Sübh04:25
Günəş06:20
Zöhr13:37
Əsr17:33
Məğrib20:54
İşa22:33
Cümə namazı: 14:00
Bütün ayın cədvəli
Sayta qoyulub: 23:38 09.05.2007 [1119 dəfə oxunub]
Nəzakət, kibarlıq, zəriflik və yumşaq xasiyyətli olmaq əxlaqın normalarının təzahürüdür. İnsan, ona qarşı həyata keçirilən pisliyi belə yaxşı bir xislətlə dəf etməlidir. Allah taala buyurur: "Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! Bu (xislət) yalnız (dünyada məşəqqətlərə) səbir edənlərə verilir və yalnız böyük qismət (savab, fəzilət) sahiblərinə əta olunur". (Fussilət, 34-35)
Sayta qoyulub: 23:36 09.05.2007 [1431 dəfə oxunub]
Millət öz vətəndaşlarının gözəl əxlaq və xoş sifətə malik olması ilə səciyyələnərək inkişaf edir, dünya millətləri arasında mövqeyi böyüyür, mədəniyyəti çiçəklənir. Insanlar arasında sevginin, xoş münasibətin itməsi onların dəyər-qiymətlərinin itməsinə, təməl prinsiplərinin qırılmasına, mövqelərinin sarsılmasına səbəb olur.
Sayta qoyulub: 23:36 09.05.2007 [1093 dəfə oxunub]
Cəmiyyətin əmanətə əxlaqla sahib çıxması imanın var olmasına dəlalət edir. Dürüslüyün və etibarın itməsi, imanın itməsinə işarədir. İbn Ömərin rəsulullahdan (ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəvayət etdiyi hədis buna misaldır: "Etibarlılığı olmayan şəxsin imanı da olmaz".
Sayta qoyulub: 23:35 09.05.2007 [962 dəfə oxunub]
Uca Allah buyurur: "Etibar olunmuş şəxs əmanəti geri qaytarsın!" (əl-Bəqərə, 83) Bu ayə bir qardaşın digər qardaşa etibar edib əmanət verməsi və şahid tutması, habelə əhəmiyyətli bir şey olmadan girov tələb etməmək üçün nazil olub. Lakin nazil olan bu ayə tək səbəbkar olan şəxslərə deyil, hamıya aid edilir. Burada məqsəd bütün əmanətlərin sahiblərinə qaytarılmasının vacibliyidir.
Sayta qoyulub: 23:33 09.05.2007 [905 dəfə oxunub]
Əmanətin əmr sahiblər ilə bağlı olan növü də mövcuddur. Alimlər qeyd edirlər ki, xatırlanan "Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir". (ən-Nisə, 58) ayəsi Zeyd bin Əsləmin rəvayətinə əsasən bu, vətəndaşlara ədalətsizlik və ya zülm etmədən onların haqlarını qoruyaraq, vəzifənin yerinə yetirilməsi üçün əmr sahiblərinə edilən xitabdır. Vəzifəyə görə məsuliyyət daşımaq yerinə yetirilməsi vacib olan əmanətin bir hissəsidir. Buna görə də müsəlman ölkələrindəki əmr sahibləri zülmün aradan götürülməsinə var gücləri ilə çalışmalıdılar.
Sayta qoyulub: 23:21 09.05.2007 [797 dəfə oxunub]
İslam dini əmanəti insanın əqidəsi, tutmuş olduğu yolla əlaqələndirir və ona qarşı diqqətli olmağa çağırır. Möminin sahib olduğu əmlakı ona əmanətdir. Insana müvəqqəti olaraq bəxş edilən hər bir şey onun üçün əmanətdir. Ondan övladları, var-dövləti və elmi barəsində Qiyamət günü soruşulacaq. Çünki, insan əmənaəti öz sahibinə qaytarmaq barəsində məsuliyyət daşıyır...