgər yanına gəlsələr, aralarında hökm et və ya onlardan üz çevir. Əgər onlardan üz döndərsən, sənə heç bir zərər verə bilməzlər. Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalət sahiblərini sevər! İçərisində Allahın hökmü olan Tövrat əllərində ola-ola səni necə (nə üzlə) hakim təyin edir, sonra da ondan (sənin Tövrata müvafiq verdiyin hökmdən) üz çevirirlər? Onlar iman gətirmiş (mömin) kimsələr deyildirlər. Şübhəsiz ki, Tövratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır.
Sayta qoyulub: 06:57 26.07.2007 [2252 dəfə oxunub]
Şeyx Albani (Allah ona rəhmət etsin) müsəlmanlara nəsihət edərək deyir:
"İnsanlar (möminlər) yalnız: "İman gətirdik!" - demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da, yalançıları da çox gözəl tanıyar!"
(Ənkəbut: 2-3)
Sayta qoyulub: 07:11 30.06.2007 [2204 dəfə oxunub]
İnternet vasitəsi ilə Faransadan belə bir sual verilir ki, bu gün müsəlman rəhbərlərini ümumi və fərdi şəkildə kafir sayanlara qarşı bizim mövqeyimiz necə olmalıdır?
Bu fikirdə olan insanlar xəvaric sayılırlarmi?
Bizə bu haqda faydalı bir tövsiyə edin. Allah sizi xeyirlə mükafatlandırsın!
Sayta qoyulub: 06:09 21.06.2007 [2101 dəfə oxunub]
Səudiyyə ərəbistanın əl-Vətən adlı qəzetində yayımlanan və rəsmi saytlarından götürülən məqalədə deyilir:
Son illər mediyada yayımlanan bir çox fətvalar, cihad və müsəlmanlara kömək adıyla İraqda gedən döyüşlərə qatılmağın haram olmasını bir daha göstərir. Belə fətvalardan biri Səudiyyə Ərəbistanın baş müftisi Şeyx Əbdüləziz ibn Abdullah Ali Şeyxin fətvasıdır. Fətvada deyilir:...
Sayta qoyulub: 20:44 14.06.2007 [1605 dəfə oxunub]
Bu material, Mədinə şəhəri İslam Universitetində təhsil alan bir nəfər azərbaycanlı tələbə tərəfindən, Əbdüləziz Ali Şeyxə ünvanlanan suallar və onların dilimizə tərcüməsidir. Suallar, namaz qılmayan və Allaha şərik qoşan insanlara münasibət, onlara cənazə namazı qılınması haqqındadır. Sonda isə şeyxin Azərbaycan müsəl-
manlarına tövsiyəsidir. Dinləmək məsləhətdir!
Sayta qoyulub: 02:34 10.06.2007 [1516 dəfə oxunub]
Sualda da deyildiyi kimi, səyahət və ya ziyarət üçün müsəlman ölkəmizə daxil olan kafir insanlar yalnız müsəlman rəhbərin izini ilə ölkəyə daxil olduqları üçün onlara qarşı təcavüz etmək düzgün deyil, çünki o aman verilməsi üçün əhd bağlayan kafirdir.
Sayta qoyulub: 04:39 07.06.2007 [1116 dəfə oxunub]
Rəhimli və mərhəmətli Allahın adı ilə

Ibn Teymiyyə (Allah ona rəhmət etsin) "Minhəcus sünnə" əsərində səhabələr haqda danışarkən "Allahın nazil etdiyi ilə hökm verməyənlər" məsələsinə də toxunmuşdur. O demişdir: "Uca Allah buyurur: "Onlar yalana qulaq asanlar və haram yeyənlərdir.
Sayta qoyulub: 05:06 05.06.2007 [1408 dəfə oxunub]
Bu səsli yazıda şeyx Məhəmməd ibn Saleh əl-Useymin a.r.e. bu gün müsəlman aləmində İslam və müsəlmanların adına ləkə gətirən, Allah və Rəsulunun dinindən uzaq "müasir xəvariclərə" bildirir. Həmin bu gözəl və maraqlı materialı sizlərə təqdim edirik.
Sayta qoyulub: 15:11 02.03.2007 [6800 dəfə oxunub]
Möhtərəm müsəlmanlar!
Günümüzdə bir çox "insanlar" camaatı məscidlərdən və orada namaz qılmaqdan yayındırmaq üçün belə bir bəhanəyə əl atırlar ki, "bəs bidətçi imamın arxasında namaz qılmaq olmaz".
Lakin biz sələf alimlərinin sözlərin və fətvalarına nəzər saldıqda bu fikrin əsassız və batil olduğunu görürük. Elə bu məramla sizə Şeyxülislam İbn Teymiyyənin a.r.e. bidətçi imamların arxasında namaz qılmaq məsələsi ətrafında danışdığı fətvasını təqdim edirik. Fətvanın originallığında şübhə yaranmaması üçün mətnin ərəb versiyasını da yerləşdirmişik.
