Sübh05:53
Günəş07:24
Zöhr12:54
Əsr15:56
Məğrib18:24
İşa19:44
Cümə namazı: 13:00
Bütün ayın cədvəli
Sayta qoyulub: 01:54 10.06.2007 [1512 dəfə oxunub]
Heç şübhəsiz ki, İslam şəriətinin qoyduğu qayda-qanunlar özündə hikmət və özəlliklərə malikdir. Bu qanunlar insanlar üçün faydalıdır. Bunu hamı və ya müəyyən adamlar yaxşı bilirlər. İslam şəriətinin əmr etdiyi hər bir işi ağıl və dərrakə ilə araşdırdıqda onun faydalı və qənaətbəxş olduğunu görərik.
Sayta qoyulub: 22:14 01.06.2007 [1303 dəfə oxunub]
Bu dinin əsas xüsusiyyətlərindən biri onun rəhmət dini olmasıdır. O, ona iman gətirənlər üçün rəhmətdir. Çünki o həmin adamı həm dünyada həm də axirətdə sevindirir. İslam dini bütün bəşəriyyət üçün rəhmətdir. Çünki o, zəifə, fağıra, acizə və kiçiyə rəhm etməyi buyurur. O həmçinin bütün məxluqat üçün də rəhmətdir.
Sayta qoyulub: 23:56 12.05.2007 [1369 dəfə oxunub]
Təvazökarlıq sifəti müsəlmanları digərlərindən fərqləndirən sifətdir. Müsəlmanların təvazökarlıqlarını görməklə neçə-neçə insanlar İslamı qəbul etmişlər. Heç şübhəsiz Peyğəmbərimiz s.a.v. digər peyğəmbərlərin seyidi və məxluqatın ən şərəflisi olduğu bir halda çox təvazökar idi.
Hətta Mədinə şəhərində yaşayan azyaşlı bir qız uşağı Peyğəmbərin əlindən tutar və Peyğəmbər s.a.v. də onun ardınca istədiyi yerə gedər və onun dilədiyi ehtiyaclarını yerinə yetirərdi.
Sayta qoyulub: 23:55 12.05.2007 [1782 dəfə oxunub]
Səbir sifətinə təşviq etmək bu şəriətin ali məqamlığından irəli gəlir. Çünki din məfhumu haqqı bilmək və ona əməl etməkdir. Dinə əməl etmək və onu öyrənmək üçün mütləq səbirli olmaq lazım gəlir. Həmçinin insan öz istəyinə yalnız səbirlə yetişə bilər. İbadətlərdə, pis işləri tərk etməkdə, insanlarla davranmaqda, dünya müsibətlərini qarşılamaqda və həyat çətinliklərinə dözməkdə səbrə böyük ehtiyac vardır.
Sayta qoyulub: 23:52 12.05.2007 [1326 dəfə oxunub]
Doğru olmağı tələb etmək, ona təşviq etmək, doğruları tərifləmək və onlara gözəl aqibət vəd etmək bu dinin gözəlliklərindəndir. Allah taala buyurur: "Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla olun! (Peyğəmbər və onun sadiq əshabələri ilə birlikdə olun!)" (ət-Tövbə: 119).
Sayta qoyulub: 23:51 12.05.2007 [1151 dəfə oxunub]
Bu dinin gözəlliklərindən biri də gözəl əxlaqa, yüksək ədəbə dəvət etməsi, pis əxlaq və xüsusiyyətlərdən isə çəkindirməsidir. Bu din kamil din olduğundan, şəriət və ağıl baxımından bəyənilən hər şeyi özündə cəm etmişdir. Həmçinin fərdlər və toplumlar üçün məsləhətli və xeyirli olanları da özündə toplamışdır. Bu dinə iman gətirib, ehkamlarına riayət edən hər kimsəyə Islam gözəl həyat bəxş edər.
Sayta qoyulub: 23:49 12.05.2007 [1069 dəfə oxunub]
Rəhbərin öz işini layiqincə yerinə yetirməsi üçün camaat rəhbərə qarşı olan münasibətlərini lazımi səviyyədə yerinə yetirməlidirlər. Çünki camaat bu işdə rəhbərlə ortaqdırlar. Kəəb Əhbar demişdir: "İslamın, rəhbərin və camaatın misalı, çadır, dirək, ip və paya misalındadır. Çadır misalı İslam, dirək rəhbər, ip və payalar isə insanlarıdır. Bunların biri digərini tamamlayır".
