|
|
|
| <<<    Yanvar 2009 |
| B.e |
Ç.a |
Ç |
C.a |
C |
Ş |
B |
| | | 01 | 02 | 03 | 04 | | 05 | 06 | 07 | 08 | 09 | 10 | 11 | | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | | 26 | 27 | 28 | 29 | 30 | 31 | | | |
|
|
|
| |
90 - əl-Bələd əl-Bələd (Şəhər) surəsi
(Məkkədə nazil olmuşdur, 20 ayədir)
Mərhəmətli, rəhmli Allahın adı ilə! 1 - And içirəm bu şəhərə (Məkkəyə) - 2 - Sənin yaşadığın (sənə halal olan) şəhərə; 3 - And içirəm ataya və onun övladına (Adəmə və onun nəslinə, yaxud İbrahimə və oğlu İsmailə) ki, 4 - Biz insanı məşəqqətdə yaratdıq! (İnsan doğulduğu gündən qəbir evinə gedənə qədər əzab-əziyyət içində çalışıb çabalayır, həyat boyu müxtəlif çətinliklərlə üzləşər. Bu, ilahı bir hikmətdir, həyatın qanunudur!) 5 - Məgər insan (Vəlid bin əl-Müğirə) heç kəsin ona gücü çatmayacağını zənn edir? 6 - Və: Mən (Peyğəmbərlə düşmənçilik yolunda) xeyli mal-dövlət sərf etmişəm!” – deyir? 7 - Məgər o heç kəsin onu görmədiyini güman edir?! 8 - Məgər Biz ona iki göz vermədikmi?! 9 - Eləcə də bir dil və qoşa dodaq (vermədikmi)?! 10 - Biz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?! 11 - Lakin o, əqəbəni (maneəni) keçə bilmədi (özünə verilən bu qədər nemətlərə şükür etmədi). 12 - (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, əqəbə nədir?! 13 - (O) bir kölə azad etməkdir; 14 - Yaxud aclıq günü (zamanı) yemək verməkdir - 15 - Qohumluq əlaqəsi çatan bir yetimə. 16 - Və ya (taqətsizlikdən) torpağa sərilmiş bir miskinə! 17 - Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır! 18 - Onlar sağ tərəf sahibləridir! (Əməl dəftərləri sağ əllərinə verilənlərdir!) 19 - Ayələrimzi inkar edənlər isə sol tərəf sahibləridir! (Əməl dəftərləri sol əllərinə verilənlərdir!) 20 - Onları hər tərəfi qapalı Cəhənnəm gözləyir! (Kafirlər Cəhənnəmdə həmişəlik qalar, oradan heç yerə çıxa bilməzlər!) |
|
|
| |
| |