ƏSAS MENYU
  ANA SƏHİFƏ
  MƏQALƏLƏR
  QURANİ KƏRİM
  HƏDİSİ ŞƏRİF
  ƏQİDƏ
  MƏNHƏC
  FİQH
  TARİX
  İBADƏTLƏR
  DUA və ZİKRLƏR
  ƏXLAQ
  ALİMLƏRİN FƏTVALARI
  İSLAMIN GÖZƏLLİKLƏRİ
  İSLAM KİTABXANASI
  DƏRSLƏR
  XÜTBƏLƏR
  FORUM
  PROQRAMLAR
ARXİV
<<<    Yanvar 2009
B.e Ç.a Ç C.a C Ş B
01020304
05060708091011
12131415161718
19202122232425
262728293031

top.SUMQAYIT
 
56 - əl-Vaqiə
əl-Vaqiə (Vaqiə) surəsi

(Məkkədə nazil olmuşdur, 96 ayədir)

Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - Qiyamət vaqe olacağı (qopacağı) vaxt
2 - Onun vaqe olmasını heç kəs təkzib edə (dana) bilməz!
3 - O (kimini) alçaldacaq, (kimini də) ucaldacaqdır.
4 - Yer hərəkətə gəlib şiddətlə titrədiyi,
5 - Dağlar parça-parça olub ovxalandığı
6 - Və toz kimi səpələndiyi zaman
7 - Siz (ey insanlar!) üç zümrəyə ayrılacaqsınız:
8 - Sağ tərəf sahibləri (əməl dətərləri sağ əllərinə verilənlər). Kimdir o sağ tərəf sahibləri? (Nə uğurludur onlar!)
9 - Sol tərəf sahibləri (əməl dətərləri sol əllərinə verilənlər). Kimdir o sol tərəf sahibləri? (Nə uğursuzdur onlar!)
10 - Və öndə olanlar. Onlar (dünyada Allah yolunda, imanda, əməldə, xeyirdə öndə olduqları kimi, axirətdə də) öndədirlər! (Nə xoşbəxtdir onlar!)
11 - Onlar (Allah dərgahına, Allahın lütfünə) yaxınlaşdırılmış kimsələrdir.
12 - Onlar Nəim cənnətlərində olacaqlar.
13 - (Öndə olanların) çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən),.
14 - Biz azı da axırıncılardandır (Muhəmməd əleyhissəlamın ümmətindəndir).
15 - (Onlar qızıl-gümüş, ləl-cavahiratla) bəzənmiş taxtlar üstündə qərar tutacaq,
16 - Onlara (o taxtlara) söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər.
17 - Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar;
18 - (Cənnət bulağından axan) məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə.
19 - (Dünyadakı şərabdan fərqli olaraq) ondan başları ağrımaz və keflənməzlər.
20 - (O cavan xidmətçilər Cənnətdə olanların) bəyənib seçdikləri meyvələr
21 - Və istədikləri hər cür quş əti ilə (onların dövrəsində fırlanacaqlar).
22 - (Onlar üçün orada) iri (ahu) gözlü, qəşəng hurilər də vardır.
23 - (O hurilər rəng və gözəllikcə) sanki sədəf içində gizlənmiş (qorunub-saxlanmış) incidirlər.
24 - Onlar (bu nemətlərə dünyada) etdikləri (yaxşı) əməllər müqabilində nail olacaqlar.
25 - Onlar orada (Cənnətdə) nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər.
26 - Eşitdikləri söz ancaq “salam” olacaqdır.
27 - Sağ tərəf sahibləri! (Əməl dəftərləri sağ əllərində olanlar!) Kimdir o sağ tərəf sahibləri?
28 - (Onlar) tikansız sidr ağacları,
29 - Salxım-salxım sallanmış möüz (banan) ağacları altında;
30 - Çəkilməyən (daimi) kölgəliklərdə;
31 - Axar su kənarında;
32 - Bol meyvələr –
33 - Tükənməz və qadağan edilməyən (meyvələr) içində
34 - Və (bir-birinin üstünə yığılmış) hündür döşəklər üstündə (yaxud yüksək əxlaq və qeyri-adi gözəllik sahibi olan qadınlar yanında) olacaqlar!
35 - Şübhəsiz ki, Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq!
36 - Onları bakirə qızlar,
37 - Ərlərini sevən, həmyaşıdlar edəcəyik.
38 - Sağ tərəf sahibləri (əməl dəftəri sağ əllərinə verilənlər) üçündür onlar!
39 - (Onların) bir çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən),
40 - Bir çoxu da axırıncılardandır (bu ümmətdəndir).
41 - Sol tərəf sahibləri! (Əməl dəftərləri sol əllərinə verilənlər!) Kimdir o sol tərəf sahibləri?
42 - (Onlar) səmum yeli (qızmar atəş) və qaynar su içində,
43 - Qapqara duman kölgəsində olacaqlar!
44 - (O kölgə başqa kölgələrdən fərqli olaraq) nə sərin, nə də xoşagələndir.
45 - Onlar bundan əvvəl (dünyada) naz-nemət içində idilər.
46 - Özləri də böyük günah içində (Allaha şərik qoşmaqla) israr edib dururdular.
47 - Və belə deyirdilər: “Əcaba, biz öldükdən, toz-torpaq və sür-sümük olduqdan sonra, həqiqətən, yenidən dirildiləcəyikmi?!
