|
|
|
| <<<    Noyabr 2008 |
| B.e |
Ç.a |
Ç |
C.a |
C |
Ş |
B |
| | | | | 01 | 02 | | 03 | 04 | 05 | 06 | 07 | 08 | 09 | | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | | | |
|
|
|
| |
81 - ət-Təkvir ət-Təkvir (Sarınma) surəsi
(Məkkədə nazil olmuşdur, 29 ayədir)
Mərhəmətli, rəhmli Allahın adı ilə! 1 - Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman; 2 - Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman; 3 - Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman; 4 - (Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman; 5 - Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman; 6 - Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman; 7 - Ruhlar (bədənlərə) qovuşacağı zaman; 8 - Diri-diri torpağa gömülən körpə qızdan: 9 - “Axı o hansı günaha görə öldürüldü?”; soruşulacağı zaman; 10 - Əməl dəftərləri açılacağı zaman; 11 - Göy (yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman; 12 - Cəhənnəm alovlandırılacağı zaman; 13 - Və Cənnət (möminlərə) yaxınlaşdırılacağı zaman; 14 - Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir! 15 - And içirəm (gecə) yanıb (gündüz) sönən ulduzlara; 16 - (Günəşlə, ayla) seyr edib (onlar batdığı zaman) gizlənən səyyarələrə (Zühələ, Müştəriyə, Mərrixə, Zöhrəyə və Ütaridə); 17 - Qaralmaqda olan gecəyə (yaxud: qaralmaqda və çəkilməkdə olan gecəyə) 18 - Və sökülməkdə olan dan yerinə ki, 19 - Bu (Quran Allah dərgahında) çox möhtərəm olan bir elçinin (Cəbrailin) gətirdiyi kəlamdır. 20 - (Elə bir elçi ki) çox qüvvətlidir; ərşin sahibi (Allah) yanında çox hörmətlidir (izzətlidir). 21 - (Elə bir elçi ki, mələklər arasında) itaət ediləndir, həm də (Allah yanında vəhyə) etibarlı müvəkkildir. 22 - (Ey Məkkə əhli!) Həqiqətən, sizin dostunuz (müşriklərin dediyi kimi) divanə deyildir! 23 - And olsun ki, (Peyğəmbər!) onu (Cəbraili) açıq (ən uca) üfüqdə gördü. 24 - O, qeyb (vəhyi olduğu kimi təbliğ etmək və sizə öyrətmək) barəsində xəsis deyildir. 25 - O (Quran) da məlun (Allahın rəhmətindən qovulmuş) Şeytanın sözü deyildir. 26 - Elə isə (siz ondan üz döndərib) hara gedirsiniz? 27 - O, aləmlər (bütün insanlar və cinlər) üçün ancaq bir öyüd-nəsihətdir. 28 - Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün. 29 - (Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz! (Yalnız Allah istəsə, istəyə bilərsiniz. Siz insanlar həmişə Allahın qüdrəti, hökmü və iradəsi altındasınız. O sizi bir şeyi istəməyincə siz onu özünüzə istəyə bilməzsiniz. Ona görə də hər işdə Allaha təvəkkül edin!) |
|
|
| |
| |