ƏSAS MENYU
  ANA SƏHİFƏ
  MƏQALƏLƏR
  QURANİ KƏRİM
  HƏDİSİ ŞƏRİF
  ƏQİDƏ
  MƏNHƏC
  FİQH
  TARİX
  İBADƏTLƏR
  DUA və ZİKRLƏR
  ƏXLAQ
  ALİMLƏRİN FƏTVALARI
  İSLAMIN GÖZƏLLİKLƏRİ
  İSLAM KİTABXANASI
  DƏRSLƏR
  XÜTBƏLƏR
  FORUM
  PROQRAMLAR
ARXİV
<<<    Noyabr 2008
B.e Ç.a Ç C.a C Ş B
0102
03040506070809
10111213141516
17181920212223
24252627282930

top.SUMQAYIT
 
94 - əl-İnşirah
əl-İnşirah (Açılma və ya Genişlənmə) surəsi

(Məkkədə nazil olmuşdur, 8 ayədir)

Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - (Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin köksünü (qəlbini) açıb genişlətmədikmi?! (Allahın öz lütfü ilə köksünü açıb genişlətdiyi kimsənin qəlbinə Şeytan vəsvəsə sala bilməz. O, qüdsiyyət kəsb edər, vəhy qəbul etməyə layiq olar!)
2 - Ağır yükünü səndən götürmədikmi?! (Sənin peyğəmbərlik yükünü yüngülləşdirmədikmi?!)
3 - (Elə bir yük ki) sənin belini bükürdü.
4 - Sənin ad-sanını (şan-şöhrətini) ucaltmadıqmı?! (Yerdə, göydə səndən söhbət gedər; xütbələrdə adın çəkilər!)
5 - Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!)
6 - Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbirlə dözmək lazımdır!)
7 - (Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş!)
8 - Və ancaq Rəbbinə yalvar! (Üzünü Allaha çevirib yalnız Onun köməyinə bel bağla, Ona tərəf yönəl !)