48 - Yaxud bizdən əvvəl gəlib-getmiş atalarımız da dirildiləcəklərmi?!”
49 - (Ya Peyğəmbər!) De: “(Sizdən) əvvəlkilər də, sonrakılar da,
50 - Məlum bir günün (qiyamət gününün) müəyyən bir vaxtında mütləq (məhşərə) cəm ediləcəklər.
51 - Sonra, siz ey (haqq) yoldan azanlar, (haqqı) dananlar!
52 - Şübhəsiz ki, zəqqum ağacından (onun meyvəsindən) yeyəcəksiniz,
53 - Qarınlarınızı onunla dolduracaqsınız.
54 - Üstündən də (sizə bərk yanğı gəldiyi üçün) qaynar su içəcəksiniz.
55 - Özü də onu susuzluq xəstəliyinə tutulmuş (dəvə) kimi içəcəksiniz.
56 - Bu onların haqq-hesab günündəki ziyafətidir.
57 - (Ey kafirlər!) Biz sizi (yoxdan) yaratdıq. Məgər (qiyamət günü yenidən dirildiləcəyinizi) təsdiq etməzmisiniz?
58 - Bəs (bətnlərə) axıtdığınız nütfəyə nə deyirsiniz?
59 - Ondan (insan) yaradan sizsiniz, yoxsa Biz?!
60 - Sizin aranızda ölüm (kimin nə vaxt öləcəyini) əvvəlcədən Biz müəyyən etdik. Və Biz əsla aciz (önünə keçilməsi mümkün olan) deyilik,
61 - (Sizi yox edib) yerinizə sizin kimiləri gətirməkdən (sizi başqaları ilə əvəz etməkdən) və sizi özünüz də bilmədiyiniz başqa bir şəkildə yaratmaqdan!
62 - And olsun ki, siz ilk yaradılış (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə (sizi yenidən diriltməyə qadir olduğumuz barədə) heç düşünmürsünüz?!
63 - Bəs əkdiyiniz (toxuma) nə deyirsiniz?
64 - Onu bitirən sizsiniz, yoxsa Biz?!
65 - Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məətəl qalıb:
66 - “Biz ziyana uğramış,
67 - Bəlkə, (hələ ruzidən də) məhrum olmuş kimsələrik!” (deyərdiniz).
68 - Bəs içdiyiniz suya nə deyirsiniz?
69 - Onu buluddan endirən sizsiniz, yoxsa Biz?!
70 - Əgər istəsəydik, onu acı (bir su) edərdik. Elə isə niyə (Allahın nemətlərinə) şükür etmirsiniz?
71 - Bəs (yaş ağacdan) yandırdığınız oda nə deyirsiniz?
72 - Onun ağacını yaradan sizsiniz, yoxsa Biz?
73 - Biz onu (sizi cəhənnəm odu ilə qorxutmaqdan ötrü) ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq.
74 - Belə olduqda (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et!
75 - Ulduzların (bürclərdəki) mənzillərinə (yaxud doğub-batdığı yerlərə) and olsun ki –
76 - Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz –
77 - (Sizə oxunan) bu (kəlam) çox qiymətli Qurandır.
78 - (O, Allah dərgahında) qorunub saxlanılan bir Kitabdadır (lövhi-məhfuzdadır, yaxud lülələnib bükülmüş kağızlardadır).
79 - Ona yalnız pak olanlar toxuna bilər!
80 - (O) Aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
81 - İndi siz bu kəlamı yalan sayırsınız? (Bu sözümə məhəl qoymursunuz?)
82 - Ruzinizə şükür etməli olduğunuz halda, onu yalanmı hesab edirsiniz?
83 - (Can) boğaza yetişdiyi (ölüm gəlib çatdığı) zaman
84 - Siz (ona) baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir).
85 - Biz ona sizdən daha yaxınıq, amma siz (bunu) görmürsünüz!
86 - Əgər sizdən (dediyiniz kimi, qiyamət günü əməllərinizə görə) haqq-hesab çəkilməyəcəksə,
87 - Və əgər (“öləndən sonra heç bir dirilmə, haqq-hesab yoxdur” sözünü) doğru deyirsinizsə, bəlkə, (o çıxan canı) geri (bədənə) qaytarasınız?!
88 - Amma əgər (ölən kimsə Allah dərgahına, Allahın lütf və mərhəmətinə) yaxın olanlardandırsa,
89 - (Onu) rəhmət, gözəl ruzi (yaxud xoş ətirli çiçəklər) və Nəim cənnəti gözləyir!
90 - Əgər o, sağ tərəf sahiblərindəndirsə (əməl dəftəri sağ əlinə verilənlərdəndirsə),
91 - (Ona özü kimi olan yoldaşlarının dili ilə: ) “Sağ tərəf sahiblərindən sənə salam olsun!” (deyiləcəkdir).
92 - Əgər (ölən kimsə Allahın ayələrini, möcüzələrini) yalan sayanlardan və yoldan azanlardandırsa,
93 - (Ona) qaynar su ziyafəti veriləcək
94 - Və özü də Cəhənnəmə atılacaqdır.
95 - Şübhəsiz ki, bu, təkzibolunmaz həqiqətdir!
96 - Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs turub zikr) et! (Və ya: Sən Rəbbini o böyük adı ilə təsbih et!)