|
|
|
| <<<    Yanvar 2009 |
| B.e |
Ç.a |
Ç |
C.a |
C |
Ş |
B |
| | | 01 | 02 | 03 | 04 | | 05 | 06 | 07 | 08 | 09 | 10 | 11 | | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | | 26 | 27 | 28 | 29 | 30 | 31 | | | |
|
|
|
| |
88 - əl-Ğaşiyə əl-Ğaşiyə (Bürüyən) surəsi
(Məkkədə nazil olmuşdur, 26 ayədir)
Mərhəmətli, rəhmli Allahın adı ilə! 1 - (Ya Peyğəmbər! Dəhşəti aləmi) bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı? 2 - (O gün) bir çox üzlər zəlil görkəm alacaq; 3 - (Onlar Cəhənnəmin pillələrinə çıxıb-düşməklə boş yerə) zəhmət çəkib yorulacaq; 4 - Yanar oda girəcəkdir; 5 - Və onlara qaynar bulaqdan (su) içirdiləcəkdir. 6 - Onların yeməyi (zəhərdən və acı) zəridən başqa bir şey olmayacaqdır. 7 - (O yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar. 8 - (O gün) bir çox üzlər sevinəcək; 9 - (Dünyadakı) zəhmətindən razı qalacaq; 10 - (Dərəcəsi, qədir-qiyməti) yüksək Cənətdə olacaq, 11 - Və orada heç bir boş söz (lağlağı) eşitməyəcəkdir. 12 - Orada axar bulaq; 13 - Orada uca taxtlar; 14 - (Çeşmələr kənarında) piyalələr; 15 - Bir-birinin yanına düzülmüş (yumşaq) balışlar 16 - Və döşənmiş (nəfis) xalılar vardır! 17 - Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır? 18 - Göyə (baxmırlar ki) necə ucaldılmışdır? 19 - Dağlara (baxmırlar ki) necə dikəldilmişdir? 20 - Və yerə (baxmırlar ki) necə döşədilmişdir? 21 - (Ya Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən! 22 - Sən onların üzərində hakim deyilsən! 23 - Lakin kim (imandan) üz döndərib (Quranı) inkar etsə 24 - Allah onu ən böyük əzaba (axirət əzabına) düçar edər! 25 - Şübhəsiz ki, onların axır dönüşü Bizədir! 26 - Onlarla haqq-hesab çəkmək də Bizə aiddir! |
|
|
| |
| |