ƏSAS MENYU
  ANA SƏHİFƏ
  MƏQALƏLƏR
  QURANİ KƏRİM
  HƏDİSİ ŞƏRİF
  ƏQİDƏ
  MƏNHƏC
  FİQH
  TARİX
  İBADƏTLƏR
  DUA və ZİKRLƏR
  ƏXLAQ
  ALİMLƏRİN FƏTVALARI
  İSLAMIN GÖZƏLLİKLƏRİ
  İSLAM KİTABXANASI
  DƏRSLƏR
  XÜTBƏLƏR
  FORUM
  PROQRAMLAR
ARXİV
<<<    Yanvar 2009
B.e Ç.a Ç C.a C Ş B
01020304
05060708091011
12131415161718
19202122232425
262728293031

top.SUMQAYIT
 
91 - əş-Şəms
əş-Şəms (Günəş) surəsi

(Məkkədə nazil olmuşdur, 15 ayədir)

Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - And olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxta);
2 - And olsun (günəşin) ardınca çıxan aya;
3 - And olsun onu (günəşi) parlaq edən gündüzə;
4 - And olsun onu (günəşi) örtən gecəyə;
5 - And olsun göyə və onu yaradana;
6 - And olsun yerə və onu döşəyənə;
7 - And olsun nəfsə və onu yaradana (ona biçim verənə);
8 - Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki,
9 - Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!
10 - Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.
11 - Səmud (qövmü) azğınlığı üzündən (Saleh peyğəmbəri) təkzib etmişdi.
12 - Onların ən rəzili (Allahın bir möcüzəsi olaraq qayanın içindən çıxartdığı dəvəni öldürməyə) qalxdığı zaman
13 - Allahın peyğəmbəri onlara belə demişdi: “Allahın bu dişi (maya) dəvəsinə (toxunmayın), onun su içməsinə (mane olmayın).
14 - Lakin onlar (Salehi) yalançı saydılar və onu (dəvəni) tutub kəsdilər. Rəbbi də bu günahlarına görə onların kökünü kəsib yerlə yeksan etdi.
15 - (Allah) bu işin aqibətindən qorxmaz! (Allah Səmud qövmünə cəza vermək istəmirdi. Onlar öz cinayətkar əməlləri ilə bu cəzaya layiq oldular. Allah dünyadakı padşahlar, hökmdarlar kimi bu və ya digər əməlinə görə qorxan deyildir. Çünki O etdiyi hər hansı əməl barəsində sorğu-sual olunmaz. Allah mütləq ədalət sahibidir!)