Allah bizi cəhalət zəlalətindən qorusun.
Müvəffəqiyyət nəsib edən yalnız Allahdır.
Sayta qoyulub: 20:09 23.02.2007 [7173 dəfə oxunub]
Bu Şeyx Əbdüləziz Ali Şeyxin "YUXU YOZMASI" haqda olan fitvasıdır. Fitvanın açıq və kitab şəklində olan mətnini sizlərə təqdim edirik. Allah bizi öz dinində sabitqədəm etsin.Amin!
Sayta qoyulub: 09:22 06.07.2006 [9867 dəfə oxunub]
İbn Teymiyyə (Allah ona rəhmət etsin!) hicrət mövzusunda darul İslamın darul küfrdən ayrılmasını gözəl şərh edərək buyurur:
"Artıq Peyğəmbər (Ona və ailəsinə Allahın salat və salamı olsun!) buyurmuşdur Məkkənin fəthindən sonra hicrət yoxdur, sadəcə cihad və niyət vardır. Döyüşə çağırıldığınız zaman döyüşə gedin. Həmçinin digər hədisdə isə buyurmuşdur ki, düşmənlə döyüş olduqca hicrətin ardı da kəsilməz. Bu hədislərin hər ikisi haqdır. Birinci hədisdə məqsəd onların başlarına gəlmiş hicrətdir. Yəni, Məkkədən və digər ərəb diyarlarından Mədinəyə hicrətdir. Bu hicrət Məkkənin və digər ərəb ölkələrinin darul küfr (küfr diyarı) və darul hərb (hərb diyarı) olduğu vaxtlarda vacib idi. Mədinə isə bu zamanlar iman diyarı idi. Belə halda imkanı olanlara küfr diyarından islam diyarına hicrət etmək vacib idi. Məkkə fəth olunub İslam diyarına çevriləndən və ərəblər Islama daxil olandan sonra isə bütün bu yerlər hamısı İslam diyarı oldu.
Sayta qoyulub: 20:34 29.05.2006 [10182 dəfə oxunub]
İbn Teymiyyə (Allah ona rəhmət etsin!) buyurur:
Mən müəyyən adamın təkfir (kafir deyilməsinin), təfsiq (fasiq deyilməsinin) və ya asi (günahkar deyilməsinin) edilməsinin qadağan olması fikrini dəstəkləyənlərdən biriyəm. Bunu yalnız bir halda deməyə razıyam. O vaxt ki, həmin adama açıq-aşkar hüccət qalxsın və burada heç bir şübhə qalmasın. O hüccət ki, onun qalxması bəzən adamı kafir, fasiq və asi edir (Məcmuul Fətava, cild 3, səh 229).
Ona görə də mən Allahın ərşi üzərində olmasını ikar edən Həluliyyəli Cəhmiyyə firqəsinə söz-söhbət düşərkən belə deyirdim: "Əgər mən sizin fikrinizlə razılaşsam onda mən kafir olaram. Çünki mən sizin sözünüzün küfr olmasını bilirəm. Amma mən sizə kafir kimi baxmıram çünki mənə görə siz cahilsiniz. Bu xitabım onların alimlərinə, qazilərinə, şeyxlərinə və rəhbərlərinə idi" (Ər-Rədd Aləl Bəkri: səh 96).


Burada belə bir sual ortaya çıxır:
Əgər İbn Teymiyyə (Allah ona rəhmət etsin!) cəhmilərin alimlərini təkfir etmirsə və onları cahilliklə üzürlü hesab edib onlara kafir demirsə bəs başqa bugünki cahillərə necə?!
Sayta qoyulub: 19:17 02.04.2006 [14322 dəfə oxunub]
Günümüzün aktual və həssas məsələlərindən biri də Yezid İbn Müaviyə haqdadır.
Bu məqalədə Şeyxul İslam İbn Teymiyyə (a.r.e.) Yezid İbn Müaviyə haqda keçmiş alimlərin və öz mövqeyini bildirmiş, hər bir müsəlmanın ona qarşı münasibətinin necəliyini qeyd etişdir.
Onun cavabı çox gözəl və əhatəlidir. Ağıl sahibi və haqqı axtaran üçün kifayət edən bir məqalədir. Allah bizi dində sabitqədəm etsin... Amin!
Sayta qoyulub: 21:44 30.03.2006 [9728 dəfə oxunub]
Həqidətən də günümüzün ən problemli məsələsi olan və bu məsələdən bəzi fikir daşıyıcılarının sui istifadə etdiyindən sizə:
"Allahın hökmü ilə hökm verməmək məsələsi Quran, sünnə və sələf alimlərinin sözləri işığında!" adlı, - Ikinci məqaləni çatdırmaq istəyərdik.