Sayta qoyulub: 23:44 12.05.2007 [877 dəfə oxunub]
Rəhbərliyin böyük qayələri, alicənab məqsədləri vardır və bunlar aşağıdakı bəndlərdə öz əksini tapır:
1. Dini təbliğ etmək və ona çağırmaq:
Bu, rəhbərliyin ən əsas vəzifələrindəndir. Bu məqsədi həyata keçirmək üçün müsəlmanların rəhbəri Məhəmməd  ona peyğəmbərlik verildikdən sonra Allahın buyuruğu ilə dini təbliğ etməyə başladı. Allah taala onu yer üzündə bərqərar etdikdən sonra o, digər ölkə və qəbilələrə Allahın dininə, haqq yola çağırış üçün elçilər göndərdi.
Sayta qoyulub: 23:41 12.05.2007 [1056 dəfə oxunub]
Müsəlman rəhbərin mövcudluğu dinin ən əhəmiyyətli hissəsidir. Ona görə də müsəlmanların İslam dinini yaşadan, məzlumlara kömək edən, qanunları tətbiq edən bir rəhbəri olmalıdır. Bu məsələ öz əksini Quran, Sünnə, icma və şəriət qaydalarında tapır
Sayta qoyulub: 21:13 12.05.2007 [1032 dəfə oxunub]
Şəriətdə Qisasın mənası, cinayət ilə cəzanı bərabər tutmaqdır. Allah taala buyurur: "Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı (vacib oldu). Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində (öldürə bilərsiniz). (Öldürülən şəxsin) qardaşı (varisi) tərəfindən (müəyyən bir şey, qanbahası əvəzində) bağışlanmış (qatil) ilə adətə görə (yaxşı) rəftar edilməlidir. Bağışlanmış (qatil də) yaxşılıqla (qan sahiblərinə) "diyə" (qanbahası) verməlidir. Bu, (qisası qanbahası ilə əvəz etmək hökmü) Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir. Bundan (diyə əvəzində bağışlamaqdan) sonra təcavüzkarlıq edən (qatili öldürən və ya onun qohum-qardaşı ilə düşmənçilik edən) kimsəni (qiyamətdə) şıddətli əzab gözləyir! Ey ağıl sahibləri, bu qisas (qisas hökmü) sizin üçün həyat deməkdir. Ola bilsin ki, (bununla) pis əməldən (qətldən) çəkinəsiniz." (əl-Bəqərə: 178-179).
Sayta qoyulub: 21:11 12.05.2007 [958 dəfə oxunub]
Allah taala yolkəsən quldurları Allaha və Onun Peyğəmbərinə qarşı savaşanlar və yer üzündə fəsad törədənlər adlandırmışdır. Belələrinin cəzasını bu ayələrdə təyin etmiş və buyurmuşdur: "Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl-ayaqlarının çarpazvari (sağ əllərilə sol ayaqlarını) kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalıdırlar. Bu (cəza) onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir. Sizin əlinizə keçməmişdən əvvəl tövbə edənlər müstəsnadır. Bilin ki, Allah bağışlayandır, rəhm edəndir!" (əl-Maidə: 33-34).
Sayta qoyulub: 21:10 12.05.2007 [1436 dəfə oxunub]
İslam şəriəti içkini haram etmiş və onu içənlər üçün cəza təyin etmişdir. Bu haqda bir neçə hədis rəvayət edilir. Bu hədislər içki içən adama fiziki cəza təyin edilməsini bildirir. Bu cəzanın miqdarı, necəliyi haqda bir neçə rəvayət vardır. Həmçinin raşidi xəlifələr də içki içənlərin cəzasını belə təyin edərdilər.
Sayta qoyulub: 21:09 12.05.2007 [1101 dəfə oxunub]
Oğurluq: başqasının malını bağlı yerdən, zülmlə götürməkdir.
Allah taala oğurluq üçün cəza təyin edərək buyurmuşdur: "Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (əl-Maidə: 38).
