|
|
|
| <<<    Noyabr 2008 |
| B.e |
Ç.a |
Ç |
C.a |
C |
Ş |
B |
| | | | | 01 | 02 | | 03 | 04 | 05 | 06 | 07 | 08 | 09 | | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | | | |
|
|
|
| |
89 - əl-Fəcr əl-Fəcr (Dan yeri) surəsi
(Məkkədə nazil olmuşdur, 30 ayədir)
Mərhəmətli, rəhmli Allahın adı ilə! 1 - And olsun dan yerinə; 2 - And olsun on gecəyə (zülhiccə ayının birinci, yaxud ramazan ayının sonuncu on gecəsinə); 3 - And olsun cütə və təkə (tək olan xaliqə, erkək və dişi olmaqla cüt olan məxluqata; cüt olan hər şeyə, yaxud Qurban bayramına və yaxud Ərəfə gününə); 4 - And olsun keçib getməkdə olan gecəyə (ki, qiyamət haqdır və siz kafirlər qiyamət günü dirilib əməllərinizin cəzasını layiqincə alacaqsınız)! 5 - Məgər bunlarda (qiyamətin haq olması barədə) ağıl sahibi üçün and yoxmudur?! 6 - (Ya Peyğəmbər!) məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada (Hud peyğəmbərin Ad qövmünə)?! 7 - Sütunlar sahibi (və ya: sütun kimi uca boylu) İrəmə (İrəm camaatına)?! 8 - (Elə bir qövm ki) məmləkətlər (əhli) arasında onun kimisi yaradılmamışdı. 9 - (Məgər görmədinmi ki, Rəbbin nələr etdi) vadidə qayaları olan Səmuda (Səmud qövmünə)?! 10 - Eləcə də saysız-hesabsız ordular sahibi Firona?! 11 - O kəslər ki, məmləkətlərdə tüğyan edir, 12 - Oralarda çoxlu fitnə-fəsad törədirlər. 13 - Nəhayət, Rəbbin onlara əzab qamçısı endirdi. 14 - Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür. 15 - İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!”–deyər. 16 - Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər. 17 - Xeyr! (Belə deməyin). Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz (yetimin haqqını vermirsiniz). 18 - Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz. 19 - Mirası (halal-haramına) varmadan yeyirsiniz (qadınların, uşaqların paylarını vermirsiniz). 20 - Mal-dövləti isə lap çox sevirsiniz. 21 - Xeyr! Yer dağılıb parça-parça olacağı; 22 - Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı 23 - Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?! 24 - O: “Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!” – deyəcəkdir. 25 - O gün (Allahın) etdiyi əzabı heç kəs edə bilməz! 26 - (Günahkarları) heç kəs Onun kimi zəncirləyə bilməz! 27 - (Qiyamət günü Allah-təala mömin kimsəyə belə buyuracaqdır: ) “Ey (öz imanından, əməlindən və Allahın vədindən) xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”) 28 - Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! 29 - (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol! 30 - (Onlarla birlikdə) Cənnətimə varid ol!” |
|
|
| |
| |