Sayta qoyulub: 21:38 14.06.2007 [2183 dəfə oxunub]
Qəzəbin boğulması, hiddətin olmaması və insanları bağışlama gözəl əxlaqdan irəli gəlir. Allah taala buyurur: "O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər". (Əli İmran, 137) İbn Kəsir bu ayənin bir çox mənasını qeyd edir.

Səbr nəfsin təlaş və qəzəbdən, dilin şikayət və asilikdən qorunması, onun tələb etdiyi istəkləri boğaraq kitab və sünnənin hökmlərindən tutunmaq deməkdir. İslam dini ziddiyyətlər və uğursuzluqlarla dolu olan bu dünyada müsəlmanın qarşı-qarşıya gələcəyi çətinliklərdən çıxış yolu üçün mükəmməl həyat prinsipi təqdim edir.
Həya, nəfsin hər hansısa bir şeyi onda qüsur olduğundan ehtiyat edərək tərk etməsidir. Salim bin Abdullah bin Ömərin öz atasından (Allah hər ikisindən razı olsun) rəvayət etdiyi hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir kişinin öz qardaşına həya barəsində öyüd verdiyini eşidir və ona deyir: "Burax onu! Həya imandandır".