Sayta qoyulub: 21:08 12.05.2007 [1029 dəfə oxunub]
Qəzf: Namuslu qadına zina etməyi isnad edərək ona böhtan atmaqdır. Allah taala bu əməli haram edərək buyurur: "İsmətli qadınlara zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç vaxt qəbul etməyin. Onlar sözsüz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir. Bundan (namuslu qadınlara atdığı böhtandan) sonra tövbə edib özlərini islah edənlər istisna olmaqla. Çünki Allah (tövbə edənləri) bağışlayandır, rəhmlidir!" (ən-Nur: 4-5).
Sayta qoyulub: 21:06 12.05.2007 [1640 dəfə oxunub]
Heç şübhəsiz zina etmək təhlükəli cinayətdir. Onun fəsadları həddindən artıq çoxdur. Ona görə də İslam şəriəti zina etməyi haram buyurmuş və onun üçün ciddi cəza təyin etmişdir.
Allah taala buyurur: "Zinakar kişiyə və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində (bu işin icrasında) ürəyiniz onlara yumşalmasın və möminlərdən bir dəstə də onların əzabına şahid olsun. (Bu, subay kişiyə və ərsiz qadına aiddir. Evli kişi və qadın zina etdikdə isə onların cəzası daşqalaq edilməkdir)." (ən-Nur: 2).
Sayta qoyulub: 21:04 12.05.2007 [1124 dəfə oxunub]
Mürtəd olmaq, İslamı qəbul etdikdən sonra ondan üz döndərmək və küfrə qayıtmaqdır. Yaxud, şəriətdə üzrlü sayılmayan və yekdilliklə qəbul edilmiş küfr işlətməkdir. Mürtədliyin cəzası ölümdür.
Bu cəzaya dəlil Peyğəmbərin s.a.v. bir neçə hədisidir və bunlardan:
Ibn Abbas a.r.o. Peyğəmbərin s.a.v. belə buyurduğunu rəvayət edir:
قال رسول الله e: "من بدل دينه فاقتلوه". أخرجه البخاري في صحيحه

"Kim dinini (qəbul etdiyi İslamı) dəyişərsə onu öldürün" .
Sayta qoyulub: 20:58 12.05.2007 [999 dəfə oxunub]
O, hər bir oyun və ya müsabiqədə təyin edilmiş qazancdır. Allah taala onu bu kəlamları ilə haram etmişdir: "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, şeytan içki və qumarla aranıza ədavət və kin salmaqla sizi zikr etməkdən və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?" (əl-Maidə: 90, 91).
Sayta qoyulub: 20:57 12.05.2007 [982 dəfə oxunub]
O, ağlı sərxoş edən və örtən, yemək, içmək, narkotiklər kimi qoxu və iynə yolu ilə qəbul edilən hər bir maddədir. Sərxoşedici maddələr bütün pisliklərin anasıdır. Allah taala Qurani Kərimdə onu haram edərək buyurur: "Ey iman gətirənlər! Şərab da (sərxoşedicilər də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!" (əl-Maidə: 90).
Sayta qoyulub: 20:55 12.05.2007 [932 dəfə oxunub]
Sələmin lüğəti mənası artmaq və çoxalmaqdır. Istilahi mənası isə: Alış-veriş olmadan malın əvəzsiz yerə çoxalması. Sələmin iki növü vardır:
Fəzl sələmi: o, eyni cinsdən olan malların birini digəri ilə alıb-satmaqdır. Məsələn: qızıl ilə qızılı, gümüş ilə gümüşü, xurma ilə xurmanı və s.
Sayta qoyulub: 20:54 12.05.2007 [1689 dəfə oxunub]
Yad kişi və qadınların ünsiyyətdə olmaları kafirlərin həyat tərzidir. İslam isə kişilərin həyatını ayrı, qadınların da həyatını tam ayrı etmişdir. Qadınların həyatına yalnız bəzi yollar vasitəsi ilə daxil olmaq mümkündür. Bu yollar: Məhrəm sayılan qohumluq, kürəkənlik və ya evlilikdir. İslam şəriəti, başqa yol ilə qadınların həyatına müdaxilə etməyi haram etmişdir. Yalnız zəruriyyət və məcburiyyət hallarını müstəsna etmişdir.